III çağırış Azərbaycan Parlamentində təmsil olunan keçmiş millət vəkillərinin hazırda nə işlə məşğul olmasını aydınlaşdırmağa çalışdıq. Ötən çağırış Azərbaycan Parlamentində 8 saylı Binəqədi seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Arzu Səmədbəyli siyasi fəaliyyətlə məşğuldur və Müsavat partiyasına Ali Məclisinə rəhbərlik edir. 27 saylı Sabunçu ikinci seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Fərrux Zeynalov elmi fəaliyyətlə məşğuldur və iqtisad elminin incəliklərini tədris edir. 34 saylı Xətai ikinci seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Nəsib Nəsibli elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Tarix elmləri doktoru, professor Nəsib Nəsibli ara-sıra mətbuatda da görünür və tarixi hadisələrlə bağlı ekspert kimi mediada çıxış edir. 41 saylı Sumqayıt seçki dairəsini təmsil etmiş sabiq millət vəkili İkram İsrafil siyasi fəaliyyətlə məşğuldur və Müsavat partiyasının Divan üzvüdür. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Baba Tağıyev hazırda biznes və diaspor fəaliyyətilə məşğuldur. “Avropa Qapıları” şirkətinə rəhbərlik edən B.Tağıyev Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvüdür. 51 saylı Qusar seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Xəlilbəy Günəşovun ara-sıra biznes və elmi fəaliyyətlə məşğul olduğu iddia edilir. 55 saylı Xaçmaz şəhər seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Lalə Abbasova hazırda ictimai fəaliyyətlə məşğuldur. “Qadın və Tərəqqi” İctimai Birliyinə rəhbərlik edən eks-deputat ara-sıra mətbuatda da ekspert kimi çıxış edir. 59 saylı Səlyan seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Əkrəm Abdullayev hazırda bank sektorunda çalışır. Ölkənin aparıcı banklarından olan “Agbank”da Mərkəzi Aparatın rəhbəridir. 62 saylı Saatlı seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Gülhüseyn Əhmədovun hazırda işsiz olduğu deyilir. Bir müddət deputatı olduğu Saatlı rayonunda rəhbərlik edən G.Əhmədovun rəsmi olaraq heç bir fəaliyyətlə məşul olmadığı da söylənilənlər arasındadır. 63 saylı Sabirabad seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Pənah Hüseyn hazırda siyasi fəaliyyətlə məşğuldur və Azərbaycan Xalq Partiyasına (AXP) rəhbərlik edir. 70 saylı Masallı şəhər seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Əhəd Abıyev hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. 78 saylı Lerik-Lənkəran seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Miri Qəmbərov yaşının ahıl çağında olsa da, biznes fəaliyyəti ilə məşğul olur və Azərkontrakt Səhmdar Cəmiyyətinə rəhbərlik edir. 79 saylı İmişli seçki dairəsini təmsil etmiş sabiq millət vəkili İltizam Əkbərli hazırda müxalif mövqeyi ilə seçilən Müsavat partiyası sıralarında təmsil olunur və partiya Ali Məclisinin üzvüdür. 80 saylı İmişli-Beyləqan seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Əhəd Əhmədov hazırda biznes fəaliyyətilə məşğuldur. Onun özünə məxsus tikinti şirkətlərindən birinə rəhbərlik etdiyi deyilir. 95 saylı Tərtər seçki dairəsini təmsil etmiş sabiq millət vəkili Aynur Quliyeva hazırda “media kapitanı”dır. Onun rəhbərliyi altında dörd xəbər portalı, bir gündəlik qəzet fəaliyyət göstərir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?