GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “ABŞ Azərbaycana özünü qorumaq üçün silah satmalıdır”

“ABŞ Azərbaycana özünü qorumaq üçün silah satmalıdır”

Tarix: 28-03-2014, 08:37 Bölmə :Manşet Baxış: 779
“ABŞ Azərbaycana özünü qorumaq üçün silah satmalıdır”
“Stratfor” Araşdırmalar Mərkəzinin rəhbərindən ilginc açıqlamalar

ABŞ-da yerləşən “Stratfor” Araşdırmalar Mərkəzinin rəhbəri George Friedman hesab edir ki, Amerikanın Ukrayna böhranında özünü necə aparmasından regionun gələcək taleyi asılı olacaq.
Onun fikrincə, ABŞ Rusiya ilə “fərdlər əleyhinə mənasız sanksiyalar” dili ilə də danışa bilər, Rusiya ilə konfrantasiyaya getmək yolunu da seçə bilər. Əgər ikinci yolu seçməsə, yəni Rusiyanı yerinə oturtmağa nail olmasa, onda Rusiya ətrafındakı ölkələr - Estoniyadan Azərbaycana qədər – bundan belə bir qənaətə gələcəklər ki, əgər ABŞ kənardan baxırsa və Avropa daxilində fikir ayrılığı varsa, elə gedib Rusiya ilə dil tapmalıdırlar. Bu da Rusiyanın regiondakı gücünü artıracaq, Rusiyanın Avropanın içərilərinə doğru nüfuz etməsinə yol açacaq.
George Friedman yazır ki, halbuki ABŞ bu hegemonluğun qarşısını almaq üçün 3 müharibə etməli olub: (1-ci Dünya müharibəsi, 2-ci Dünya müharibəsi və Soyuq Müharibə). İndi yenidən buna imkan vermək, 1 əsrlik strategiyanın süqutu demək olardı.
Friedmana görə, indiki vəziyyətdə Rusiyanın Ukrayna ilə bağlı iki seçimi var. Ya geri çəkilməli – bu da inandırıcı görünmür, ya da Baltik dövlətləri, Moldova və Qafqazda Qərb üzərində sürətli diplomatik və siyasi qələbələr qazanmaqla tutduğu yola davam etmək.
Araşdırma Mərkəzinin rəhbəri yazır ki, Estoniya-Azərbaycan xəttindəki ölkələr Rusiyanın gücü ilə üzbəüz dayanaraq öz müstəqilliklərini qorumağa çalışırlar. Bu məsələdə NATO bir alyans olaraq onlara lazımi köməkliyi edə bilməz. Çünki alyansın bəzi ölkələri düşünür ki, belə məsələlərə müdaxilə etməyə, buna maliyyə ayırmağa xüsusi ehtiyac yoxdur.
George Friedmana görə, bu məsələdə ABŞ təşəbbüsü öz əlinə almalı, sözügedən ölkələri NATO-dan yan keçərək qorumaq üçün strategiya işləyib hazırlamalıdır. Ukraynanı uduzan Rusiya bunun əvəzini Baltik dövlətləri, Moldova və Qafqazda çıxmağa çalışa bilər. Buna görə də ABŞ həmin strategiya və müttəfiqlik münasibətlərini Polşa, Rumıniya və Azərbaycan kimi mühüm dayaqlar üzərində qurmalıdır. George Friedman düşünür ki, ABŞ-ın bu yeni müttəfiqlik strukturunda Qafqazda Azərbaycan əsas dayaq olmalıdır. Azərbaycan müsəlman dövləti olsa da, dünyəvi dövlətdir. Həm regionda radikal islamçılığın, cihadçılığın yayılmasının qarşısını ala bilər, həm də Gürcüstanı dəstəklədiyi üçün Avropa üçün bir enerji dəhlizi rolunu oynayır.
Qonşu Ermənistanda rus qoşunları yerləşir, onun Moskva ilə uzun müddətli anlaşması Dağlıq Qarabağda, Azərbaycanda gərginliyi artıra bilər. Əvvəlcə bu, ABŞ üçün birinci dərəcəli əhəmiyyətə malik məsələ deyildi, indi birinci dərəcəlidir. Gürcüstanın və onun limanlarının təhlükəsizliyi ittifaqa Azərbaycanın da cəlb edilməsini tələb edir.
George Friedman hesab edir ki, Azərbaycan daha böyük strateji məqsədlərə xidmət edə bilər. Çünki Rusiya qazından xeyli asılı olan Şərqi Avropa üçün yeganə iri alternativ enerji mənbəyi və dəhlizidir. Ona görə də Avropanın mərkəzinə sürətlə alternativ kəmərlərin çəkilməsi ilə yanaşı Azərbaycan özünü müdafiə etməsi üçün hərbi avadanlıqla təmin edilməlidir (özü də başqa dövlətlərdən fərqli olaraq bunun pulunu ödəməyə pulu var).
George Friedman yada salır ki, bəziləri ABŞ-ın dəyər verdiyi demokratik dəyələrin heç də hamısını bölüşməyən ölkələrin belə ittifaqa cəlb edilməsinin düzgün olmayacağını deyə bilərlər. Bəlkə də bu doğrudur. Amma bu da var ki, Soyuq Müharibə dövründə ABŞ şahın idarə etdiyi İran, eləcə də Türkiyə, diktaturanın mövcud olduğu Yunanıstan kimi ölkələrlə ittifaqa girib. Bundan başqa 1971-ci ildən sonra Çin ilə. İndi Azərbaycan tənqid edilir. Halbuki, əgər enerji Azərbaycandan yox, Rusiyadan gəlsə, Ukrayna hadisələrinin sonu faciə ilə bitəcək. George Friedman düşünür ki, ABŞ Dövlət Departamenti Azərbaycana münasibətdə tənqidlərində sərt olmamalıdır, çünki indi realpolitik vaxtıdır. George Friedman qeyd edir ki, ABŞ daha çevik siyasət yürütməli və Azərbaycan, Polşa, Rumıniya kimi ölkələri həm silah, həm də təlimlərlə gücləndirməlidir. Bu ölkələrə hava hücumundan müdafiə sistemləri, hücum vertolyotları, rabitə avadanlığı ilə köməklik edilə bilər.
Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Rusiya Azərbaycana qarşı hibrid müharibəsi taktikasından istifadə edə bilərmi?

    Rusiya Azərbaycana qarşı hibrid müharibəsi ...

    6-04-2016, 12:36

  • 
  • Nyu York Times: “Rusiya təhlükəsi nə qədər böyükdür?”

    Nyu York Times: “Rusiya təhlükəsi nə qədər ...

    28-03-2014, 08:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu