GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan uğrunda Rusiya və Qərb arasında savaş güclənir

Azərbaycan uğrunda Rusiya və Qərb arasında savaş güclənir

Tarix: 8-04-2014, 10:17 Bölmə :Manşet Baxış: 740
Azərbaycan uğrunda Rusiya və Qərb arasında savaş güclənir
Avropanı Rusiyanın asılılığından xilas edəcək
Azərbaycan qazı ölkəmizə Qarabağı “qazandıracaqmı”?


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutan bir günlük səfərinin ardınca ABŞ dövlət katibi Con Kerrinin ölkəmizə səfəri gözlənilir. Dünyada baş verən son hadisələrin fonunda Azərbaycanın diqqət mərkəzində olduğu görünür. Aprelin 2-də Türkiyə Silahlı qüvvələri Baş Qərərgah rəisinin, aprelin 4-də Ərdoğanın səfəri, Aprelin 7-də Rusiya Silahlı Qüvvələri Baş Qərərgah rəisinin gözlənilən səfəri ilə paralel bir zamanda ABŞ Dövlət katibinin də bölgəyə səfəri maraq doğurur. Görünən odur ki, dünya güclərinin nüfuz savaşında Azərbaycan mühüm rol oynayan strateji nöqtəyə çevrilib və hər iki tərəf burada öz maraqlarını təmin etməyə çalışır. Rusiyanın Krımı işğal etməsindən sonra məğlub duruma düşən Ağ Ev aktiv siyasi xətt yürütməklə digər postsovet ölkələrini öz tərəfinə çəkmək istəyir. Kremlin dünyaya meydan oxuduğu zamanda Qərb Azərbaycanı əhəmiyyətli tərəfdaşa çevirmək niyyətindədir. Təbii ki, bunda Avropanın iqtisadi və siyasi maraqları xüsusi rol oynayır. Bir müddət öncə, Barrozunun Avropanı Rusiyanın qaz asılılığından xilas etmək üçün Azərbaycan qazının alternativ olduğunu söyləməsini xatırlasaq, bu maraqların haradan qaynaqlandığını bilmək olar. Con Kerrinin səfər proqramı və aparacağı müzakirələr barədə məlumatlar gizlin saxlanılsa da qaz faktorunun əsas olacağını söyləmək üçün bəzi təxminlər var. Kerrinin Brüssel çıxışının Dövlət Departamentinin saytında yerləşdirilən stenoqramında “Bu gün keçirdiyimiz iclasın gündəliyində Azərbaycan qazının Türkiyəyə, oradan isə Avropaya nəql məsələsi durur” deməsi səfərin məqsədləri barədə fikir yürütməyə imkan verir. Bu gün Avropanı Rusiya qarşısında məğlub duruma salan əsas amilin məhz qaz faktoru olduğunu nəzərə alsaq, Azərbaycanın Qərb ölkələri üçün hansı əhəmiyyət daşıdığını görərik. Düzdür bir çox ekspertlər hələ ki, Azərbaycan qazının Avropaya nəqlinin bu tezliklə baş tutmayacağını söyləyərək Kerrinin səfərində qaz amilinin əsas olmayacağını bildirirlər. Avropaya qaz nəqlinin nəzərdə tutulduğu “Şahdəniz 2” layihəsi ötən il imzalansa da tezliklə qazın Avropaya çıxarılması mümkün deyil. Məlumdur ki, qazın şıxarılması 2018-ci ilə planlaşdırılıb. Qazın Türkiyə üzərindən ilk nəqli isə ən tez 2019-cu ildə mümkün olacaq. Belə olan şəraitdə Rusiyanın Avropa üzərində “qaz hegomonluğu” hələ ən azından 5 il də davam edə bilər. Avropanı qazla təmin etmək üçün Qətər və Norveç qazının kifayət etmədiyi məlumdur. Amerikanın isə Avropanı öz qazı ilə xilas etməsi üçün xeyli vaxt lazımdır. Belə olan şəraitdə Rusiyanı Avropanın “sındırmaq” istəyi arzu olaraq qalır. Təsadüfi deyil ki, Rusiya rəsmiləri Qərbin sanksiyalarını bir çox hallarda ironiya ilə qarşılayırlar. Çünki, Avropanın hələ Rusiya qazından xilas olması üçün lazımi şərait yetişməyib.
Amma, istənilən variantda Azərbaycan Avropa üçün xüsusi rol oynamaqda davam edir. Ermənistanın açıq-aşkar Rusiya meyilli siyasəti fonunda bölgədə əlavə güc itirməmək üşün Qərb hər vasitə ilə Azərbaycanı əldə saxlamağa çalışır. Rusiyanın təhdidləri artdıqca Amerika və Avropa ölkələri intensiv səfərlər təşkil etməklə bölgəni tamamilə Rusiya vermək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Ərdoğanın seçkidən sonra dərhal Azərbaycana səfər etməsini də bir çoxları Rusiyaya “Azərbaycan tək deyil” mesajı kimi dəyərləndirirlər. Çünki, Rusiya onun maraqlarına zidd addımlar atan ölkələri çox sərt cəzalandırır. Bunun üçün onun əlində kifayət qədər təsirli rıçaqlar var. Avropa Birliyi hələ 2009-cu ildə Praqa sammitində Şərq Tərəfdaşlığı proqramını təqdim etməklə gələcək hədəflərini ortaya qoymuşdu. Həmin proqramda Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belorus, Moldova və Ermənistanın öz strateji maraq dairəsinə daxil etdiyini bəyan etməklə Qərb əslində Rusiyaya qarşı ikinci cəbhə açmışdı. Rusiya isə bölgədə NATO-nun genişlənməsini belə asanlıqla həzm etmək istəmir. Avropanın strateji maraqlarını təmin edən ölkələrin hər biri itkilərlə üzləşir. Gürcüstanın və Ukraynanın Kremlə “dirsək göstərməsi” bu dövlətlərə ərazi itkiləri bahasına başa gəldi. Moldovanın da konkret olaraq Avropa istiqamətini tutması bəllidir. Azərbaycanı öz tərəfinə çəkmək üçün tərəflərin mübarizəsi açıq müstəviyə keçib. 90-cı illərin əvvəllərində Azərbaycan Rusiyadan qoparkən Qarabağ Kremlin aktiv qatqıları ilə işğal olundu və problem hələ də açıq qalır. İndiki durumda istənilən hərəkət Qarabağın de-yure itirilməsi ilə nəticələnə bilər. Odur ki, Qərb diplomatiyası Azərbaycanın təlaşlarını nəzərə alaraq hökumətə aşkar və gizlin dəstək vermək istəyir.
Bütün dünya gördü ki, Rusiyanın istənilən aqressiyası qarşısında Qərb ölkələri problemi hərbi müstəviyə keçirməkdən qaçır. Bütün Qərb texnoloqlarının əsas məqsədi Rusiyanı iqtisadi baxımdan çökdürmək, daxilən parçalamaqdır. Xüsusilə, malik olduğu enerji qaynaqları ilə dünyanı təhdid altında saxlayan bir dövləti zəiflətmək üçün iqtisadi faktor xüsusi önəmlidir. Con Makkeyn bu yaxınlarda Rusiyanı dövlət yox, nəhəng yanacaqdoldurma məntəqəsi adlandırmışdı. Rusiya iqtisadiyyatının neft və qaz amilindən asılı olduğunu qiymətləndirən Qərb texnoloqları onu satış bazarından məhrum etməklə çökdürməyi planlaşdırırlar. Avropanın Rusiya qarşısında tam əzələ nümayiş etdirməsi üçün Rusiyanın enerji asılılığından xilas olması zəruridir. Çünki, soyuq Avropa hələ ki, rus qazının istisinə qızınır və başqa çıxış yolları arayır. Belə olduqda altenativ enerji qaynaqları önə çıxır. Təbii ki, Azərbaycan bu baxımdan əhəmiyyətli bazardır. Odur ki, heç olmasa yaxın gələcəkdə bu planı reallaşdırmaq üçün Azərbaycanı nəyin bahasına olursa-olsun əldə saxlamaq lazım gəlir. Qərbin, Amerikanın son aktivliyi də bu səbəbdəndir. Con Kerrinin gözlənilən səfərində rəsmi Bakıya Rusiya təzyiqləri qarşısında müəyyən güzəştlər vəd olunacağı gözlənilir. Nəzərə alsaq ki, Kerrinin səfər proqramında hələ ki, İrəvan ziyarətinin olacağı ilə bağlı məlumatlara rast gəlinmir, onda Azərbaycana və Gürcüstana baş tutacaq səfərin sırf Rusiyaya qarşı olacağını təxmin etmək olar. Hal-hazırda Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ öz ehtiyat rezervlərini belə açmağa hazırdır. İrandan, İraqdan, Qətərdən, Liviyadan, Türkmənistandan, Azərbaycandan olan alternativ qaynaqlardan istifadəni reallaşdırmaq üçün də aktiv iş gedir. Avropa özünü xilas etmək üçün bütün variantları gözdən keçirir. Ölkəmizin də Qərb diplomatiyasının diqqətinə düşməsi bu səbəbdəndir. Belə olan şəraitdə Azərbaycan Qarabağ məsələsinin həllində beynəlxalq təzyiqləri artırmaq üçün əlverişli şərait qazanıb. ABŞ Dövlət Katibinin səfərində bu barədə danışıqlar olacağı da şübhəsizdir. Azərbaycan öz qazı ilə Qarabağı qazanmaq üçün diplomatik aktivliyini artırmalıdır. Hər halda Avropanı donmaqdan xilas etmək üçün dondurulmuş münaqişələrin də donunun açılması lazımdır.
SƏRDAR MUSA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə Prezidentinin Azərbaycana səfəri təxirə salınıb

    Türkiyə Prezidentinin Azərbaycana səfəri təxirə ...

    18-02-2016, 00:24

  • 
  • Ərdoğanın Bakı səfəri hansı tərəf üçün daha vacibdir?

    Ərdoğanın Bakı səfəri hansı tərəf üçün daha ...

    6-04-2014, 14:05

  • 
  • “Vladimir Putin  İlham Əliyevə dəstək olacaq”

    “Vladimir Putin İlham Əliyevə dəstək olacaq” ...

    18-07-2013, 17:10

  • 
  • Azərbaycan prezidentinin Gürcüstana səfəri yerli mətbuatın diqqət mərkəzində

    Azərbaycan prezidentinin Gürcüstana səfəri yerli ...

    7-11-2015, 18:37

  • 
  • Ollandın səfərinin sirri

    Ollandın səfərinin sirri ...

    14-05-2014, 15:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu