GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nazirin qovduğu kollec direktorları haqda müdhiş iddialar

Nazirin qovduğu kollec direktorları haqda müdhiş iddialar

Tarix: 27-03-2014, 08:52 Bölmə :Manşet Baxış: 2 773
Nazirin qovduğu kollec direktorları haqda müdhiş iddialar
Təhsil ocaqlarında tələbələri soyan rüşvətxorların həbsdən yaxasını
necə qurtarmasının şok pərdəarxası


Astara, Şirvan və Ağcabədidəki anti-korrupsiya əməliyyatları və
Misir Mərdanovun kadrlarının təmizlənməsi barədə “Gündəm-xəbər” yazır


Bu il fevralın 14-də təhsil naziri Mikayıl Cabbarov bir neçə kollec direktorlarını işdən azad edib. Astara və Şirvanda işdən qovulan kollec direktorlarının əməlləri, yola verdiyi müdhiş yeyintilər, aldıqları rüşvət və işdən çıxarılandan sonrakı aqibətləri haqda sensasion məlumatlar əldə etmişik.
M.Cabbarovun qovduğu üç kollec direktorunun məhz tələbələrin canını boğaza yığması, rüşvəti qəpiyinə qədər alması, heç bir kəsə güzəştə getməməsi nəticədə buna gətirib çıxarıb.
Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub. Ancaq işin qeyri-rəsmi tərəfləri var.
Belə ki, direktorlar tələbələrin Təhsil Nazirliyinin qaynar xəttinə etdiyi davamsız şikayətlərin nəticəsində qovulublar. Onlar hər semestrdə tələbədən pul yığır, onları süründürür, kasıb, yoxsul tanımır, fərq qoymadan hamıdan rüşvət alırdılar. Eyni zamanda diplom almaq üçün də azı 300-400 manatdan xərac toplayırdılar.
Hətta bundan sonra süni kompaniya təşkil olunub. Facebook-da onu müdafiə edən səhifə açılıb, tələbələr adından işə qaytarılması üçün xahişlər olunub, guya tələbələr hətta dəstək aksiyasına cəhd edib. Amma qaynağımız bunun arxasında başqa məqsədlər dayandığını iddia edir. Onun sözlərinə görə, Lənkəranla yanaşı Şirvan və Astaradakı kolleclərin direktorları da həbsdən külli-miqdarda pul verməklə canlarını qurtarıblar.
Təhsil nazirinin müşaviri İlham Pirməmmədovun rəhbərliyi altında hər üç rayona gəlmiş nümayəndə heyəti kolleclərin maliyyə məsələləri və digər işlərini yoxlamaqla məşğul olublar. Mənbə bildirir ki, təhsil ocaqlarında imtahanlar üçün onlardan 200-270 manat pul yığılması öyrənilib.
Hətta kolleclərin direktorlarının müavinlərinin seyflərindən fantastik məbləğdə pul da çıxıb. Həmin pulun haradan və necə yığıldığı araşdırılıb və məlum olub ki, hamısı tələbələrdən alınıb.
Həmçinin, məlumatlara görə, aparılan yoxlamalar zamanı xeyli sayda neqativ hallar və ciddi maliyyə yeyintiləri aşkarlanıb.
Baş Prokurorluq isə Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynov barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Amma sadalanan digər kollec rəhbərləri həbs edilməyiblər.
Mənbənin sözlərinə görə, Təhsil Nazirliyinə daxil olan şikayətlər ciddi şəkildə araşdırılır və daxil olan faktlar təsdiqlənirsə, həmin təhsil ocağının rəhbərliyinə qarşı hüquqi müstəvidə təbdirlər görülür. Hər halda son aylar ərzində saxta diplomlarla bağlı məlum qalmaqal və Ağcabədi Pedaqoji Kollecinin direktorunun həbsini qeyd etmək vacibdir.
Mənbə bundan sonra da analoji təftişlərin davam edəcəyinə əminliyini ifadə edir. Bu tədbirlər Təhsil Nazirliyinin xüsusi planı əsasında həyata keçirilir və prosesin bundan sonra da davam edəcəyi şübhəsizdir.
Burada məqsədlərdən biri də keçmiş təhsil naziri Misir Mərdanova yaxın şəxslərin aşkarlanaraq sıradan çıxarılmasıdır. Odur ki, proses yekunlaşana qədər bu qəbildən olan kifayət qədər çox faktlara rast gələcəyik. Çünki nazirlikdə və təhsil ocaqlarında Mərdanovun kadrları təmizlənir.
Təhsil mütəxəssisləri hesab edirlər ki, pedaqoji kolleclər tam orta ümumtəhsil məktəblərin aşağı pillələri üçün kadr hazırlayır. Yəni bu kadrlar ibtidai sinif, rəsm, nəğmə, əmək müəllimləri səviyyəsində I-IV siniflərdə dərs deməlidir. Aparılan araşdırmaların nəticəsi də sübut edir ki, bu kadrların hazırlanma səviyyəsi çox aşağıdır.
Qeyd edək ki, Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Deməli, həbslər və istefalar dalğası böyüyəcək. Nazir isə hər bir şikayətə həssas yanaşmağı tələb edir.
Təhsil sahəsi üzrə ekspertlər qeyd edirlər ki, təhsil naziri bu sektordakı çətinlikləri hesablamadığı üçün vəziyyəti düzəldəcəyini düşünür. Ekspertlərə görə, keçən bir il müddətində yeni nazir orta və ali təhsil sahəsində köklü dəyişiklik edə bilməyib. Həmin korrupsion sistem dəyişmədən qalır. Ali və orta təhsil sistemində korrupsiyanı ləğv etməyin sadə bir yolu var. İlk növbədə təhsil sisteminin özəl əllərə verilməsi gərəkdir.
Özəl sistemdə korrupsiya olmur. Bizdə təhsil sistemində qətiyyən özəl sektor yoxdur. Əsas problemlər bundan qaynaqlanır. Ali məktəblərin özünü maliyyələşdirmək imkanı yaradılmalı, onları azad bir məkana çevirmək lazımdır. Misir Mərdanovun komandası isə tamamilə silinməsə, düzəlməyəcək. İllərdir təhsil sistemini çürüdüb, bataqlığa çevirən keçmiş nazirin yaratdığı bəlalar sağalmır.
Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi 3 kollec direktorunu cəzalandırdı

    Təhsil Nazirliyi 3 kollec direktorunu cəzalandırdı ...

    14-02-2014, 12:08

  • 
  • Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı

    Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı ...

    16-03-2015, 00:06

  • 
  • Kollec direktoru rüşvətə görə həbs edildi

    Kollec direktoru rüşvətə görə həbs edildi ...

    11-02-2014, 23:57

  • 
  • Bakı Sosial Pedaqoji Kollecində şok olay, 2 qız tələbə xəsarət aldı - FOTO

    Bakı Sosial Pedaqoji Kollecində şok olay, 2 qız ...

    30-10-2014, 10:23

  • 
  • 21 illik vəzifə sahibini işdən çıxardı

    21 illik vəzifə sahibini işdən çıxardı ...

    3-09-2013, 17:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu