GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Putin üçün 1 May sıradan bir may olmadı

Putin üçün 1 May sıradan bir may olmadı

Tarix: 4-05-2014, 11:09 Bölmə :Manşet Baxış: 820
Putin üçün 1 May sıradan bir may olmadı
Rusiya keçmiş SSRİ-nin atributlarını bərpa edir

Putinin imperiya ambisiyaları bitib tükənmək bilmir. Hər gün Kremlin sahibi keçmiş SSRİ-nin bərpası istiqamətində yeni-yeni planların icrasına başlayır, Rusiyanın əski qüdrətini bərpa etmək üçün bütün qüvvəsini sərf edir. Ukraynada istədiyini edən Putin tədricən “Krım baharı”nın digər ölkələrə transfer olunması istiqamətində kəşfiyyat tədbirləri görür. Rusiya prezidenti başlatdığı oyunun onun üçün “ölüm-qalım” savaşı olduğunun fərqindədir. Krımın ilhaqı ilə özünü və ölkəsini bütün dünyü ilə üz-üzə qoyan Putin dönüşü olmayan bir yoldadır. Putinin məğlubiyyəti onun siyasi, bəlkə də fiziki məhvinə gətirib çıxarda bilər. Eyni zamanda indiki durumda Rusiyanın Qərbin qarşısında geriyə çəkilməsi ölkənin parçalanması ilə nəticələnə bilər. Çünki, Qərb texnoloqları Rusiyanı zəiflətmək üçün onun regionlara parçalanması planı üzərində həmişə işləyiblər və bunu reallaşdırmaq üçün əllərində kifayət qədər səbəbləri var. Təbii ki, Rusiya prezidenti bunları hamıdan daha yaxşı bildiyi üçün başlatdığı oyunu sona çatdırmaqda israrlıdır. Gömrük İttifaqı layihəsini reallaşdırmaq üçün keçmiş Sovet respublikalarına təzyiqlər günbəgün artırılır, ideoloji və siyasi təxribatlar gücləndirilir. Putin Rusiya cəmiyyətinin də nostalji hisslərini gücləndirməklə daha böyük dəstək qazanmağı hədəfləyir. Təsadüfi deyil ki, SSRİ-nin süqutundan sonra qadağan olunmuş bir çox bolşevik tədbirləri də tədricən dirçəldilir. Rus xalqı yenidən imperialist hisslərlə tərbiyələndirilir.

Putinin Maydan gözləntiləri nədir?

Təbii ki, Putinin işğalçılıq siyasəti təkcə Rusiya cəmiyyətində imperiya duyğularını cuşa gətirməyib. Keçmiş postsovet respublikalarında da illərdir ki, Kreml ulduzunun parlamasını həsrətlə gözləyən xeyli sayda insanlar var. Elə rəsmi Moskvanın da götürdüyü siyasi kursda bu “beşinci kolonun” xüsusi çəkisi var. Bütün tərəfdarlarına siqnal vermək üçün Putin Sovet dövrünün əsas atributlarından sayılan 1 May gününü seçdi. Zəhmətkeşlərin həmrəylik günü indi moskvapərəstlərin həmrəylik gününə çevrilib. SSRİ-nin dağılmasından sonra Rusiya hakimiyyəti Moskvanın mərkəzində indiyə qədər 1 May tədbirlərinin keçirilməsinə imkan vermirdi. Amma, dünən Putin Kremldə, Qırmızı Meydanda təntənəli 1 May yürüşlərinə icazə verdi. Təbii ki, bunu sıradan bir qərar kimi dəyərləndirmək olmaz. Çünki, hazırki şəraitdə Putini birdən-birə belə qərara gəlməsini təsadüfi saymaq sadəlövlük olardı. Dünən keçirilən 1 May tədbirləri bir çox cəhətlərinə görə Sovet dövrünün nümayişlərini xatırladıb. Düzdür, Putin hələ ki, movzoley tribunasında hökumət nümayəndələrinin əl sallamasına şərait yaratmayıb. Amma, Qırmızı meydan başdan-başa qırmızı bayraqlarla bəzədilib. Eynilə Sovet dövründə olduğu kimi diktorlar müxtəlif şüarlar səsləndirməklə nümayişçiləri ruhlandırıblar. Telekanallar bütün günü meydandan canlı yayımlar veriblər. Xüsusilə, rus təbliğat maşını Krımın ilk dəfə Rusiya ilə birlikdə bayramı qeyd etməsi faktını qabardaraq geniş işıqlandırıb.
Təbii ki, Putin 1 Mayın sıradan bir may olmaması üçün verdiyi qərarla bütün dünyaya və postsovet respublikalarına daha bir jest etdi. Bu onun Rusiyanın keçmiş əzəmətini bərpa etmək yolunda qərarlı olduğuna bir işarə idi. Eyni zamanda o, bütün Rusiyapərəst qüvvələrə bildirdi ki, plan tam gücü ilə işləyir.Keçirilən tədbirlərdə millətçilik əhval-ruhiyyəsi hökm sürüb. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yenə də öz ampulasında olub. Onun çıxışında bir sıra diqqət çəkən məqamlar olub ki, bunlar indiki Rusiya hakimiyyətinin yürütdüyü siyasi xəttlə paralellik təşkil edir. Jirinovski deyib ki, necə olur almanlar birləşirlər, amma rus xalqı bir dövlətdə birləşə bilmir. Biz nəyin bahasına olursa-olsun rus xalqının bir dövlətdə birləşməsinə nail olmalıyıq. Jirinovskinin sözləri Ukraynada Rusiyanın işğalçılıq siyasətinin davamına və bu planın digər ölkələrə də ötürülməsinə bir işarə kimi dəyərləndirilə bilər.
Putinin 1 may tədbirlərinə belə şərait yaratmasının digər bir səbəbi isə Rusiya daxilində millətçilik əhval ruhiyyəsini qızışdırmaqla daxili dəstəyi daha da gücləndirməyə hesablanıb. Qərb ölkələrinin Rusiyanı məğlub duruma salmaq üçün parçalanma kartından istifadə etməsi gizlin deyil. Millətçilik ab-havasına rəvac verməklə Putin mümkün təhlükələri azaltmaq istəyir.

