GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » AMAY Abdullanın 12 milyonluq yeyintisi və həbslə aydınlaşan qaranlıq əməlləri

AMAY Abdullanın 12 milyonluq yeyintisi və həbslə aydınlaşan qaranlıq əməlləri

Tarix: 10-04-2014, 10:14 Bölmə :Siyasət Baxış: 1 450
AMAY Abdullanın 12 milyonluq yeyintisi və həbslə aydınlaşan qaranlıq əməlləri
İş adamının Çindəki biznesi və zindana aparan yol heç də hamar olmayıb, fəaliyyəti əslində həbsini gecikdirib ki, tələsdirməyib: “İndi elədiklərinin cəzasını çəkir”
AMAY Abdullanın həbsi günlərdir müzakirə olunur. Mətbuatın gündəmini zəbt edən bu hadisənin əslində niyə baş verməsinə isə aydınlıq gətirilmir. Vaxtilə müxalifəti vuran əl kimi istifadə olunan və iqtidara kölə kimi qulluq edən Abdulla Abdullayevi zindana aparan yol heç də hamar olmayıb. Onun fəaliyyəti və davranışları əslində həbsini gecikdirib ki, tələsdirməyib.
AMAY Abdulla çoxdan həbs edilməli idi. Onun gördüyü işlər elə vəziyyət yaradıb ki, həbsindən sonra bir nəfər belə onu müdafiə etmir. Deməli, bayırda olarkən nə iqtidar, nə müxalifət, nə də mediada dost qazana bilib.
Ona görə də bu gün həbsdə olan sahibkarın həbsinə sərt reaksiyalar yoxdur, ona qahmar çıxan tapılmır. Necə deyərlər, vaxtında gərək mərhəmətli olasan. Mərhəmət hissindən uzaq və gücə boyun əyənlərin gec-tez aqibəti belə olur.
O da sirr deyil ki, AMAY Abdulla mənimsəmələrə yol verib. Mötəbər qaynaqlardan daxil olan məlumatlarda qeyd olunur ki, AMAY Abdulla doğurdan da əməllərinin cəzasını çəkir. İndi dəmir barmaqlıqlar arasında AMAY Abdullanı uzun müddətli sınaq gözləyir.
Mənbənin sözlərinə görə, son vaxtlar mətbuat konfransları təşkil edərək iqtidarın bəzi güc sahiblərinə qarşı meydan oxuyan AMAY Abdullanın həbsinə çoxdan hazırlıq gedirdi.
Ortada olan faktlardan biri də odur ki, Abdullanın İranla olan münasibətləri və bu münasibətlərə görə ona cinayət işinin başlanacağı gözlənilən idi. Yaxın günlərdə Abdulla Abdullayevin İranın hansı maliyyə təşkilatları ilə əməkdaşlıq etdiyini, onların adlarını və hansı təşkilatdan Azərbaycana daxil olan nə qədər vəsait aldığı rəsmən açıqlana bilər.
A.Abdullayev isə bu dövr ərzində ittihamlarının coğrafiyasını genişləndirdi. Başqa kommersiya və rəsmi dövlət orqanlarını da özünün “qara siyahısına” əlavə etdi. Onun ittiham etdiyi qurumlar və şəxslər də boş dayanmadılar - A.M.A.Y. prezidentini öz “silahı” ilə vurmağa qərar verdilər və məsələ böyüyərək siyasi mahiyyət aldı.
Bu haqda çox yazıldığından, danışıldığından təkrara ehtiyac görmürük. Sadəcə olaraq ortaya yeni məsələlər çıxdığından təkrar bu mövzuya müraciət etməli olduq.
Belə ki, mətbuatda A.Abdullayevin fırıldaqlarının qurbanı olmuş bir qrup şəxsin şikayəti dərc olunmuşdu. 300 nəfər vətəndaş 2002-2003-cü illərdə Atatürk prospektində 30/78 (A) yaşayış binasının tikilməsi üçün A.M.A.Y. şirkətinə məxsus olan "Xudafərin" MMC-yə 12.000.000 (on iki milyon) ABŞ dollarından artıq pul ödəmişdilər. Bununla əlaqədar bağlanmış müqaviləyə əsasən, 2006-cı ilin fevral-mart aylarında bina istifadəyə verilməli idi. Lakin bu günə kimi bina istifadəyə verilməyib. Dəfələrlə dövlət strukturlarına müraciət edilsə də problemin həlli istiqamətində heç bir tədbir görülməyib. Bu azmış kimi, şikayətçilər A.M.A.Y.-ın qoçuları tərəfindən təqiblərə məruz qalmışdılar.
Ötən illər ərzində firma tikinti işlərinin aparılması bəhanəsi ilə sakinlərdən 500 min dollardan çox əlavə vəsait toplayıb. Yüzlərlə digər vətəndaşların aldadılması yolu ilə mənimsədiyi pulların hesabına Abdulla Abdullayev Çində özünün biznesini qurub.
Göründüyü kimi, o, heç də müsbət əməllərin sahibi olmayıb. Onun həbsi də qaranlıq əməllərini gün işığına çıxardı. Məlum oldu ki, hakimiyyətin düşməni olan bu sahibkar heç xalqın da dostu deyilmiş. Ona görə də onun niyə vurulması və cəzalandırılmasında çox da mübhəmlər axtarmağa gərək yoxdur.
Bu günlərdə Baş Prokurorluq başqa bir iş adamının həbsi barədə məlumat yaymışdı. Söhbət “Meridian Company” MMC-nin təsisçisi Rauf Kərimovdan gedir. 2002-ci ildə yaradılan “Meridian Company” nəqliyyat şirkətidir və Rauf Kərimov da “Qaradağ Sement” ASC-nin əsas nəqliyyat partnyorlarından olub.
Həmin vaxt “Qaradağ-Sement” Abdulla Abdullayevlə yaxın əlaqələri olub. Əsas məsələ isə ondadır ki, Abdulla Abdullayevin milyon dollarlarla ölçülən külli miqdarda borcu var və bu borc sadəcə öz adına deyil. O, ətrafındakı iş adamlarının adına müxtəlif banklardan və investisiya qurumlarından milyon dollarlarla kreditlər çəkib.
Bu gün evini, bağını, bütün varidatını Abdulla Abdullayevə güvənərək, girov qoyan iş adamları var. Bu səbəbdən də Abdulla Abdullayevin həbsdən çıxa bilməməsi onların da sonunu gətirə bilər. Yəni, ya Abdulla Abdullayev oyunu qaydasına görə, oynayacaq, ya da hakimiyyətlə anlaşmaya getməyərək, bu iqtidarın sayəsində qazandıqlarının üstünə yatacaq. O zaman bəlkə 5-10 ildən sonra azadlığa çıxa biləcək, lakin o zaman çərçivəsində ona güvənən iş adamlarından çoxu həyatda olmayacaq.
Qeyd edək ki, A.M.A.Y. Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayev evində həbs edilib. Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan A.Abdullayevlə bağlı daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İlkin araşdırma zamanı toplanan sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
RAFİQ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “AMAY Abdulla” şikayətini geri götürüb

    “AMAY Abdulla” şikayətini geri götürüb ...

    10-03-2016, 00:17

  • 
  • “AMAY Abdulla” lüt-üryan oldu

    “AMAY Abdulla” lüt-üryan oldu ...

    31-03-2015, 11:55

  • 
  • “AMAY”ın həbsdə olan rəhbərinin həbs müddəti uzadılıb

    “AMAY”ın həbsdə olan rəhbərinin həbs müddəti ...

    8-09-2014, 13:38

  • 
  • "AMAY Abdulla" kassasiya şikayəti verdi

    "AMAY Abdulla" kassasiya şikayəti verdi ...

    18-05-2016, 19:22

  • 
  • "AMAY Abdulla" kassasiya şikayəti verdi

    "AMAY Abdulla" kassasiya şikayəti verdi ...

    18-05-2016, 19:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu