Redaksiyamıza Muradov Azad İlqar oğlu tərəfindən şikayət məktubu ünvanlanıb. 1993-cü ildə Sabirabad rayonunda dünyaya gəlmiş şikayətçi üzləşdiyi həkim özbaşnalıqlarından dövlət başçısına şikayət edir. Azad Muradov yazır ki, 1993 ci - ildə Sabirabad rayonunda anadan olub 11 - ildir ki, miyopatiya əzələ xəstəliyindən əziyyət çəkir. «İndiyə qədər müalicə olunsam da hələ yeriyə bilmirəm. Həkimlər cərrahi əməliyyat keçirməyi və yeriyənə qədər müalicə olunmağı tövsiyyə edirlər. Mənim xəstəliyimin müalicəsi və əməliyyatı Azərbaycandan xaricdə Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, İtaliya, İsrail, Kareya, Yaponiya və s. ölkələrdə həyata keçirilir. Mən 1-ci qrup əliləm. 67 manat pensiya alıram. 67 manat pensiyadan başqa dövlət tərəfindən mənə heç bir köməklik göstərilmir. Neçə ildir, dəfələrlə Səhiyyə Nazirliyinə müraciət edirəm ki, məni xarici ölkələrin birinə cərrahiyyə əməliyyatına, müalicəyə göndərin və müalicəmi dəvam etdirmək üçün Səhiyyə Nazirliyi olaraq mənə kömək edin. Səhiyyə Nazirliyi isə mənə heç bir kömək göstərmir», - deyə sabirabadlı şikayətçi yazır. - Xaricdə əməliyyat və müalicə üçün dəfələrlə Prezident Aparatına ərizə yazmışam. Cənab prezident ərizəmi yəqin sizə çatdırmayıblar. Heydər Əliyev Fonduna da dəfələrlə ərizə yazmışam. Ərizəyə cavab olaraq Prezident Aparatından, Heydər Əliyev Fondundan bildirdilər ki, vətəndaşların xarici ölkəyə cərrahiyyə əməliyyatı və müalicəyə göndərmək Səhiyyə Nazirliyinin vəzifəsidir və bu işlə onlar məşgul olmalıdır. Prezident Aparatından, Heydər Əliyev Fondundan Səhiyyə Nazirliyinə məktub yazaraq bildirdilər ki, mənim problemimi araşdırıb Səhiyyə Nazirliyi həll etsin. Buna baxmayaraq, nazirlik mənim problemimi həll etmədi. - Cənab prezidentin qəbuluna yazılmaq üçün Prezident Aparatının internet saytına müraciət etdim. Prezident Aparatından cavab olaraq bildirdilər ki, prizidentin qəbuluna yazılmaq olmur. Neçə ildə Səhiyyə Nazirliyi mənim problemimi həl etməyib. Hər il dövlət büdcəsindən bu nazirliyə milyonlarla manat pul ayrılır mən bilmirəm ki, onlar vətəndaşların problemini həll etmirsə, o zaman bu pullar hara xərclənir? Bu işdə birbaşa Səhiyyə naziri Oqtay Şirəliyev və Səhiyyə nazirliyində olan yüksək vəzifəli şəxslər günahkardı. 2010 - cu ildə Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan kənar Müalicəyə Göndərilməsi üzrə Komissiyasına müraciət etdim ki, məni xarici ölkələrin birinə cərrahiyyə əməliyyatı və müalicəyə göndərmək üçün rəy versinlər. Komissiyada məni yoxlayıb müayinə etməmiş mənim sənədlərimə baxaraq Azərbaycan daxilində müalicə olmağa rəy verdilər. Komissiyanın sədri bildirdi ki, nazirilk vətəndaşları xarici ölkələrdə cərrahiyyə əməliyyatı və müalicəyə göndərmək üçün rəy verməyə qoymur. Bizdə ona görə xarici ölkədə cərrahiyyə əməliyyatı və müalicə olunmağa sizə rəy verə bilmirik. Mən bu rəydən imtina edirəm və mənə verilən rəyə imza çəkən həkimlər bunlardı - Komissiyanın sədri Quliyev Nəsib, Komissiyanın katibi Əliyeva İradə, Komissiyanın üzvləri Əsədov Bilal, Quliyev Faiq, Kərimov Məmməd, Məmmədbəyov Fərid, Vəlibəyov Rəşid, Heydərov İbrahim, Novruzov Rafael. Mən bu həkimlərdən cənab prezident sizə şikayət edirəm çünki, xəstənin cərrahiyyə əməliyyatı və mualicəsi xarici ölkələrdə mümkün olduğu halda, Azərbaycanda mümkün olmadığı halda Azərbaycan daxilində cərrahiyyə əməliyyatı və müalicə olunmağa niyə rəy veriblər? Komissiyanın sədri və komissiyanın üzvləri yəqin məndən rüşvət ala bilmədikləri üçün mənə Azərbaycan daxilində müalicə olunmağa rəy veriblər. Cənab prezident Səhiyyə nazirliyində korrupsiya, məmur özbaşınalığı, vəzifədən su-istifadə və Səhiyyə Nazirliyi Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi üzrə Komissiyasının qanuna zidd hərəkətləri barədə Dövlət orqanlarının saytına - Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə, İnsan Huquqları üzrə Müvəkkil (Omdusman) Elmira Süleymanovaya, Ədlliyə naziri Fikrət Məmədova, Daxili İşlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova. Baş prokurorluq ərizəmi Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərdi. Amma bu dövlət orqanlarının heç biri Səhiyyə Nazirliyində araşdırma aparmadılar və mənim problemim həll olunmadı. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə yazmışam. Yazdığım ərizəyə cavab olaraq bildiriblər ki, Səhiyyə Nazirliyi Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi üzrə Komissiyası sizə xarici ölkələrin birinə getməyə rəy versələr, onda biz sizə kömək edə bilərik. Səhiyyə Nazirliyinə bir daha ərizə ilə müraciət edərək bildirdim ki, cərrahiyyə əməliyyatı və müalicə olmaq üçün məni xarici ölkələrin birinə göndərin. Cavab olaraq nazirilyin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirdi ki, Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş Səhiyyə Nazirliyi Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi üzrə Komissiyasına müraciət edin. Mənim xəstəliymin əməliyyat və müalicəsinin İsraildə mümkün olduğu barədə sənədi həmin komissiyaya təqdim etdik, buna baxmayaraq mənə Azərbaycanda müalicə olunmağa rəy verdilər. Qeyd edək ki, şikayətçi hazırda Sabirabad rayonunda xəstə kimi qeydiyyatdadır. Azad Muradova Sabirabad rayon Səhiyyə İdarəsi tərəfindən hansısa müalicə məqsədli dəstəyin göstərilib-göstərilmədiyinə dair də araşdırma aparacağıq. R.ƏLİCANLI
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?