Obama bildirib ki, Ukraynada vəizyyət gərginləşsə Rusiyaya qarşı sanksiyalar sərtləşəcək
Rusiyaya tətbiq edilən sanksiyalar bu ölkənin sadə vətəndaşlarına yönəlməyib. Bunu ABŞ prezidenti Barak Obama bildirib. Vaşinqton sadə rus vətəndaşlara ziyan verməyə can atmır. Ukraynada vəizyyət gərginləşsə Rusiyanı sanksiyalar gözləyəcək. “Əgər Rusiya öz yolundan dönməsə, biz əlavə cavab variantları hazırlayırıq. Biz artıq onun iqtisadiyyatına təsir etmişik. Bu artıq təsdiqlənib. Vəziyyət əhəmiyyətli dərəcədə pisləşə bilər. Amma, biz sadə ruslara ziyan verməkdə maraqlı deyilik” - deyə Obama qeyd edib. Bundan əvvəl Obama bildirib ki, Rusiyaya qarşı əlavə sanksiyalar hazırlanır. Onun sözlərinə görə, Ukraynada vəziyət faktiki olaraq dəyişməsə biz onları tətbiq edəcəyik
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?