GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədov bitirilir, nazirə misli görünməmiş zərbə

Ziya Məmmədov bitirilir, nazirə misli görünməmiş zərbə

Tarix: 16-04-2014, 10:56 Bölmə :Manşet Baxış: 1 408
Ziya Məmmədov bitirilir, nazirə misli görünməmiş zərbə
Daha bir oliqarxlaşmış klanın sonu yaxınlaşır...

Anar Məmmədovun adının nurçu qalmaqalında çıxması, ABŞ-dakı çıxışı və müfəttişlərin qudurğanlığı nazirin işini bitirdi; “Transgeyt” şirkəti qovularaq sərnişindaşınma Abutalıbova verildi, qiymətlər bahalaşdı
Aprelin 14-də nəqliyyat naziri Ziya Məmmədova misli görünməmiş zərbə vurulub. Nazirin tərki-silah edilərək, zəiflədilib. Nazirin əlindən ana sütun olan sərnişindaşınma alınıb. Z.Məmmədovun müfəttişləri ilə başlayan kampaniyanın nəticəsi kimi səlahiyyətləri əlindən alındı. Nazirin “qələmi qırılıb” və bütün imkanları məhdudlaşıb.
Mənbə deyir ki, hakimiyyət Z.Məmmədovun imkanlarının güclənməsini görür. Bu da onun əl-qolunun daha geniş açılmasına şərait yaradır. Nazirə effektiv zərbə kimi sərnişin daşınmanın alınması qərarı verilib.

Köhnə qvardiya yola salınır

Qaynağımız deyir ki, hakimiyyət daxilində “köhnə qvardiya”ya məxsus bir sıra şəxslərin vurulması və vəzifəsindən yola salınması qərara alınıb. Hazırda bu istiqamətdə görüləcək işlərə hazırlıq gedir. Buna görə də vurulması nəzərdə tutulan iri ranqlı məmurlara və onların yaxın ətrafına güclü nəzarət var. Yola salınması nəzərdə tutulan yüksək vəzifəli şəxslərdən biri də nəqliyyat naziri Ziya Məmmədovdur. Etibarlı mənbələrdən daxil olan məlumata görə, Ziya Məmmədovun vurulması ilə bağlı son zamanlar baş vermiş 2 mühüm hadisə onun bu postdan alınmasını sürətləndirə bilər.
Birinci məlumat onunla bağlıdır ki, Ziya Məmmədovun rəhbərlik etdiyi nəqliyyat sektorunda olan çox saylı şikayətlər, qanun pozuntuları və ayrılan vəsaitlərin təyinatdan kənar xərclənməsi ilə bağlı məlumatlar artmaqda və geniş şəkildə ictimailəşməsidir.
Nəqliyyat nazirinin vurulmasına səbəb olan digər hadisə nə qədər qəribə olsa da, ABŞ-da onun oğlunun hərəkətləri nəticəsində baş verib. Belə ki, hərəkətləri hakimiyyət tərəfindən ciddi şəkildə nəzarət olunan, amma bu nəzarətdən xəbərsiz olan nazir oğlu Anar Məmmədov ABŞ- da keçirdiyi görüşlərdə, yüksək səviyyəli ziyafətlərdə və tədbirlərdə Azərbaycan hakimiyyətini və dövlət başçısını deyil, konkret olaraq atasını təbliğ edib.

Nurçu davası və...

Digər üçüncü faktor - Anar Məmmədovun nurçuların nəzarətində olan qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi verməsi barədə xəbərdən gedir. Bu kifayət qədər ciddi ittihamdır. Anar Məmmədov faktiki olaraq nurçularla işbirliyində ittiham olunur.
Nurçular isə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla Fətullah Gülənin toqquşmasından sonra Azərbaycanda hədəfə gəlib.
Əldə etdiyimiz məlumatlara görə, Ziya Məmmədovun vurulması ilə bağlı hakimiyyət daxilində onun əleyhinə kompramat və faktların toplanması prosesi sürətlə davam etdirilir. Bu əməliyyat “köhnə qvardiya”ya daxil olan bəzi digər yüksək səviyyəli məmurlara da qarşı aparılır.
Mənbə deyir ki, Cavid Qurbanovla əlaqələri yaxşı olmayan nazirin başına gətirilən bu müsibət çox ağır zərbədir. Cavid Qurbanov hakimiyyətin ən yüksək eşelonu ilə danışıqlara gedib, nazirlik postu uğrunda mübarizəyə girişib. Bütün bu prosesin başında Qurbanovun dayandığı iddia olunur. Nazir olduqdan sonra isə tamamilə başqa səlahiyyətlərə malik olacaq Azəryolservis ASC sədri qabağındakı maneəni aşmağa can atır.

Cavid Qurbanovun sevinci

Nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun münasibətlərinin gərgin olduğu və ikili arasında bir ildən artıqdır ki, soyuq savaşın getməsi artıq çoxdan mətbutın mövzusuna çevrilib. Savaşın başlamasına əsas səbəblərdən biri isə Ziya Məmmədovun qardaşlarını “Azəryolservis” ASC-nin gəlirlərinə şərik etməsi olub.
Daha doğrusu, Ziya Məmmədovun qardaşlarının Cavid Qurbanovla heç bir məsələdə anlaşmaq istəməmələri nəticəsində Ziya Məmmədovla Cavid Qurbanov arasında münasibətləri normal axarından çıxarıb. Hakimiyyət içində daxili çəkişmələrin bitmədiyi hər kəsə aydındır. Doğrudur, bu kimi faktlar hər zaman təkzib olunub. Amma fakt budur ki, çəkişmələr dərinləşib. Heç kimə sirr deyil ki, Məmmədovlar ailəsi ölkənin ən varlı ailələrindən biri hesab olunur və məlum deyil ki, vətən qarşısında hansı xidmətlərinə görə bu ailə ölkə iqtisadiyyatının ən gəlirli sahələrindən birinin istimarını həyata keçirir?

Məmmədovların milyardları...

Nəqliyyat Nazirliyinin illik dövriyyəsini hətta Maliyyə Nazirliyində belə bilmirlər. Bunu ona görə iddia edirik ki, heç bir dövlət orqanının hesabatlarında Ziya Məmmədovun imperiyasının statistik rəqəmləri yoxdur.
Təsadüfi deyil ki, hakim komandanın güclü simalarından biri olan nazir ölkə nəqliyyatını özünün holdinqi kimi idarə edir. Nəqliyyat Nazirliyi artıq uzun illərdir ki, özündə iri şirkətləri birləşdirən və milyardlarla manatlıq layihələri həyata keçirən gəlirli sahəyə çevrilir və bu sahənin gəliri ildən-ilə artır.
Ölkənin hər yerində quru üzərində hərəkət edən, sərnişin, yük daşıyan nəqliyyat vasitələri Ziya Məmmədovun nəzarətində, ya da tabeçiliyində olan nəqliyyat vasitələri ilə həyata keçirilir. Ona görə də asanlıqla demək olar ki, Nəqliyyat Nazirliyi bir ailə şirkətidir.
Ziya Məmmədov havadan Cahangir Əsgərova, dənizdən Aydın Bəşirova, yer altında isə Tağı Əhmədova hücumlar etdi. Məqsəd bu nəqliyyat vasitələrini ələ keçirmək idi. Lakin qarşısındakılar özü qədər güclü olduğuna görə Ziya Məmmədov tezliklə anladı ki, rəqibləri ilə mübarizədə sadəcə uduzur.

Bahalaşma və gözlənilən hadisələr

Ona görə də nazir bütün marağını quru nəqliyyatı üzərində cəmlədi. Hacıbala Abutalıbova qarşı başlatdığı savaşda Ziya Məmmmədov tam qələbə qazandı. Bakının bütün yerüstü nəqliyyatına nəzarəti ələ keçirən Zİya Məmmədov tez bir zamanda bütün marşrutları öz əlində topladı. Bunun üçün o, bütün ailəsini səfərbər etdi. Amma bu gün klanı sıradan çıxarılır.
Daxil olan məlumatda isə deyilir ki, Nazirlər Kabinetinin qərarından sonra avtobuslarda gediş haqlarının artırılması məsələsi də gündəmə gəlib. Qeyd olunur ki, bir həftə ərzində bununla bağlı təkliflər Tarif Şurasına təqdim olunacaq.
Mənbənin bildirdiyinə görə, qiymətlər marşrutların yaxın və uzaq məsafələrə hərəkət trayektoriyasına görə müəyyən ediləcək. Şəhərdaxili gediş haqları 20 qəpikdən 30 qəpiyə, Bakı kəndlərinə isə 50 qəpiyə qaldırılacaq.
Ümumiyyətlə, bu ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,3 faiz bahalaşıb. Bu ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,3 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 0,4 və 1,9 faiz bahalaşma müşahidə olunub. Mart ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5 faiz ucuzlaşıb, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 0,3 faiz ucuzlaşıb. Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
İndiyə qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təşkil edirdi. Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında idi.

Abutalıbovun qisası

Məlumat üçün deyək ki, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. Qərarın tam mətni Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.
Qərarda deyilir ki, MMC Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə yaradılır. Qərarda aşağıdakılar nəzərdə tutulub:
1. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.
2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30,0 (otuz) milyon manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın 2-ci hissəsi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etsin.
Qərarda Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılır:
5.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin etsin;
5.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədi ilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil etsin.
Qərar imzalandığı gündən qüvvəyə minir. İndiyə qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təşkil edirdi. Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında idi. Nazirlər Kabinetinin sözügedən qərarı ilə sərnişin daşınma xidməti meriyanın nəzarətinə keçdi.
Rafiq QARA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Ziya Məmmədov yolun sonuna çatdımı?

    Ziya Məmmədov yolun sonuna çatdımı? ...

    18-04-2014, 09:48

  • 
  • Telekanallar Ziya Məmmədova qarşı

    Telekanallar Ziya Məmmədova qarşı ...

    7-11-2013, 12:00

  • 
  • Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı

    Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən ...

    17-03-2016, 21:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu