Asim Mollazadə: “Azərbaycanla Rusiya arasında normal münasibətlər olduğuna görə mən hesab etmirəm ki, beynəlxalq ictimaiyyətin gözü önündə Rusiya Azərbaycana qarşı hansısa hərbi əməliyyatlara başlasın”
Zərdüşt Əlizadə: “Ermənistanda yerləşən rus hərbiçilərinin erməni hərbi qiyafəsində Qarabağdakı döyüşlərə qatılması ehtimalı qeyri mümükündür”
Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 2-də başlayan hərbi eskalasiya dünən elan edilən atəşkəsə baxmayarq hələ də davam etməkdədir. Bu Müdafiə Nazirlinin yaydığı məlumata görə də cəbhədə vəziyyət gərgin sabit olaraq qalmaqdadır. Atəşkəsin Rusiyanın təkidi ilə əldə olunmasına baxmayaraq Rusiya gözlənildiyi kimi, öz ənənəvi mövqeyi ortaya qoymaqdadır. Yəni Rusiya özünü bizə guya tərəfsiz kimi göstərməyə çalışsa da, dost-müttəfiq mövqeyində deyil. Bütün hallarda Rusiyanın Ermənistanın müdafiə mövqeyindən çıxış edəcəyidə şübhə doğurmur. Bəs atəşkəs yenidən pozulduğu halda Rusiyanın Ermənistan tərəfdən münaqişəyə hərbi müdaxiləsi nə qədər mümkündür? Xüsusilə Ermənistanda yerləşən rus hərbiçilərinin erməni hərbi qiyafəsində Qarabağdakı döyüşlərə qatılması ehtimalı nə qədər mümkündür və Rusiya Ukraynada olduğu kimi Azərbaycana qarşı hibrid müharibə taktikasından istifadə edə bilərmi?
PİA.AZ-ın əməkdaşı mövzu ilə bağlı Azərbaycan Demokratik İslahatlar partiyasının sədri, deputat Asim Mollazadənin və politoloq Zərdüşt Əlizadənin fikirlərini öyrənib.
Asim Mollazadə: “Bu gün Ermənistanın hərbi təxribatı məhz Azərbaycan ərazisində baş verdiyinə görə Rusiya belə bir müdaxilə etməkdən çəkinəcək”
Millət vəkili Asim Mollazadə hesab edir ki, Rusiya Azərbaycanın işğal olunmuş ərazisində hər hansı bir hərbi əməliyyatlarda iştirakdan çəkinəcək:
“Mən hesab edirəm ki, Rusiya hal-hazırda Azərbaycanın işğal olunmuş ərazisində hər hansı bir hərbi əməliyyatlarda iştirakdan çəkinəcək. Bildiyimiz kimi Ermənistanla- Rusiya arasında hərbi müqavilə var. Amma bu müqavilədə qeyd olunur ki, döyüşlər ancaq Ermənistanın daxilində olarsa, Rusiya KTMT çərçivəsində Ermənistanın tərəfindən müyaqişəyə müdaxilə edə bilər. Bu gün Ermənistanın hərbi təxribatı məhz Azərbaycan ərazisində baş verdiyinə görə Rusiya belə bir müdaxilə etməyə çəkinəcək.
Azərbaycanla Rusiya arasında normal münasibətlər var. Yəni bizim hər hansı ciddi problemlərimiz olmadığına görə mən hesab etmirəm ki, beynəlxalq ictimaiyyətin gözü önündə Rusiya Azərbaycana qarşı hansısa hərbi əməliyyatlara başlasın”.
Zərdüst.Əlizadə: “Ukraynadan əvvəl hibrit müharibəsi 1991-1992-ci illərdə Azərbaycanda tətbiq edilmişdi”
Politoloq Zərdüst.Əlizadənin fikrincə isə bu tipli iddialar sosial şəbəkələrdə də səsləndirilir, lakin bu iddialar əsassızdır:
“Ermənistanda yerləşən rus hərbiçilərinin erməni hərbi qiyafəsində Qarabağdakı döyüşlərə qatılması ehtimalı qeyri mümükündür. Bunu təkcə biz yox, bizim rəhbərlik də, Müdafiə Nazirliyi də çox yaxşı bilir. Artıq internetdə bu barədə məlumatlar da yayılır və mən hesab edirə ki, əssasız iddialardır.
Rusiyanın Azərbaycana qarşı hibrid müharibəyə başlaması ehtimalına gəlincə isə, Rusiya Ukraynadan əvvəl hibrit müharibəsi taktikasını 1991-1992-ci illərdə Azərbaycanda tətbiq etmişdi və yenə də Azərbaycana qarşı hibrid müharibə taktikasının aparılması davam edə bilər”.
Sorğu
Yeni dizaynımız necədir?