GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Abdulla Abdullayevin həbsini Ərdoğan istəyib?

Abdulla Abdullayevin həbsini Ərdoğan istəyib?

Tarix: 9-04-2014, 10:35 Bölmə :Manşet Baxış: 1 386
Abdulla Abdullayevin həbsini Ərdoğan istəyib?
İş adamının “Texnikabank” və Elman Rüstəmovla ədavətinin əsasında nə dayanırdı?

AMAY Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin həbsi gündəmin əsas mövzularından biri olaraq qalır.
Abdulla Abdullayevin həbsi barədə Baş Prokurorluq məlumat yayıb. Məlumatda deyilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan A.Abdullayevlə bağlı daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı toplanan sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Bu günlərdə Baş Prokurorluq başqa bir iş adamının həbsi barədə məlumat yaymışdı. Söhbət “Meridian Company” MMC-nin təsisçisi Rauf Kərimovdan gedir. 2002-ci ildə yaradılan “Meridian Company” nəqliyyat şirkətidir və Rauf Kərimov da “Qaradağ Sement” ASC-nin əsas nəqliyyat partnyorlarından olub. Həmin vaxt “Qaradağ-Sement” Cəlal Əliyevin patronajlığı altında fəaliyyət göstərib. Deməli, Rauf Kərimovun da Cəlal Əliyevlə hansısa bağlılığı olub. Abdulla Abdullayev də Cəlal Əliyevin yaxın adamlarından biri olub.
Lakin Abdulla Abdullayevin bir iş adamı olaraq çöküşü indidən başlamayıb. İş adamının yaxın qohumları 2010-cu ildə həbs edilmişdilər. Məhz o zaman “Texnikabank” ilə bağlı qalmaqala görə iş adamının yeznəsi və bacısı uşaqları həbsə atılmışdılar. 2010-cu ildən başlayan təzyiqlər cəmi 1 ildən sonra səngidi. Abdulla Abdullayevin qohumları azadlığa çıxdı. O zaman məlum oldu ki, iş adamının yaxın qohumları “Texnikbank”a 1 milyon manat həcmində kredit borcu olduqlarına görə həbsə atılıblar. Hətta A.Abdullayev mətbuata verdiyi açıqlamalarında bildirirdi ki, onun həbsini kimlərsə sifariş edib. Lakin iş adamının qohumları həbsdən çıxar-çıxmaz “Texnikabank”ın başı üzərində qara buludlar dolaşmağa başladı. Bankda təmizləmə aparıldı. Bankın rəhbərliyində həbslər oldu. Və yerli media yazdı ki, bu iş adamı Abdulla Abdullayevin qüdrətidir. O zaman “Texnikabank”da baş verənlərlə bağlı olaraq dolaşan informasiyalar arasında ən çox üzərində dayanılan Türkiyə prezidentinin Bakı səfəri ilə bağlı idi. Türkiyə prezidenti ilə Gürcüstanın o zamankı prezidenti Mixail Saakaşvilinin təkidləri nəticəsində bu bankda “təmizləmə” əməliyyatlarının aparıldığı barədə informasiyalar dolaşırdı. Məlumatlarda qeyd edilirdi ki, bank rəhbərliyi hansısa regional gizli maliyyə əməliyyatında iştirak edib. Nəticədə bankın rəhbərliyi həbsə atılıb. Lakin bankın rəhbərliyi ilə bağlı olaraq ortada olan kifayət qədər ilginc informasiyalar da yayılmışdı. Məlumatlara görə, bundan sonra Abdulla Abdullayev mövqelərini bir qədər möhkəmləndirə bilib. Lakin onun özünün də himayəsində olan “Birlik bank”ın iflasa uğruması və hətta Mərkəzi Bank tərəfindən lisenziyasının ləğv olunması məsələsi ortaya çıxmışdı. Abdullayev də məhz bu banka görə bir neçə gün öncə həbsə alınıb.
Qohumları 2010-cu ildə həbsə alınan iş adamı mətbuata müsahibələrində deyirdi ki, ondan Bakının Xətai rayonunda inşa etdirdiyi “AMAY” Ticarət Mərkəzini istəyirlər. Hətta iş adamı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun adını gizlicə çəkir və ticarət mərkəzinin binasını ondan məhz baş bankirin istədiyini deyirdi. Lakin bir müddət ortalıq sakitləşdi. Abdulla Abdullayev Nərimanov rayonu ərazisində inşa etdirdiyi yeni yaşayış binasının zirzəmisindəki ofisinə çəkilib işə başladı. Bir müddət bu iş adamını orada asanlıqla tapmaq olurdu. Lakin 2013-cü ilin ortalarından sonra Abdulla Abdullayev ümumiyyətlə Azərbaycanı tərk etdi.
Dünən daxil olan informasiyalardan da aydın olurdu ki, “Amay Abdulla” uzun zamandan bəri Bakıda deyilmiş. O, daha çox Çindəki obyektlərinin fəaliyyəti ilə məşul olur, buradakı işlərini isə adamları idarə edirmiş. Bakıya qayıdış səbəbi isə adamlarının verdiyi xəbər olub. Belə ki, adamları hakimiyyətlə danışıqların nəticə verdiyini və artıq həbs təhlükəsinin olmadığını bildiriblər. Ondan istənilən obyektlərlə bağlı qiymət razılaşması da əldə edilib. Lakin Abdulla Abdulayev Bakıya qayıtdıqdan sonra Qaradağdakı zavodla bağlı qiymətlə razılaşmadığını bildirib, yenidən köhnə qiymətə yaxın bir pul tələb edib. Hakimiyyət də oyun şərtlərini pozan Abdulla Abdullayevi belə cəzalandırıb.
Əsas məsələ isə ondadır ki, Abdulla Abdullayevin milyon dollarlarla ölçülən külli miqdarda borcu var və bu borc sadəcə öz adına deyil. O, ətrafındakı iş adamlarının adına müxtəlif banklardan və investisiya qurumlarından milyon dollarlarla kreditlər çəkib. Bu gün evini, bağını, bütün varidatını Abdulla Abdullayevə güvənərək, girov qoyan iş adamları var. Bu səbəbdən də Abdulla Abdullayevin həbsdən çıxa bilməməsi onların da sonunu gətirə bilər. Yəni, ya Abdulla Abdullayev oyunu qaydasına görə, oynayacaq, ya da hakimiyyətlə anlaşmaya getməyərək, bu iqtidarın sayəsində qazandıqlarının üstünə yatacaq. O zaman bəlkə 5-10 ildən sonra azadlğa çıxa biləcək, lakin o zaman çərçivəsində ona güvənən iş adamlarından çoxu həyatda olmayacaq.
İş adamının həbsi ilə bağlı olaraq ortada olan əsas məqamlardan biri də, onun həbs edilməsi ilə Ərdoğanın Bakıya səfəri tarixləri arasında eynilikdir. Bu paralelliyin təsadüf və ya gerçək faktlarla bağlı olduğuna dair də araşdırma apardıq. Məlum oldu ki, əslində iş adamının həbs edilməsi ilə Ərdoğanın səfəri arasında mühim bir əlaqə var. Məlumatlara görə, İran İslam Respublikası ilə sıx əlaqələri olan Abdulla Abdullayevin bir müddət sonra Azərbaycanda daha böyük bir biznes qurmaq imkanları da olub. İnformasiyalara görə, iş adamı bütün hallarda İranla əlaqələrini bir qədər də yüksəltmək və Bakıda böyük bir biznes qurmaq istəyib. Lakin onun əsas iş ortaqlarından birinin Türkiyədə rüşvət əməliyyatları zamanı həbs edilmiş Sədərək Gömrük Məntəqəsinin rəhbəri Mirməhəmməd Seyidovun olması da diqqətdən yayınmayıb. İnformasiyalara görə, Türkiyə üzərindən Azərbaycanla İran arasında mühim biznes əlaqələrinin qurulmasında Abdulla Abdullayevə Mirməhəmməd Seyidov yaxından köməklik edib. Məlumatlarda həmçinin deyilir ki, iş adamının ortada olan ən iri projelərindən biri də məhz gizli valyuta əməliyyatları ilə bağlı olub. Bu isə Türkiyənin regional maraqları ilə toqquşmaya gətirib çıxara bilibmiş.
İnformasiyalardan belə aydın olur ki, Abdulla Abdullayevin həbs edilməsi prossesinə uzun müddətdən bəri hazırlıq görülürmüş. Sadəcə olaraq onun Bakıya qayıtması üçün zəmin hazırlanıb. Bildirilir ki, bütün bunlarla bağlı olaraq ortada olan informasiyalar iş adamının elə öz yaxın ətrafı tərəfindən ölkəyə qayıtması üçün zəmin hazırlanıb.
ELDAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AMAY Abdullanın 12 milyonluq yeyintisi və həbslə aydınlaşan qaranlıq əməlləri

    AMAY Abdullanın 12 milyonluq yeyintisi və həbslə ...

    10-04-2014, 10:14

  • 
  • AMAY-ın prezidenti həbs olundu

    AMAY-ın prezidenti həbs olundu ...

    4-04-2014, 20:51

  • 
  • “AMAY Abdulla”nın məhkəməsində yeni situasiya…

    “AMAY Abdulla”nın məhkəməsində yeni situasiya… ...

    20-04-2015, 22:28

  • 
  • Prokuror “AMAY Abdulla”ya 14 il iş istədi

    Prokuror “AMAY Abdulla”ya 14 il iş istədi ...

    18-08-2015, 18:16

  • 
  • ​“AMAY Abdulla”: “Mən bilmirəm nəyi sübut etmək istəyirsiniz?!”

    ​“AMAY Abdulla”: “Mən bilmirəm nəyi sübut etmək ...

    21-05-2015, 23:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu