Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın adı rüşvət qalmaqalında hallanan oğlu Bilal Ərdoğanın Azərbaycanda olması ilə bağlı iddialar var. Türkiyədəki mənbələrin Musavat.com-a verdiyi məlumata görə, Bilal Ərdoğanın Azərbaycana gəldiyi və hazırda Qəbələdəki “Qafqaz Resort” otelində olduğu barədə informasiyalar mövcuddur. Bilal Ərdoğanın gözlənilən həbsdən gizlənmək üçün Türkiyəni tərk etdiyi və daha etibarlı hesab edilən Azərbaycana üz tutduğu bildirilir.
Bilal Ərdoğanın nə vaxtdan Azərbaycanda olduğu məlum deyil. Məlumatın özünə də sona qədər etibar etmək mümkün deyil. Çünki ötən həftə də ölkə saytlarında buna oxşar iddialar dərc olunmuşdu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?