GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » BÖYÜK TƏHLÜKƏNİN ASTANASINDA: Putin Azərbaycanı yenidən işğala hazırlaşır

BÖYÜK TƏHLÜKƏNİN ASTANASINDA: Putin Azərbaycanı yenidən işğala hazırlaşır

Tarix: 27-03-2014, 08:49 Bölmə :Manşet Baxış: 763
BÖYÜK TƏHLÜKƏNİN ASTANASINDA: Putin Azərbaycanı yenidən işğala hazırlaşır
Dəli Pyotrun varisi ölkəmizə qarşı hansı kartlardan istifadə edəcək?

Rusiyanın son illərdə yürütdüyü siyasət özünü daha da bariz formada nümayiş etdirməkdədir. Artıq Krımın işğalı və eyni zamanda digər keçmiş sovet respublikalarının anoloji problemlərinə Kreml tərəfindən nümayiş olunan baxış Rusiyanın əsl niyyətini ortaya qoymuş oldu.

Putin Rusiyanın 2-ci Pyotrudur

Hakimiyyət sükanını sərxoş Yeltsindən alan Putin Rusiyanı indiki ərazilərini ilk olaraq parçalanmadan qurtardı. Halbuki Yeltsinin hakimiyyət illərində Rusiya kifayət qədər zəifləmişdi və indiki ərazisi rəsmən parçalanmış vəziyyətdə idi.
Lakin Putin iqtidara gələndən sonra Rusiyanı illər ərzində nəinki toparlaya bildi, hətta Rusiyanı yenidən keçmiş SSRİ-nin əvvəlki mövqelərinə qədər daşımış oldu.
Doğrudur, Rusiya bu gün SSRİ qədərində böyük olmasa da, SSRİ-nin əsas silah arsenalının varisi kimi eyni dərəcədə təhlükəli və güclüdür.
Elə buna görə də Putinin Krım əyləncəsinə nəinki Qərb, hətta ərazilərini faktiki olaraq itirmiş Rusiya belə hövsələ nümayiş etdirmək zorunda qaldı.
Təsadüfi deyil ki, Putini öz ölkəsində hazırki Rusiyanın imperiya şəklinin memarı olan 1-ci Pyotrun əsas davamçısı kimi qəbul edirlər və ona «2-ci Pyotr» adını belə veriblər.

2-ci Pyotrun 1-ci revanşı

Əslində Krımda baş verənlər Putinin SSRİ-nin bərpası yönündə altdığı ilk açıq addım kimi dəyərləndirilməlidir. Buna qədər müxtəlif adlar və bəhanələr altında SSRİ-dən qopan respublikaları yan-yörəsinə buxovlayan Rusiya artıq Gömrük İttifaqı və Avrasiya Birliyi ideyalarının da son ünvanının məhz keçmiş SSRİ şəklində bir siyasi subyekt olduğunu nümayiş etdirməkdədir.
Bəlkə də Krıma qədər Rusiyaya qarşı alternativ gücü təşkil edən Avropa Birliyi və Amerika Putinin məlum çabalarını o qədər də ciddiyə almırdılar. Amma artıq özünü kifayət qədər arqumentli hesab edən Rusiya bir-birinin ardından müsəlman ölkələrini işğal edən Amerikaya keçmiş SSRİ məkanının məhz ona aid olduğunu və bu məkana hansısa digər bir qüvvəni buraxmayacağını sərt formada nümayiş etdirdi.
Rusiyanın görüntüdə olan addımları kifayət qədər kobud təsiri bağışlasa da, gözlənilən idi. Çünki ənənəvi olaraq ruslar bir siyasi dəsti-xəttə malikdirlər:
HESABLANMAYAN VƏ HƏR HANSI SİYASİ NƏZƏRİYYƏYƏ UYMAYAN TƏRZƏ…
Bu halda Qərb anlamalı idi ki, Amerikanın İraqı, Əfqanıstanı, Liviyanı, Suriyanı və digər müsəlman ölkələrini rəsmən işğal etməsinə seyrçi qalırmış kimi davranan qoca Rusiya bunun bədəlini ödətdirəcək. Hətta bu gün Rusiyanın təkcə Krımla və separatçılığa dəstək siyasəti nəticəsində istehsal etdiyi qondarma respublikalarla da kifayətlənəcəyi gözlənilən deyil. Rusiya keçmiş SSRİ məkanına və keçmiş SSRİ-nin əvvəlki təsir dairəsinə iddialıdır.

Azərbaycan nə etməlidir?

Təbii ki, Putinin Azərbaycana hansı səviyyədə münasibət sərgilədiyini təxmin etmək o qədər də çətin deyil. Elə buna görə də hazırda rəsmi Bakının yürütdüyü xarici siyasət ən idealı hesab olunmaqdadır. Təsəvvür edin, Azərbaycan iki nəhəngin maraq toqquşmasının episentrində ola-ola nəinki bir dövlət olaraq varlığını qorumaqdadır, hətta günü-gündən gücünün üstünə güc də qatır.
Amma Rusiyanın Krım tikəsini ağzından aldığı Ukrayna ilə belə müqayisədə bizim yox hesab olunduğumuz bir faktdır. Deməli, istənilən güclənmə səviyyəmiz dəli Rusiyanın hər hansı şıltaqlığı qarşısında acizdir. Və bu səbəbdən Azərbaycan hakimiyyətinin hazırki balans siyasəti ən idealıdır. Və disbalansın Azərbaycana daha da başa otura biləcəyi şübhəsizdir. Halbuki biz məhz bu balans naminə Qarabağı işğaldan azad etmə hüquqlarını itirmişik.
Yəni bu faktdır ki, Azərbaycanın istənilən bir mövcud balansın pozulmasına hesablanmış addımı risqlidir. Ola bilsin ki, risqimiz uğurlu alınar və biz Qarabağı işğaldan azad edə bilək. Amma bu, ehtimal olduğundan Azərbaycanın hansısa risqə baş vuracaq komfortu mövcud deyil.
Məsələn, Azərbaycan Gürcüstanın Saakaşvili dönəmində olduğu kimi birmənalı siyasət yürüdərsə, Qərbin yanında olduğunu nümayiş etdirərsə, o zaman iqtisadi baxımdan nailiyyətlər əldə edə bilər. Lakin Azərbaycanın Qərbdən Qarabağda savaş hüququnu əldə etməsi inandırıcı və ümumiyyətlə, mümkün deyil.
Bu halda, Azərbaycan Rusiya kimi bir nəhəngi də qarşısına almış olacaq. Və Qarabağa hətta birdəfəlik «əlvida» demək zorunda da buraxıla bilər. Və Qərbin - Azərbaycanın sığınacağı Qərbin Azərbaycanın ərazi bütünlüyü naminə hansısa çaba göstərəciyi də ağlabatan deyil. Çünki biz Qərbin qəribçiliyini həm Gürcüstanda və həm də elə son olaraq Ukraynada gördük, görməkdəyik.
Rusiya isə Azərbaycana qarşı daha da sərt mövqe nümayiş etdirəcək. Bu qaçılmaz bir hal olacaq və Rusiyanın Qarabağı da «referendum» yolu ilə öz tərkibinə qatacağı belə inandırıcıdır. Təbii ki, Azərbaycanın Qərbə söykənib, özünə yeni bir kurs seçəcəyi təqdirdə…
Əksini düşündüyümüz halda da Azərbaycan üçün uğurlu nəsə vəd olunmur. Yəni Azərbaycan Qərblə təmaslarını kəsərək birmənalı şəkildə - məsələn, Belorusiya kimi Rusiyanın yanında dayanacaqsa, o halda da Azərbaycanı yaxşı nəsə gözləmir. Bəlkə də bu yolda Qarabağın azadlığı mövcuddur. Amma bu azadlıq tam olaraq bizim istədiyimiz şəkildə olmayacaq. Və bunun qarşılığında Azərbaycan özünün tək siyasi yox, həm də iqtisadi müstəqilliyini itirmiş olur. Əgər Qərbin yanında olmaqla yalnız cinah seçimi etmiş oluruqsa, Rusiyanın yanında dayanmağı seçməklə həm də müstəqilliyimizin hüdudlarını daraltmış oluruq.
Və bu baxımdan Azərbaycanın hazırki durumu ən doğru seçimdir.
Azərbaycanı nə gözləyir - 2-ci Pyotr bizi sevmir…
Təbii ki, bizim üçün sabahımız daha maraqlıdır. Bu gün Suriyada baş verənləri, Ukraynanın başına açılan oyunları ürək ağrısı ilə izləyə bilərik. Amma bu narahatçılıq bizi sona qədər təqib etmir. Bizi daha çox narahat edəni öz sabahımızdır. Və biz bundan sonra başımıza nələr gələcəyini düşünürük, düşünməliyik.
2-ci Pyotrun Azərbaycana hansı münasibəti bəslədiyini bilirik. O bizi sevmir. İllər əvvəl İrəvanda olarkən Ermənistanın Slavyan Universitetinin tələbə və müəllim heyətinin qarşısında çıxış edən Putin onlara Pyotrun ermənilər haqqında vəsiyyətini xatırladaraq «skazano, sdelano» ifadəsini işlətmişdi. Yəni Putin Azərbaycan torpaqlarında özlərinə dövlət qurmuş və bu dövlətlərini yeni işğal siyasəti ilə daha da genişlətmiş erməniləri Pyotrun əmanəti kimi qəbul etdiyindən onun hansısa şəraitdə əmanətə xəyanət edəcəyi gözlənilən deyil.
Putin erməniləri sona qədər çiyinlərində daşıyacaq. Çünki bu, Rusiyanın siyasətidir. Putin Ermənistana Azərbaycanın düşməni kimi baxmır. Putin Ermənistanı regionda özünün əsas istinad nöqtəsi kimi görür və Putin regionda son qalası ilə bağlı hansısa prinsipial dəyişiklik qərarı verməyəcək. Və Putindən sonra Rusiyanın maraqlarına xidmət edən digər Rusiya dövlət başçıları da eyni tərzi, eyni siyasəti davam etdirəcəklər.

Rusiyanın Azərbaycanla bağlı məkrli planı

Azərbaycanı isə nəyin gözlədiyi ortadadır. Yenidən işğal təhlükəsi var və Krımda baş verənlərin ardından bu işğalın artıq hüdudlarımıza doğru yaxınlaşdığı hiss olunmaqdadır. Yox, biz Jirinovskinin sayıqlamalarını ciddiyə almırıq. Amma həm də alırıq. Çünki bu gün Rusiya faktiki olaraq Jirinovski təfəkkürü ilə idarə olunur və Azərbaycanı hər zaman «Cənubi Rusiya» adlandıran Jirinovski əslində öz ölkəsinin siyasi hədəflərini kobud formada ifadə edib.
Belə bir şəraitdə Rusiyanın Azərbaycanı bir dövlət hesab etmədiyi ortadadır. Əslində Krımda baş verənlərdən sonra hər bir azərbaycanlı özünü narahat bir atmosferdə his edir və düşünür ki, eyni şəkildə Rusiya Azərbaycanda da davrana bilər. Hətta artıq bu sarıdan bir itik verməyimiz belə yetərli hesab olunmaya bilər.
Rusiya isə Azərbaycanda ciddi maraqlara sahibdir və bu maraqlarını sona qədər qoruyacağını nümayiş etdirir. Və bu halda Azərbaycana kimsə kömək edə bilməyəcək, özündən başqa. Yəni ümid Azərbaycana, Azərbaycan hakimiyyətinin yürüdəcəyi ağıllı siyasətədir. Bir növ hazırki siyasətin davamı, inkişafı ən ağıllı seçim kimi görünür. Əksi isə Azərbaycanı bir çox əskikliklərə məruz qoya bilər.
Bu gün Azərbaycanı idarə edən İlham Əliyev Qərbə Saakaşvilidən yaxın olmayacaq. Bu faktdır. Deməli, Saakaşvilini yalnız Putinin edam qərarından qorumağa müvəffəq olan Qərbin Azərbaycan prezidentinin istənilən bir kurs dəyişikliyi qərarına hansısa ciddi dəstəyi verməsi də gözlənilən deyil. Bu isə Azərbaycanın hansı böyük təhlükə ilə üz-üzə qaldığını faktiki olaraq ortaya qoymaqdadır.
Artıq Azərbaycan Qərbin, konkret olaraq ABŞ-ın İran siyasətində də maraqlı bir mövqeyə malik deyil. Azərbaycan yalnız Qərbə aid oluna biləcək İsrail üçün maraqlı bir ünvandır. Bu da enerji təhlükəsizliyi baxımından. Digər səbəblər isə əleyhimizədir. Artıq İraqı, Suriyanı işğal edən Amerikanın İranla öz sərhədləri var və digər tərəfdən ABŞ-İran münasibətlərindəki yumşalmalar da Azərbaycanı məlum prosesdə əhəmiyyətsiz bir məkana çevirib.
Azərbaycan bu gün Qərb üçün daha çox neft çəlləyi olaraq maraqlı görünür. Rusiya isə Azərbaycana bu cür yanaşmır və elə buna görə də Qarabağ problemi də həll olunmur və hətta başımız üzərində birbaşa olaraq Kremldən qidalanan digər separatizm meyilləri də bir qara kabus olaraq dolaşmaqdadır.

Rusiya Azərbaycanı necə işğal edəcək?

Bəli, Rusiyanın Azərbaycanı yenidən işğal etməsi bu gün daha çox proqnozlaşdırılır. Hətta bu şəraitdə «Yox, Qərb buna imkan verməyəcək», «Yox, Rusiya bu qədər də ağ edə bilməz» kimi etirazlar da eşidilmir. Çünki Rusiyanın bütün bəşəriyyətə Krımda verdiyi dərsdən hər kəs öz payını götürüb. Amerika okeanın o tayında rusları dollarla təhdid edənə qədər Rusiya Azərbaycanı istədiyi şəklə salacaq.
Bunu bu gün Azərbaycan hakimiyyəti də görür. Amma Azərbaycan hakimiyyətinin də öz prinsipləri var və hətta Rusiya ilə münasibətlərimizdəki bu qeyri-bərabərliyə rəğmən yenə də rəsmi Bakı öz mövqeləri uğrunda sona qədər çarpışır. Rusiya təbii ki, bizim nazımızla oynamır, oynamayıb və oynamayacaq da. Sadəcə olaraq rəsmi Bakı gərəkən anda gərəkən manevrləri edərək həm öz mövqelərini qoruya bilir, həm də Azərbaycanın bir dövlət olaraq maraqlarını güdməyi bacarır.
Ona görə də olduqca çətin bir regionda yerləşməyimizə, Rusiya kimi bir qoca nəhəngin qulağının dibində müstəqil enerji siyasəti yürütməyimizə rəğmən Azərbaycanı Ukraynanın aqibətinin gözləyəcəyi inandırıcı deyil. Amma Rusiyanın Azərbaycanı işğal siyasətinin olması bir faktdır.
Rusiya Azərbaycana ənənəvi dayaqları üzərində daxil olmağa çalışacaq. Bölərək, Azərbaycanı ələ keçirəcək. Artıq bunun təzahürləri də var. Cənubda talış separatizmi süni şəkildə qabardılır, şişirdilir və bir problem kimi təqdim olunur. Ən acınacaqlı olanı isə odur ki, həmin talış separatizminə Rusiya ilə yanaşı, abdal Qərb təşkilatları da dəstək verməkdədir. Onların absurd «insan haqqları prizması» bu gün Rusiyanın Azərbaycanda yeni işğal siyasətinə tam uyur.
Şimalda isə Azərbaycanı bir neçə istiqamətdə narahat etməyi düşünən Rusiyanın avar və ləzgi separatçıları ilə dəfələrlə təlim keçdiyi faktdır. Bu gün təkcə «google» və «youtube»də axtarış verməklə həmin süni separatizm meyillərini təbliğ edən minlərlə materiala, bu cür Azərbaycan əleyhinə olan təhlükəli təbliğatla məşğul olan saytlara rast gəlmək mümkündür.
İllərdir Rusiya bu siyasətinə sədaqətlidir. Azərbaycanı hətta kəndlərə bölərək kiçiltməyi belə göz önünə alan Rusiyanın qarşısını isə yalnız rəsmi Bakının atacağı addımlar ala bilər.
Ruslar gəlirlər. Əllərindəki Leninin qıp-qırmızı bayrağı olmasa da, mahiyyəti eynidir. Putin Dəli Pyotrun varisi kimi SSRİ-nin keçmiş ərazisini yaxın 10 ildə geri almağı planlayır. O, Yeltsinin dağıtdıqlarını bərpa edib, indi də Qorbaçovun dağıtdıqlarını bərpaya hazırlaşır. Hətta Xruşşovun tarixi qərarını da geri oxutdurdu. Yəni bu qədər inamlıdır. Hazır və tədarüklü olmaq zorundayıq. Bir millət və dövlət olaraq…
Məhəmməd Ərsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Pyotrun erməni vəsiyyətini xatırlatdı - Video

    Putin Pyotrun erməni vəsiyyətini xatırlatdı - ...

    21-04-2016, 01:13

  • 
  • Kreml Bakını nədən bu qədər sıxmağa çalışır?

    Kreml Bakını nədən bu qədər sıxmağa çalışır? ...

    26-11-2013, 15:41

  • 
  • “Biz SSRİ-ni bərpa etmək istəmirik”

    “Biz SSRİ-ni bərpa etmək istəmirik” ...

    25-05-2014, 13:14

  • 
  • Putin üçün 1 May sıradan bir may olmadı

    Putin üçün 1 May sıradan bir may olmadı ...

    4-05-2014, 11:09

  • 
  • ABŞ Rusiyanı cəzalandıracaq

    ABŞ Rusiyanı cəzalandıracaq ...

    1-09-2014, 13:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (39)
İyul 2025 (585)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu