GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ərdoğanın Bakı səfəri hansı tərəf üçün daha vacibdir?

Ərdoğanın Bakı səfəri hansı tərəf üçün daha vacibdir?

Tarix: 6-04-2014, 14:05 Bölmə :Manşet Baxış: 683
Ərdoğanın Bakı səfəri hansı tərəf üçün daha vacibdir?
Türkiyə baş nazirinə seçki öncəsi dəstək lazımdır, yoxsa o,
Azərbaycana dəstək verməyə gəlib?


Dünən 30 Mart seçkilərindən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başlayıb. Vaxtilə Türkiyə Baş nazirlərinin, prezidentlərinin seçkilərdən sonra ilk səfərlərini Azərbaycana etməsi ənənə şəklini almışdı. Ərdoğanın onun üçün həyati əhəmiyyət daşıyan seçkilərdən sonra ilk olaraq Bakıya gəlməsi Azərbaycanın rəsmi Ankara üçün əhəmiyyətli tərəfdaş və strateji müttəfiq olduğunu bir daha göstərir. Bu gərgin keçən seçki prosesindən sonra Ərdoğanın ilk xarici səfəri olmaqla diqqət çəkir. 30 Mart seçkilərində qələbəyə qədər əzablı bir yol keçən baş nazir təbliğat prosesində dəfələrlə Azərbaycanın da adını çəkdiyi üçün bu səfər barədə müxtəlif məzmunlu gözləntilər var. Fətullah Gülən tərəfdarları ilə amansız döyüşdən sonra Hizmətçilərin daha sıx təşkilatlana bildikləri Azərbaycana səfər xüsusi önəm daşıyır. Bələdiyyə seçkilərində partiyasının qazandığı qələbədən sonra tərəfdarları qarşısında “balkon müraciəti” edən Ərdoğan qısa müddətdə rəqiblərini sıradan çıxaracağı barədə sərt bəyanatlar səsləndirdi. Avqust ayında Türkiyədə keçiriləcək prezident seçkilərinin favorit namizədi olan baş nazir Gülən tərəfdarlarını ən azından seçkilərə qədər tamamilə sıradan çıxarmaq niyyətindədir. Odur ki, onun Azərbaycana səfəri çərçivəsində bu məsələyə xüsusi önəm verəcəyini gözləmək olar. Hizmətçilərlə arxada bütün körpüləri yandıran Ərdoğan rəsmi Bakıdan rəqiblərinə qarşı mübarizədə dəstək istəyə bilər. Bunun üçün onun əlində nurçulara aid xeyli gizli materiallar olduğunu nəzərə alsaq, Ərdoğanın konkret adlar da çəkməsi istisna olunmur. Rəqiblərini sıradan çıxarmaq üçün hizmətçilərin biznes imperiyasını dağıtmağı hədəfləyən AKP sədri hərəkata güclü maliyyə dəstəyi verdiyi iddia olunan Azərbaycan məmurlarının siyahısını da masaya qoya bilər. İndiki gərgin dönəmdə Türkiyə kimi strateji müttəfiqi itirmək istəməyən rəsmi Bakının Ərdoğana yetərincə stavka edəcəyini düşünmək olar. Ukraynada baş verən məlum hadisələrdən sonra regionda hökm sürən gərgin atmosferdə Azərbaycanın Türkiyə kimi müttəfiqin dəstəyinə ehtiyacı böyükdür. Ərdoğanın səfər proqramı barədə də ətraflı məlumat verilmədiyi üçün onun Azərbaycanda xüsusi müzakirələr aparacağı ehtimal olunur.
Lakin Türkiyə baş nazirinin Bakı səfərini təkcə nurçulara qarşı mübarizə kompaniyası kimi qiymətləndirmək olmaz. Qeyd etdiyimiz kimi, Rusiyanın Krımı işğal etməsindən sonra beynəlxalq münasibətlər sistemində qarşıdurma güclənib. “Soyuq Müharibə” atmosferi ciddiləşib, dünya gücləri nüfuz dairəsi uğrunda qarşı-qarşıya durublar. Təbii ki, belə gərgin bir vəziyyətdə regionda xüsusi çəkiyə malik olan və geosiyasi maraqları olan Türkiyənin seyriçi mövqedə dayanacağını gözləmək olmaz. “Krım böhranı” zamanı balanslaşdırılmış siyasət yürüdən Türkiyənin indiki durumda istər Qərb ölkələri, istərsə də Rusiya ilə münasibətləri normaldır. Xüsusilə, Ərdoğanın Rusiya prezidenti Putinlə çox isti , dostluğa dayanan münasibətləri olduğunu da nəzərə alsaq Türkiyənin indiki şəraitdə bölgədə xüsusi əhəmiyyətə malik olduğunu söyləmək olar. Azərbaycan istər Qərb, istərsə də Rusiya üçün xüsusi əhəmiyyət daşıyan ölkədir. Qərb Avropan Rusiyanın qaz asılılığından xilas etmək üçün Azərbaycan qazından istifadə etməyi hədəfləyir. Rusiya isə yaratmaq istədiyi Gömrük İttifaqına ölkəmizi qatmaq istəyindədir. İki rəqib arasında manevr etmək məcburiyyətində qalan rəsmi Bakının indiki durumda ciddi dəstəyə ehtiyacı var. Azərbaycan türk dünyasına açılan bir pəncərədir . Həmçinin ölkəmiz alternativ nəqliyyat koridoru kimi də xüsusi əhəmiyyət daşıyır. Avrasiya enerji və nəqliyyat koridorunun təhlükəsizliyinin təmin olunması baxımından Qərbin və Türkiyənin maraqları eynidir. Odur ki, Azərbaycanda sabitliyin hökm sürməsi və mümkün xarici təhlükələrdən qorunması üçün Türkiyə Qərbin bölgədə etibarlı tərəfdaşıdır. Belə vəziyyətdə Ərdoğanın Azərbaycana səfər etməsini dolayısı ilə Qərbin dəstək mesajı kimi də qiymətləndirmək olar. Qeyd etdiyimiz kimi, gərgin vəziyyətdə Putinlə sıcaq münasibətləri olan Ərdoğanın Azərbaycanı Rusiyanın təhdidlərindən qorumaq üçün xüsusi önəm daşıdığını da demək olar. Krım işğalına qarşı BMT-də keçirilən səsvermədə Ukraynaya dəstək verən Azərbaycanla Rusiya arsında münasibətləri heç də normal qiymətləndirmək olmaz. Xüsusilə, Kremlə qarşı mövqe sərgiləyən ölkələrə qarşı tədbir görəcəyini bəyan edən Kreml Administrasiyasının siyahısında Azərbaycanın da adının olduğu istisna edilmir. Belə şəraitdə Ərdoğanın Bakı və Moskva arasında hökm sürən gərginliyi yumşaltmaq üçün danışıqlar aparacağını da gözləmək olar. Ərdoğanın Bakıya konkret təkliflərlə gəldiyi şübhəsizdir və danışıqlar prosesində rəsmi Bakının mövqeyini öyrəndikdən sonra fəaliyyət proqramı müəyyənləşdiriləcək. Regionun gələcək perespektivləri üçün Bakı məsləhətləşmələrindən sonra Ərdoğanın Rusiya prezidenti ilə də təmaslara keçəcəyini gözləniləndir. Türkiyənin ABŞ-dan fərqli olaraq bölgədə manevr imkanlarının böyük olduğunu nəzərə alsaq indiki durumdan Ankaranın da yararlanmaq istəyi təbiidir. Qərb-Rusiya qarşıdurmasının gərginləşdiyi bir zamanda Ankaranın bölgədə fəallaşması anlaşılandır. Xüsusilə, regionda güc sahibi olmaq üçün Türkiyəyə Azərbaycanın fəal dəstəyi zəruridir.
Bu gün hər iki ölkəni təkcə tarixi bağlar deyil, həm də siyasi və çox mühüm iqtisadi maraqlar birləşdirir. Türkiyə iqtisadiyyatında Azərbaycan xüsusi paya sahibdir. Türkiyənin ən böyük neft-kimya sənayesi kompleksi olan “Petrol Kimya” sənayesinin 51 faizi Azərbaycana məxsusdur. İndi rəsmi Bakı həmin kompleksi bütünlüklə almaq niyyətindədir. “Petkim”-in səhmlərinin 51 faizini almaq üçün Azərbaycan 30 milyarddan artıq vəsait sərf edib və bütün kompleksin alınması üçün daha böyük məbləğdə sərmayə yatıracağı gözlənilir. Həmçinin Azərbaycan Türkiyənin xaricdən neft asılılığına son qoyulması üçün də ən mühüm tərəfdaşdır. Məlumdur ki, Azərbaycan tərəfi İzmir yaxınlığında böyük neftayırma zavodu tikmək istəyir və bunun üçün tələb olunan 5 milyard dolları xərcləməyə hazır olduğunu bildirib. Məhz həmin neftayırma zavodunun işə düşməsindən sonra Türkiyənin xaricdən hazır neft məhsulları almaq imkanları miniumuma enəcək. Həmçinin Azərbaycan Türkiyənin və Avropanın qazla təmin olunmasında mühüm rol oynayır. Məlumdur ki, Türkiyəyə qaz dünya bazarlarındakı qiymətlərdən xeyli ucuz-120 dollara satılır. “Şahdəniz 2” və başqa yataqların istismarının başlanmasından sonra isə Avropanın qaza olan tələbatının təxminən 40 faizinin Azərbaycanın hesabına ödənilməsi gözlənilir. Qazın nəql olunmasında Türkiyə tranzit rol oynayacaq, eləcə də həmin qazın 12 faizini almaqla daxili tələbatını tamamilə ödəmiş olacaq. Bütün bu amillər Türkiyənin Azərbaycanla münasibətləri normal müstəvidə saxlamağa və rəsmi Bakıya yaranmış gərgin vəziyyətdə lazımi dəstək verməyə önəm verdiyini göstərir.
Ərdoğan üçün prezident seçkiləri öncəsi rəsmi Bakının dəstəyi də çox önəmlidir. Amma, rəsmi Ankaranın “erməni soyqırımı” məsələsini yumşaltmaq üçün Ermənistan qarşısında bir çox hallarda geriyə çəkilməsi, düşmən ölkəyə stavka etməsi halları da olur. Van-Yerevan aviareysinin açılmasının planlaşdırılması, hətta sınaq uçuşlarının keçirilməsi istər Azərbaycan hakimiyyətində, istərsə də xalq içərisində ciddi narazılıq yaradır. Türkiyənin şəxsi çıxarları üçün Azərbaycanın milli maraqlarını qurban verməsi faktları tarix boyu olub, olur və yəqin ki, olacaq. Amma, gərgin keçəcəyi gözlənilən seçki öncəsi Ərdoğan bütün hallarda Azərbaycanla münasibətləri tam normal müstəvidə saxlamağa çalışacaq.
İndi hər iki ölkənin bir-birinə olan ehtiyacı həmişəkindən daha çoxdur. İki türk dövlətinin dünyada baş verən “güclər savaşının” gedişində bir-birinə arxa olması tarixi zərurətdir. Yəqin ki, Ərdoğanın səfəri regionun gələcək taleyi üçün mühüm əhəmiyyət daşıyacaq. Azərbaycanı yaranmış beynəlxalq gərginlikdə Türkiyənin tək qoyması mümkün deyil. Yəqin ki, çağdaş Türkiyə siyasilərinin, Ərdoğanın özünün də indiki şəraitdə ötən əsrin 20-ci illərində Atatürkün tutduğu mövqeyi təkrarlamasını gözləmək olmaz. Azərbaycanın Türkiyəyə olan ehtiyacı qədər Türkiyənin də güclü Azərbaycana ehtiyacı var.
Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Türkiyə Prezidentinin Azərbaycana səfəri təxirə salınıb

    Türkiyə Prezidentinin Azərbaycana səfəri təxirə ...

    18-02-2016, 00:24

  • 
  • Ərdoğan oğlunu Azərbaycanda gizlədir?

    Ərdoğan oğlunu Azərbaycanda gizlədir? ...

    8-01-2014, 02:15

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu