GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədovu kimlər vurur?

Ziya Məmmədovu kimlər vurur?

Tarix: 17-04-2014, 10:16 Bölmə :Manşet Baxış: 814
Ziya Məmmədovu kimlər vurur?
Bakıda avtobus biznesinin yeni sahibləri kim olacaq?

Nazirlər Kabineti “BakuBus” MMC yaradılması barədə qərar verib. Hökumət yeni müəssisənin yaradılmasının məqsədini dəqiq izah etmir. Əgər cəmi 200 avtobus alındığını nəzərə alsaq, anlamaq olar ki, yeni şirkət Avropa Olimpiya Oyunlarına xidmət edəcək.
Yeni şirkət üçün bu il 30 mln manat ayrılıb. Amma istisna olunmur ki, daha çox avtobus ayrılacaq. 2 fevral 2013-cü ildə Avropa Olimpiya Oyunlarının keçirilməsi üzrə təşkilat komitəsinin iclasında nəqliyyat naziri Ziya Məmmədov bəyan etmişdi ki, Bakıda sərnişinlərin ehtiyacı üçün daha 1200 avtobus lazımdır. Ona görə bundan sonra 5 dəfə çox avtobus alınacağını gözləmək olar. Nazirlər Kabineti “BakuBus” MMC yaradılması barədə qərarını beynəlxalq standartlara uyğun xidmətin təşkili, texniki və ekoloji təhlükəsizliklə bağlayır.
Belə əsaslandırmalar əvvəlki illər də səslənib, işlər əldən-ələ keçsə də, nə ekoloji, nə də komfort cəhətdən heç nə dəyişməyib. Nazirlər Kabinetinin qərarının əsas motivi paytaxtda ictimai nəqliyyata nəzarətin başqasına keçməsi ilə bağlı ola bilər. Maraqlıdır ki, yeni müəssisə Nəqliyyat Nazirliyi yanında yaradılmayıb. Şəhər nəqliyyatının paytaxt meriyasına qaytarılması və 2015-ci ilin oyunlarına yaxın prosesin güclənməsini gözləmək olar.
2006-cı ildə şəhər nəqliyyatının idarə edilməsi prezidentin qərarı ilə paytaxt meriyasından alınıb Nəqliyyat Nazirliyinə verilmişdi. Əgər əvvələr avtobusları marşrut sahibləri alırdısa, indi “Bakı Sərnişin Nəqliyyatı” MMC, “Transgate” və başqa şirkətlər üçün dövlət vəsaitləri ilə alınıb. Kiçik avtobus şirkətləri və marşrut sahiblərini məcbur edirdilər ki, avtoparkı yeniləsinlər. Xətlərdən 2000 avtobus çıxarılmışdı. Rəsmi məlumata görə, paytaxtda sərnişinlərə 30 kiçik və 2 iri avtobus müəssisəsi xidmət edir, onların 2300 avtobusu var.
Böyük miqdarda qeyri-leqal vəsait Nəqliyyat Nazirliyinin nəzarətinə keçdi. Bu gün bu dövriyyənin həcmi 150 mln qiymətləndirilir. Bu məbləğ bu göstəricilərdən yaranır: Nəqliyyat Nazirliyinin məlumatına görə, Bakıda 2800 avtobus fəaliyyət göstərir. Sürücülər bildirir ki, gündə 150 manat (yanacaq və başqa xərclər daxil deyil) plan verirlər. Nəticədə 150 milyon alınır (2800 avtobus X 150 plan X 365 gün). DAEWOO avtobusları 70 min manata alınıb. Onları 2007-2009-cu illərdə alıblar. Sayı məlum deyil. O vaxtkı planlara əsasən, 1 min orta və böyük avtobus alınmalı idi. Belə qiymət və gəlirlərlə o vaxt ildə 1 min avtobus almaq olardı. Amma bu, baş vermədi. Avtobuslar sərnişinlə ifrat dərəcədə doldurulur, antisanitariya var, cədvələ əməl olunmur, sürücülərin mədəniyyəti aşağıdır.
“İlk dəfə avtobus təsərrüfatı Nəqliyyat Nazirliyinin nəzarətinə keçəndə ayaq üstə sərnişin daşınmasına icazə verilmirdi, sürücülər uniforma geyinirdi. Amma bu, bir neçə gün çəkdi”, deyə sərnişin N.B. bildirir.
Maraqlıdır ki, böyük gəlirlərə baxmayaraq, 2011-ci ildə “Bakı Sərnişin Nəqliyyatı” 7,7 mln, 2012-ci ildə 2,6 mln manat ziyanla işləyib. 2006-cı ildə Turan İA direktoru Mehman Əliyev Bakı ŞİH Nəqliyyat departamenti ləğv ediləndə nəqliyyat naziri Ziya Məmmədova məktub göndərib, səhmdarının istənilən vətəndaş ola biləcəyi “İctimai Nəqliyyat Şirkəti” yaratmağı təklif edib. Bu həm investisiya cəlb edər, həm də nəqliyyata ictimai nəzarəti təmin edərdi. Nəqliyyat Nazirliyi cavab verəcəyini bildirsə də, sözünə əməl etməyib. Bir ay sonra məktub ölkə prezidentinə göndərilib, amma yenə cavab verilməyib. Nəticədə sərnişinlər bu günkü vəziyyətlə üzləşiblər.
RÜFƏT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda yeni avtobus marşrutları olacaq

    Bakıda yeni avtobus marşrutları olacaq ...

    9-06-2016, 11:28

  • 
  • Bakıda yeni avtobus marşrutları açılır - SİYAHI

    Bakıda yeni avtobus marşrutları açılır - SİYAHI ...

    16-10-2015, 12:37

  • 
  • Bakıda avstriyalı idmançıları avtobus belə əzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO)

    Bakıda avstriyalı idmançıları avtobus belə əzdi - ...

    12-06-2015, 14:49

  • 
  • Bakıda daha bir avtobus qəzası: yaralananlar var

    Bakıda daha bir avtobus qəzası: yaralananlar var ...

    26-12-2013, 11:36

  • 
  • “Gündəm xəbər”in yazdıqları təsdiqləndi

    “Gündəm xəbər”in yazdıqları təsdiqləndi ...

    16-04-2014, 10:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu