“Azərsun Holding” MMC-də işçiləri həftənin 6 günü, bəzən isə bazar günləri də daxil olmaqla, sutka ərzində 12 saat çalışdırırlar; ciddi vegidən yayınma halları mövcuddur…
“Azərsun Holding” MMC-də ciddi qanun pozuntuları baş verir. Bu barədə Holdinqdə çalışan vətəndaşların ünvanladıqları məktubda bildirilir. Məlumata görə, “Azərsun”da çalışanlar sadəcə 18-19-cu əsrlərin iş qaydalıarı ilə istismar olunurlar. Bələ ki, şikayətçilər bildirirlər ki, holdinqdə insan əməyinin istismarı kütləvi xarakter alıb. Məlumatda qeyd olunur ki, işçiləri həftənin 6 günü, bəzən isə bazar günləri də daxil olmaqla , sutka ərzində 12 saat çalışdırırlar. Bu da o deməkdir ki, şirkətdə çalışanlar həftə ərzində 72 saatdan çox çox çalışırlar. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə və əmək məcəlləsinə görə hər bir işçi həftə ərzində 40 saatdan artıq çalışdırıla bilməz. Bu saatdan artıq çalıdırlan hər bir işçiyə iş verən tərəf iki qat əmək haqqı vermək məcburiyytindədir. Şirkətin işçilərlə bağladığı əmək müqaviləsində iş saatı qanuni şəkildə 8 saat müəyyənləşdirilsə də, əməkdaşlar hər gün 12 saat müddətində işlədilir. Əgər bir işçi 12 saatlıq iş vaxtından əvvəl iş yerini tərk edərsə, birinci dəfə onun maaşından tuturlar, ikinci dəfə isə işdən atırlar. Qeyd olunur ki, şirkətdə işçilərin hüququ heç kimi maraqlandırmır və açıq istismarla bağlı edilən şikayətlərə şirkət rəhbərliyi baxmaqdan imtina edir. Şikayətdə həmçinin o da qeyd olunur ki, 12 saatlıq iş rejimi birbaşa “Azərsun Holding” MMC-nin prezidenti Abdolbari Gözəl tərəfindən tətbiq olunub. Bu isə əslində şirkətdə feodalizm və vəhşi kapitalizm dönəminin bərpa olunması anlamına gəlir. Həmçinin məlumatda bildirilir ki, 12 saat işləmələri müqabilində maaşlarda heç bir artım müşahidə olunmur. Buna etiraz edənlər isə işdən qovulacaqları ilə hədələnirlər. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulan müddəalar da kobud şəkildə pozulur. Hazırda şirkətdə “Əmək Məcəlləsi”nin də total şəkildə pozulması faktı mövcuddur. Məlumata görə, “Azərsun”da ayrı-seçkilik siyasəti həyata keçirilir. Belə ki, burada çalışan Türkiyə vətəndaşlarına və digər əcnəbilərə bütün hallarda güzəştlər edilir, və onlar 8 saat çalışırlar. Aldıqları maaş isə azərbaycanlı işçilərin aldığı maaşın 10 qatı üzərindədir. Ancaq azərbaycanlı çalışanlara gəldikdə isə, münasibət fərqlidir. Sadəcə azərbaycanlı çalışanlara şirkətdə qul müamiləsi yapılır. Məlumatda qeyd olunur ki, bu total idarəçiliyi və ayrı-seçkiliyi sahələr üzrə məsul olan şəxslər həyata keçirir, şirkət rəhbərliyinə çikayət edənləri isə müxtəlif vasitələrlə ləkələyərək işdən qovurlar. Daha çox bu cür “barışmaz” işçiləri “oğurluq” iddiası ilə işdən qovurlar. Rəhbərliyə isə bildirirlər ki, guya həmin şəxslər şirkətdə oğurluqla məşğul olurlar. Hazırda “Azərsun”da çalışan azərbaycanlı işçilərin ciddi narazılıqlarının olduğu bildirilir. Həmçini məlumatda yer alan digər iddiada bildirilir ki, “Azərsun Holding” MMC-də ciddi vegidən yayınma halları mövcuddur. Belə ki, şirkətdə iki əmək haqqı cədvəli üzrə maaş sistemi tətbiq olunur. Burada çalışan işçilər və fəhlələr birinci cədvəldəki leqal maaşa qol çəkib alsalar da, ikinci cədvəldə nəzərdə tutulan qeyri-leqal maaşı da alırlar. Tutaq ki, 350 manat maaş alan işçi bu pulu alarkən iki cədvələ qol çəkməli olur. Qanini sayılan cədvəldə maaş 200 manat civarında olur. Ancaq növbəti cədvəldə onlar 150 manat da əlavə alırlar ki, buna görə onlardan vergi tutulmur. Vergi isə birinci cədvəldə nəzərdə tutulan maaşa görə tutulur ki, bu da “Vergi Məcəlləsi”nin kobud şəkildə pozulmasıdır və maxinasiya halıdır. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?