Adolbari Gözəlin əməkdaşının ixrac mallarında maxinasiyaları aşkarlanıb; mənimsəmə faktına görə sıravi işçilər aylardır “13-cü maaş”ı ala bilmirlər; Türkiyədən gələnlər daha çox əmək haqqı alır
“Azərsun Holding” MMC haqda şok məlumat daxil olub. Şirkətin ən yüksək rütbəli əməkdaşlarından biri 4 milyonluq yeyintiyə yol verib. Şirkət rəhbəri Abdolbari Gözəl üçün gözlənilməz olan bu hadisə “Azərsun”də böyük rezonans doğurub. Xəbəri “Gündəm-xəbər”ə sızdıran etibarlı qaynağın sözlərinə görə, maxinasiyaları yaxın günlərdə ifşa olunub. Belə ki, firmada hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı tamamilə başqa fakt üzə çıxıb. Araşdırmalar əslində başqa məqsədlə olub. Lakin 4 milyonluq yeyintiyə yol verildiyi aydınlaşıb. “Azərsun” rəhbərliyi maxinasiyaya əl atan işçisi ilə bağlı hansı tədbir gördüyü məlum olmasa da, 4 milyonluq mənimsəmə olduğu bilinib. Mənbə qeyd edir ki, “Azərsun”da baş verən bu maxinasiya qonşu ölkələrə ixrac olunan mallarla bağlı yaşanıb: “Şirkət Türkiyə, Gürcüstan və başqa ölkələrə öz məhsullarını ixrac edir. Bilirsiniz ki, ölkənin ən böyük sənaye mərkəzlərindən olan “Azərsun”nun düyü, qənd, yağ, şəkər və başqa ərzaq məhsulları “TIR”lar vasitəsi ilə qonşu ölkələrə daşınır. Elə maxinasiya da məhz bu istiqamətdə həyata keçirilib. Hüquq-mühafizə orqanları araşdırma zamanı üzə çıxarıb ki, şirkətin əməkdaşı qeyri-rəsmi yolla malları daşıyıb, 4 milyon vəsait mənimsəyib. Həmin şəxs şirkətdə aya 4-5 min manat maaş alan işçidir. Ancaq gözü doymayıb və 4 milyon fırıldağa əl atıb. Amma çox çəkməyib ki, işin üstü açılıb və şirkət rəhbəri məsələdən agah olub”. Qaynağımız iddia edir ki, “Azərsun”da baş verən bu hadisə hüquq-mühafizə orqanlarında araşdırılmaqdadır: “Abdolbari Gözəl şirkətdə belə bir yeyinti olacağını ağlına gətirməzdi. Öz işçisi ona atıb. Heç bundan xəbəri olmaya bilərdi. Əgər araşdırma aparılmasaydı. Bu hadisədən sonra şirkətdə çaxnaşma yaranıb. Məsələnin üzə çıxarılmaması, gizli saxlanılması tələb olunub. Amma “Azərsun” böyük müəssisədir və yayılan xəbəri konfidensial saxlamaq çətindir”. Mənbə onu da bildirir ki, maxinasiya ilə əlaqədar olaraq işçilərə 13-cü maaş deyilən pul verilmir. Bu vəsait 1 il işləmiş işçilərə bir aylıq əlavə maaşını ödəməkdir. Ancaq 4 milyon mənimsəmə faktından sonra işçilər aylardır ki, 13-cü maaşı ala bilmirlər. “Azərsunda işləyənlər həmişə 13-cü maaş alırlar. Kimsə 9 ay işləyibsə əmək haqqının bir qismini əlavə alır. Kimin 2 illik stajlı varsa ona 2 ayın əlavə maaşı hədiyyə edilir. Bu hadisədən sonra maaşlar verilmir. İşçilər pullarını istəyəndə heç bir səbəb göstərilmir”. Ümumiyyətlə, “Azərsun”da çalışanlar sadəcə 18-ci əsrlərin qaydaları ilə istismar olunurlar. Holdinqdə insan əməyinin istismarı kütləviləşib. İşçiləri həftənin 6 günü, bəzən isə bazar günləri də daxil olmaqla, sutka ərzində 12 saat çalışdırırlar. Yaxud da gecə növbəsinə saxlayırlar. Amma bunun əmək haqqına heç bir təsiri yoxdur. İşçi ailəsini dolandırmaq və işsiz qalmamaq üçün məcburən işləyir. Bu da o deməkdir ki, şirkətdə çalışanlar həftə ərzində 72 saatdan çox çalışırlar. Azərbaycan qanunvericiliyinə və əmək məcəlləsinə görə hər bir işçi həftə ərzində 40 saatdan artıq çalışdırıla bilməz. Bu saatdan artıq çalışdırılan hər bir işçiyə iş verən tərəf iki qat əmək haqqı vermək məcburiyyətindədir. Şirkətin işçilərlə bağladığı əmək müqaviləsində iş saatı qanuni şəkildə 8 saat müəyyənləşdirilsə də, əməkdaşlar hər gün 12 saat müddətində işlədilir. Mənbə bildirir ki, “Azərsun”da işçilər cana doyublar. Onları qul kimi işlədir, maaşlarını artırmırlar. Bu da fəhlələrin tətilinə səbəb ola bilər. Şirkət rəhbərliyi isə imkanları olduğu halda əmək haqlarını artırmaq istəmir. Gecə-gündüz qul kimi işləyən fəhlələr qeyd edirlər ki, onlara cəmi 300-350 manat maaş verilir. Şirkətdə işçilərin hüququ heç kimi maraqlandırmır və açıq istismarla bağlı edilən şikayətlərə şirkət rəhbərliyi baxmaqdan imtina edir. Buna etiraz edənlər isə işdən qovulacaqları ilə hədələnirlər. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulan müddəalar da kobud şəkildə pozulur. Məlumata görə, “Azərsun”da ayrı-seçkilik siyasəti həyata keçirilir. Belə ki, burada çalışan kürd əsilli Türkiyə vətəndaşlarına və digər əcnəbilərə bütün hallarda güzəştlər edilir, və onlar 8 saat çalışırlar. Aldıqları maaş isə azərbaycanlı işçilərin aldığı maaşdan 10 qat artıqdır. Ancaq azərbaycanlı çalışanlara gəldikdə isə münasibət fərqlidir. Sadəcə azərbaycanlı çalışanlar şirkətdə qul kimi istismar olunur. Halbuki, kürd əsilli Türkiyə vətəndaşları demək olar heç bir iş görmürlər. Guya onlar əcnəbi mütəxəssislərdir. Amma faktiki yerli işçilərdən fərqli bir layihə ortaya qoymurlar. Azərbaycanlı işçilərin narazılığına isə məhəl qoyulmur. Burada çalışanlar tezliklə başqa yerdə iş tapıb çıxmaq istəyirlər. Dilənçi payı verən şirkət rəhbəri nədənsə Türkiyədən gələnlərə qarşı belə deyil. Mənbə onu da deyir ki, “Azərsun”da 4 milyonluq yeyinti faktının aşkarlanması həmin əməkdaşın cəzalanması ilə nəticələnə bilər. İddialarla bağlı şirkətin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?