GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Avropa Rusiyanın qaz asıllığından xilas olmaq üçün Azərbaycana üz tutdu

Avropa Rusiyanın qaz asıllığından xilas olmaq üçün Azərbaycana üz tutdu

Tarix: 29-03-2014, 15:41 Bölmə :Manşet Baxış: 808
Avropa Rusiyanın qaz asıllığından xilas olmaq üçün Azərbaycana üz tutdu
Bizdə çox gözəl bir el məsəli var - dəyirman bildiyini edər, çax-çax baş ağrıdar. İndi dünyada baş verən proseslərə nəzər saldıqda adamın yadına bu məsəl düşür. Amerika, Avropa ölkələrinin dövlət başçıları səhərdən axşama kimi Rusiya prezidenti Putini yaş yuyub quru sərirlər. Sanksiyalar tətbiq etməklə hədələyirlər, bank hesablarını dondururlar, hədə qorxu gəlirlər. Amma, cifayda, Putin elə bu hədə-qorxuların altında Krımı ələ keçirərək Rusiyanın ərazisinə daxil etdi. İndi də açıq-aşkar gizlətmir ki, imkan düşən kimi SSRİ-ni də bərpa edəcək. Yəni Amerikanın özünə əl qatmasının indiyə qədər heç bir nəticəsi olmayıb. Çünki, ortada bütün Avropanı fakt qarşısında qoyan bir səbəb var ki, onun nəticələrini düşünəndə hamısının canına vicvicə düşür. Bu isə təbii qaz asılılığıdır. Elə srağa gün Brüsseldə çıxış edən Barak Obama da Rusiyaya sərt sanksiyalar tətbiq edilməsindən danışarkən vurğulayıb ki, “bu bir günün içində olmur. Biz gərək belə addımları hərtərəfli analiz edək. Çünki, sərt sanksiyalar Rusiya qazından daha çox asılı olan Avropa ölkələrinə ziyan vura bilər. Bütün bunları biz hesaba alırıq.” Yəni Obamanın sözündən belə çıxır ki, neynəyək çox da qaza basa bilmirik, ona görə ki, qazımız Rusiyanın əlindədir. Avropa Birliyinin prezidenti Joze Manel Barrozo isə deyib ki, düzdür, AB-nin sanksiyaları ABŞ-ınkılarkından yumşaqdır, sərt ola bilmirik, yoxsa soyuqdan tir-tir əsərik.
Beləcə, Rusiyanın təbii qazından asılı olan Avropa bu gün hər sahədə uduzur. Vaxtilə, Putin Gürcüstanın ərazi bütövlüyünü pozarkən ona gözün üstə qaşın var deyə bilməyən Qərb ölkələri Krımı da qurban verərək Ukraynanı öz tərəfinə çəkmək istəyir. Dünyada nüfuz dairəsi üstündə mübarizə gedir, Sovetlər birliyinin dağılmasından sonra zəif duruma düşmüş Rusiya indi itirdiyi mövqeləri bərpa etmək niyyətindədir. Kreml administrasiyası onun nəzarətindən çıxan postsovet respublikalarını yenidən öz çatısı altında birləşdirmək istəyir. Bu isə bölgədə özünə yenicə mövqe tutan Qərb ölkələrinin mənafeyi ilə toqquşduğu üçün soyuq müharibə dövrü yenidən təkrarlanır.
Rusiya imperiyası işğalında olan bütün müstəmləkələrini həmişə təzyiq altında saxlamaq üçün süni münaqişə bölgələri yaratmış, bu vasitə ilə tərəfləri daima nəzarət altında saxlamışdır. Belə zonalar Rusiyanın əlində olan kartlardır və zəruri məqamlarda istifadə edir. Rusiya Gürcüstanın nəzarətindən çıxdığını görən kimi Abxaziyanı və Osetiyanı ondan qopartmaqla cəzalandırdı. Ukraynanın avrointeqrasiya yolunu tutması da ucuza başa gəlmədi. Ukraynanın itirilməsini rəsmi Moskva Krımı işğal etməklə kompensasiya etdi. Kremlin əlində belə partlamamış bombalar hər zaman var və istədiyi an düyməyə basa bilir. Krım münaqişəsinin əvvəllərində Rusiyaya qarşı daha sərt mövqe sərgiləyən Qərb ölkələri artıq faktla barışaraq sadəcə diplomatiya xatirinə sammitlər təşkil edir, bəyanatlar səsləndirirlər. Olan Ukraynaya oldu, Avropaya üz tutmaq ona Krımı itirmək bahasına başa gəldi. Amma, onu öz tərəfinə çəkmək üçün dəridən qabıqdan çıxan Qərb tərəfdaşları ərazi bütövlüyünün pozulmasının qarşısını ala bilmədilər. Ortada adamın gözünə girən o boyda qaz kəmərləri və qaz asılılığı var. Avropa üçün ən əsası öz çıxarlarıdır, maraqlı deyil ki, onu təmin etmək Gürcüstana, Ukraynaya nəyin bahasına başa gələcək. Qocaman Avropa demokratiyası öz mənfəəti naminə Rysiyanın da istədiyini etməsinə göz yumur. Suriya artıq neçə ildir ki, vətəndaş müharibəsinin cəngində məhv olur. Bu ölkədə əsl insanlıq dramı yaşanır. Amma, istər Amerika, istərsə də Avropa ölkələri Rusiya maneəsini aşa bilmirlər. Çünki, ortada yenə də şəxsi çıxarlar var, Suriyada axıdılan yüz minlərlə müsəlmanın günahsız qanının əhəmiyyəti yoxdur. Hegomon dövlətlər zəif ölkələri qumar masasında oynayırmış kimi gah bu, gah da başqa ələ oynayırlar. Əgər sabah lazım gələrsə, Avropanın demokratik ölkələri bütün Ukraynanı Rusiyaya güzəştə gedə bilər, uzaqbaşı deyər ki, məhşur filmdə deyildiyi kimi, “vəziyyət belə tələb edir”.
Brüsseldə təşkil olunan AB-ABŞ sammitində Barak Obama bildirib ki, Avropanın ehtiyacı olduğu qədər təbii qazın ixracına Amerika icazə verməyə hazırdır. Yəni Ağ Ev çalışır ki, Avropanı mümkün qədər Rusiyanın qaz asılılığından xilas etsin. Bunun ardınca Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bəyan edib ki, “enerji təhlükəsizliyimizi təmin etməkvə Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün biz ilk dəfədir ki, Şərqdən, ancaq Rusiyadan deyil Azərbaycandan qaz alacağıq”. Yenə də qocaman Avropanını siyasi maraqları hər şeyi üstələyir. Ona qaz lazımdır və dərhal Azərbaycan yada düşür və ön plana çıxır. 25 ildən çoxdur ki, Azərbaycanın üzləşdiyi Qarabağ probleminin həllində “dovşana qaç, tazıya tut” deyən Avropa üçün ölkəmiz strateji müttəfiqə çevrilib. Halbuki, Ermənistan daima açıq-aşkar Rusiyanın quyruğunda sürünən ölkə olub və Krımın işğalında Moskvaya ilk dəstək də elə bu ölkədən gəlib. Ancaq, Avropanın demokratiya beşiyi olan ölkələri indiyə qədər Ermənistanın mənafeyinə zidd olan bir cümlə də işlətməyiblər. ATƏT-in Minsk qrupu kimi əldəqayırma bir qurum yaratmaqla illərdir ki, münaqişəni əsassız yerə uzadır, bundan kifayət qədər yararlanırlar. Faktiki olaraq iyirmi faiz torpaqları işğal olunan Azərbaycandan daha çox işğalçı Ermənistana dəstək verilib və verilməkdə davam edir. Axı, Avropanın, Amerikanın Qarabağ problemi nəyinə gərəkdir? Onlara Azərbaycanın nefti və qazı lazımdır və bunu da əldə edirlər. İndi də yenə öz mənafeləri naminə ölkəmizi Rusiyanın təzyiqləri ilə üz-üzə qoyaraq qaza olan tələbatlarını təmin etmək istəyirlər.
Onsuz da yaranmış siyasi böhran şəraitində Azərbaycanın vəziyyəti xeyli ağırlaşıb. Nəhəng güclərin iki qütbə ayrıldığı mövcud vəziyyətdə ölkəmiz seçim etmək məcburiyyəti ilə üz-üzə qalıb. Bir tərəfdən Qərb bizi öz tərəfinə çəkmək istəyir, digər tərəfdən imperiya ambisiyaları güclənən Rusiya yaxamızdan əl götürmür. Müharibə vəziyyətində olduğumuz Ermənistan isə Kremlin qucağına oturmaqla özünü sığortalayıb və artıq Qarabağda Krım oyununu təkrar etmək niyyətini gizlətmir. Hətta bir çox erməni politoloqlar Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olunmasından danışırlar. Sual olunur, Rusiyanın Azərbaycana təzyiq üçün başladacağı hər hansı oyunda cənab Qərb demokratları Azərbaycanı mümkün zərbələrdən, itkilərdən qoruyacaqlarmı? Bu sualı küçədən keçən istənilən adamdan soruşsan, qətiyyətlə “yox” deyər! Çünki, neçə illərdir ki, bunu etməyən ölkələr təhlükəli durumda da heç bir qəti addım atmayacaqlar. Əgər doğrudan da Qərb ölkələrinə müttəfiqlik zəruridirsə, neçə illərdir niyə Rusiyapərəst Ermənistana qarşı Azərbaycanın haqlı mövqeyini müdafiə edən konkret bir addım atmayıblar? Ərazisi işğal olunan, bir milyondan çox vətəndaşı qaçqın düşən bir ölkə ilə işğalçı arasında hansı fərq qoyulub?
İndi də Avropa Rusiyanın qaz asılılığından xilas olmaq üçün Azərbaycana üz tutur. Bəs görəsən Kreml sahibləri Azərbaycana öz qazı ilə Avropaya yardım etməyə imkan verəcəklərmi? Həmin dəqiqə Xankəndində referendum ab-havasının yaranmayacağına, qondarma respublikanın tanınmayacağına heç bir zəmanət yoxdur. Bütün bunlar isə baş verəndə yəqin ki, hörmətli Manuel Barrozu əldə silah Azərbaycan torpaqlarının keşiyində durmağa gəlməz. Çünki, torpaq torpaqdır, qaz isə qaz. Dünya da ki, qaz vur qazan doldur dünyasıdır. Kim kimi bacarırsa qazlayır...
NİCAT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Obama Putini hədələdi

    Obama Putini hədələdi ...

    17-04-2014, 10:26

  • 
  • Barak Obama: "Rusiyaya qarşı sanksiyalar..."

    Barak Obama: "Rusiyaya qarşı ...

    24-04-2016, 23:47

  • 
  • Bizim sanksiyalarımız Rusiyanın sadə vətəndaşlarına yönəlməyib

    Bizim sanksiyalarımız Rusiyanın sadə ...

    18-04-2014, 10:20

  • 
  • “Rusiya Azərbaycana müdaxilə etsə…”

    “Rusiya Azərbaycana müdaxilə etsə…” ...

    29-03-2014, 15:10

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu