Azərbaycanın sabiq maliyyə naziri (1999-2006) Əvəz Ələkbərov yerli mediaya müsahibə verib. O, jurnalistin “hazırda nə işlə məşğulsunuz” sualına cavabında deyib ki, tez-tez Türkiyəyə gedib-gəlir: “Türkiyədə kiçik bizneslə məşğulam. Orada özəl şirkətin Müşahidə Şurasında təmsil olunuram. Digər şirkətdə isə baş konsultantam. Eyni zamanda elmi işlərim də var. Dünyada gedən maliyyə böhranı ilə bağlı yeni kitab yazıram. Kitab “Dünya maliyyə böhranı: səbəb və nəticələr” adlanır. Yəqin ki, kitab bu ilin may ayında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunacaq. Kitab xarici ölkədə çapdan çıxacaq”.
Sabiq nazir onu da bildirib ki, bu yaxınlarda Türkiyədə biznes işi ilə bağlı yenilik gözlənilir. Amma o, bu yeniliyin nədən ibarət olduğunu açıqlamayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?