Azərbaycana Ermənistan vasitəsi ilə təzyiqlər artırılır

Rusiya hələ ki, Ukraynada problemi tam həll edə bilmədiyi üçün digər postsovet respublikalara əzələ nümayiş etdirməklə təzyiqlərlə kifayətlənir. Gömrük İttifaqı layihəsini reallaşdırmaq üçün keçmiş SSRİ coğrafiyasında yerləşən ölkələrin hər birinə Kremlin özünə məxsus yanaşma tərzi var. Putinin planlarında əhəmiyyətli yer tutan Azərbaycanla isə oyun qaydaları demək olar ki, dəyişilməyib. Təzyiq etmək üçün ən münasib vasitə yenə də erməni kartı olaraq qalır. Son günlər Moskva ermənilər vasitəsilə ölkəmizə qarşı təzyiq kompaniyasına yenidən start verib. Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan silahlı qüvvələri iri miqyaslı hərbi təlimlərə başlayıblar. Azərbaycan tərəfinin Naxçıvanda keçirdiyi geniş təlimlərdən sonra bunu ermənilərin cavabı kim də dəyərləndirmək olar. Ermənilər Ağdamın işğal altında olan Uzundərə və Şahbulaq dağ massivində ağır artilleriya və zirehli tankların iştirakı ilə təlimlər keçirirlər. Lakin, məsələnin əsas diqqət çəkən məqamı ondadır ki, əslində təlimlər ermənilərin müdafiə qüdrətini nümayiş etdirməyə hesablanmayıb. Bu təlimlərlə Rusiya əslində ölkəmizə siqnal verir. Müharibənin hər an alovlandırılması təhlükəsi ilə Azərbaycanı təhdid altında saxlayan rəsmi Kreml bu təlimlərlə ölkəmizi Gömrük İttifaqına bir az da yaxınlaşdırmaq istəyir. Cənubi Qafqaz regionunda, Mərkəzi Asiyada, Moldovada Rusiyanın siyasi fəallığı artırması həm də Qərb ölkələrinə bir mesajdır. Kreml bununla göstərmək istəyir ki, bu bölgələri heç vəchlə Qərbə güzəştə getmək fikrində deyil. Rusiya və Qərb arasında gedən nüfuz savaşında Moskva indiyə qədər Baltikyanı ölkələri, keçmiş Yuqoslaviyanı, Şərqi Avropa regionunu, eləcə də bir sıra əhəmiyyətli müttəfiqlərini itirib. Bu bölgələrin də itirilməsi Rusiyanın faktiki blokadasına səbəb ola bilər. Odur ki, Putin Qərbə demək istəyir ki, müharibə yolu ilə olsa da digər əraziləri güzəştə getmək fikrində deyil. Azərbaycanı Qərbin siyasi təsir dairəsindən tamamilə qopartmaq üçün Rusiya tədricən təzyiqləri gücləndirir. Şimal sərhədlərində Rusiya pasportlarını paylamaqla Azərbaycana siqnal verildi ki, zərbəni təkcə Qarabağdan gözləmək olmaz. Rusiya istənilən varianta hazırdır. Artıq mətbuatda şimal bölgələrində yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə Rusiya pasportları almaq üçün müraciət etdiklərinə dair xəbərlər yayılır. Faktı Rusiya səfirliyindən də təsdiqləyiblər. Səfirlikdən bildiriblər ki, müraciət edənlərin sayı həddindən çoxdur və rəqəmlər hər gün artır. Təbii ki, bu kifayət qədər ciddi bir faktdır və gələcək böyük təhlükənin anonsu sayıla bilər. Azərbaycanı Gömrük İttifaqına sürükləmək üçün bunlar hələ ki, təzyiqlərin ən yumşaq formalarıdır. Azərbaycan tərəfi müqaviməti gücləndirdikcə daha sərt sanksiyalar tətbiq etməklə Rusiya regionda möhkəmlənməyə çalışacaq.
Avromaydan hadisələri Putinin imperiya siyasətini alovlandıran bir bəhanə oldu. İndi onun üçün iki variant var - ya məğlub olub geri çəkilməli, ya da başladığı oyunu sona çatdırmalıdır. Rusiya prezidentinin birinci yolu tutacağı inandırıcı deyil. Odur ki, Azərbaycan Kremlin bu tip təzyiq metodları ilə hələ çox üzləşəcək. Qırmızı meydanda dalğalanan qırmızı bayraqların şöləsi deyəsən çox ölkələri qırmızı rəngə boyayacaq. Siz qırmızı rəngi sevirsinizmi?
Nicat MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Biz SSRİ-ni bərpa etmək istəmirik”

    “Biz SSRİ-ni bərpa etmək istəmirik” ...

    25-05-2014, 13:14

  • 
  • Putin III Dünya müharibəsinə başlamaq istəyir

    Putin III Dünya müharibəsinə başlamaq istəyir ...

    11-04-2014, 10:47

  • 
  • Putin Romaya 50 zirehli maşınla gəlib

    Putin Romaya 50 zirehli maşınla gəlib ...

    27-11-2013, 05:49

  • 
  • Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq

    Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq ...

    1-04-2014, 11:36

  • 
  • Putin Sərkisyanı Moskvada tək qoydu

    Putin Sərkisyanı Moskvada tək qoydu ...

    18-09-2013, 11:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (46)
İyul 2025 (585)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu