GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mütəşəkkil cinayətkar qrup iş başında

Mütəşəkkil cinayətkar qrup iş başında

Tarix: 18-04-2014, 10:59 Bölmə :Manşet Baxış: 1 118
Mütəşəkkil cinayətkar qrup iş başında
Ölkədə məmur özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadə halları günümüzün acı reallığıdır

Ölkədə məmur özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadə halları günümüzün acı reallığıdır. Şəxsi mənafeyini təmin etmək üçün qanunları tapdalamaq bir çoxları üçün gündəlik iş prinsipinə çevrilib. Belələri daha çox qazanmaq, var-dövlət sahibi olmaq üçün istənilən qanunsuzluğa getməkdən çəkinmir, başqalarının hüquqlarını tapdalamaqla öz məkrli planlarını həyata keçirirlər. Bu gün dövlət strukturlarında şəxsi maraqlarını təmin etmək üçün fəaliyyət göstərən xüsusi mütəşəkkil qruplar mövcuddur. Həmin qruplar əlaqəli şəkildə işbirliyi quraraq müxtəlif qanunsuzluqlara yol verir, cinayətkar əməllərini pərdələmək üçün dövlət orqanlarını ələ almaqdan çəkinmirlər. Hətta, bu qruplar içərisində hal-hazırda vəzifə başında olmayan şəxslər də yer alır. Vaxtilə müxtəlif vəzifələrdə işləyən belə şəxslər əvvəlki əlaqələri hesabına öz məqsədlərini reallaşdırmaq üçün bütün variantlara əl atırlar. Bu gün ölkədə məmurların qazanclı sahələrindən birinə çevrilən torpaq biznesi xüsusilə təhlükəli həddə çatmışdır. Torpaq alveri ilə böyük məbləğdə pullar qazanan mütəşəkkil qruplar mühüm strukturlarda möhkəmlənərək rahat şəkildə öz işlərini görürlər. Belə qruplar dövlət və bələdiyyə mülkiyətində olan torpaqları sataraq milyonlar sahibi olurlar. Hətta eyni ərazini bir neçə şəxsə satmaq belələri üçün adi iş prinsipinə çevrilib. Torpaq biznesindən qazanan belə qruplardan biri paytaxtın müxtəlif ərazilərində böyük sahələri satmaqla bir çox qanunsuzluqlara imza atıblar. Bu qrupun lideri Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma idarəsində bir vaxtlar mühasib işləmiş Tamara Həmidovadır. Qəzetimizin ötən saylarında Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovun şıdırğı torpaq biznesindən yazmışdıq. Həbib Əsədovun torpaqları köhnə tarixlərə sənədləşdirməklə vətəndaşlara satdığı, bu yolla böyük məbləğdə pulları dövlətdən yayındırmaqla mənimsədiyini qeyd etmişdik. Əldə etdiyimiz məlumatlara əsasən, ona bu işlərdə himayədarlığı Tamara Həmidova edir. Torpaq biznesində xüsusi dəst-xətti olan Tamara xanım Badamdar bələdiyyəsinin sədrinə bu sahədə lazımi dəstəyi verir.

Kimdir Tamara Həmidova?

Tamara Həmidova bir zaman “Buxar” KM-də mühasib işləyib. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsində mühasiblik edən xanımın torpaq biznesində ilk addımları da elə buradan başlayıb. Torpaq satışının incə sirlərinə yiyələnən T.Həmidova sənədləri saxtalaşdırmaqla, müvafiq dövlət orqanlarını ələ almaqla öz məkrli niyyətlərini reallaşdırıb. Bakı şəhər İcra Hakimiyyətində işlədiyi vaxtlarda saxta sənədlərlə Nizami rayonunda ələ keçirdiyi böyük torpaq sahələrini satmaqla böyük var-dövlət sahibi olan T.Həmidova indi də torpaq alverindən yararlanmaqdadır. Onun indi satmaq istədiyi torpaq sahələrindən birinin qiyməti 2 milyon manat təşkil edir. Öz əməllərini pərdələmək üçün T.Həmidova müxtəlif variantlardan istifadə edir. Bu işdə guya ruhi xəstə kimi qələmə verdiyi qardaşı Cəlal Həmidov da xanım maklerin “tutarlı arqumentlərindən” biridir. Özünü onun qəyyumu kimi qələmə verən Tamara Həmidova bir çox cinayət tərkibli əməllərini bu yolla pərdələməyə çalışır. Hansısa dövlət orqanı T.Həmidovanın qanunsuz əməllərini ifşa etməyə cəhd edərsə, daha dəhşətli arqumentlə üz-üzə qalır. Belə olanda Tamara xanım milli azlıqlar faktorunu qabardır, cinayətkar əməllərinə qarşı çıxan dövlət orqanlarını guya ləzgilərin hüquqlarını tapdalamaqda ittiham edir. Onun qanunsuz əməllərini üzə çıxardan “Azəriqaz”, “Azərsu” dövlət müəssisələri məhkəmə qərarları ilə T.Həmidovanın cinayətlərini ifşa etsələr də, nədənsə sonradan tərəflər arasında “sülh sazişi” imzalanıb. Öz işinin mahir bilicisi olan Tamara xanım bu təşkilatları da “ram etməyi” bacarıb. Onun əməllərinə əngəl olanları sevməyən T.Həmidova rəqiblərini döyməkdən, zorakılıq etməkdən belə çəkinmir. 20 sentyabr 2013-cü ildə Allahverdi Məlikovu döyərək fiziki xəsarətlər yetirməsinə baxmayaraq, Nizami rayon Polis Şöbəsi onu cəzalandırmağa lüzum görməyib.

Bir torpaq sahəsi haqqında iki sənəd

Tamara Həmidovanın qeyri-qanuni olaraq zəbt etdiyi torpaq sahələrindən biri də Nizami rayonu, Çobanzadə küçəsində yerləşən 105 kvadrat metrlik ərazidir. “Buxar” Kollektiv Müəssisənin yerləşdiyi əraziyə bitişik ümumi istifadədə olan torpaq sahəsi T.Həmidova tərəfindən qanunsuz olaraq zəbt edilib, ərazidə tikinti işləri aparılıb. Qardaşı Cəlal Həmidovun adından istifadə edərək ərazini hasarlayan T.Həmidova dövlət orqanlarının qərarlarına məhəl qoymadan bildiyini etməkdədir. Həmin ərazi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla su kəmərinin mühafizə və sənaye zonalarını yaşayış massivindən ayıran sanitar-mühafizə zolağı kimi istehsal obyektlərinin yerləşdirilməsi, fəaliyyəti və istismarına lazımi şərait yaradılması məqsədilə nəzərdə tutulan ərazidir. Həmin mübahisəli torpaq sahəsi Bakı Su Kəməri İstismar İdarəsinə məxsus olan və şəhərin şərq zonasını su ilə təchiz edən diametri 1200-1400 mm-lik yeraltı magistral su kəmərinin üzərində yerləşir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun 01.05.2012-ci il tarixli məktubunda da göstərilir ki, “həmin ərazidən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müəyyən edilmiş qaydada bostan və tərəvəz bitkilərinin becərilməsi üçün istifadə oluna bilər”. Lakin məsələnin ən maraqlı məqamı da elə Dövlət Torpaq və Xəritəçmə Komitəsi Bakı Şöbəsinin Həmidov Cəlal Əli oğluna mübahisəli ərazi ilə bağlı verdiyi iki sənəddir. Komitənin 06.05.2003-cü ildə Bakı şəhər şöbəsinin müdiri N.A.Məlikovun imzası ilə verdiyi ilk sənəddə göstərilir ki, “qeyd olunan torpaq sahəsi kommunikasiya xəttinin mühafizə zonasında və sənaye zonasını yaşayış massivindən ayıran sanitar-mühafizə zolağında yerləşdiyindən, onun Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən mülkiyyətə verilməsi mümkün deyildir”. Lakin nədənsə üstündən cəmisi 4 ay keçəndən sonra komitədə T.Həmidovanın “tutarlı arqumentləri” qarşısında aciz qalaraq başqa qərar qəbul edirlər. 19 sentyabr 2003-cü ildə yenə də DTXK-nin Bakı şöbəsinin müdiri N.Məlikovun imzasıyla başqa bir sənəd imzalanır. Bu dəfə T.Həmidovanən lehinə. May ayında torpaq sahəsinin mülkiyyətə verilməsinin mümkünsüzlüyünü bildirən N.Məlikov sentyabr ayında başqa bir qərara gəlir. Nizami bələdiyyəsinin sədri N.İsmayılova ünvanlanmış məktubda bildirilir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən, Nizami rayonu, Çobanzadə küçəsi ərazisindən keçən 1200 mm magistral su kəmərindən 5 m məsafə saxlanılmaqla 105 kvadrat metr torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün alqı-satqı qaydasında vətəndaş Həmidov Cəlal Əli oğlunun adına sənədləşdirilməsi üçün sənədlər bələdiyyəyə göndərilir. Maraqlıdır ki, 4 ayın içərisində iki dəfə qərar dəyişdirən N.Məlikovu buna hansı səbəblər vadar edib? Axı mövcud qanunvericiliyə əsasən, göstərilən ərazidə tikinti işləri aparmaq qəti surətdə qadağan olunur. 30 dekabr 1998-ci ildə Nizami rayon İcra Hakimiyyətinin başçısı E.Əzimovun imzaladığı sənəddə də açıq şəkildə bildirilir ki, həmin ərazi ancaq təsərrüfat məqsədləri üçün istifadə oluna bilər. Lakin şəxsi maraqlarını dövlət qanunlarından üstün tutan məmurlar öz mənfəətləri üçün göstərilən torpaq sahəsində tikinti işləri aparılmasına icazə verən qanunsuz sənədi imzalayıblar. Nizami bələdiyyəsinin sədri N.İsmayılov 26 sentyabr 2003-cü ildə Cəlal Həmidova torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verən qanunsuz sənəd verib. T.Həmidovanın şirnikləndirici təklifləri qarşısında aciz qalan vəzifə sahibləri şəhərin böyük bir hissəsini su ilə təchiz edən kəmərin taleyini təhlükə altında qoymaqdan belə çəkinməyiblər. Abşeron Regional Səhmdar Su Cəmiyyəti 17.07.2003-cü il tarixli 203t saylı məktubla tikinti işləri aparılan sahə ilə magistral su kəmərləri arasında 5 m məsafənin saxlanılmasını tələb etməsinə baxmayaraq, C.Həmidov tərəfindən bu gözləninlməmiş, magistral su kəmərinin sanitar mühafizə zonası zəbt edilib.
Tamara Həmidovanın torpaq biznesinin çiçəklənməsində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da xüsusi “əməyi” var. Bakı meri 20 avqust 2010-cu il tarixində Çobanzadə küçəsi 30 C ünvanında yerləşən 826,2 kvadrat metr torpaq sahəsinin T. Həmidovaya 49 il müddətinə icarəyə verilməsi haqqında müqavilə imzalayıb. Nədənsə müqavilənin şərtlərində torpaq sahəsində olan tikinti və qurğuların xarakteristikası nəzərə alınmayıb. Bu sahənin icarəsi üçün Tamara Həmidova hər il dövlətə 488 manat 14 qəpik icarə haqqı ödəyir. Hacıbala müəllim mübahisəli bir ərazini, mühüm kommunikasiya xəttlərinin üzərində yerləşməsinə baxmayaraq, icarəyə verməklə böyük problemlərə rəvac verib. Görünür, Tamara Həmidovanın İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsində mühasib işlədiyi dövrlərdəki fəaliyyətini “unutmayan” H.Abutalıbov keçmiş işçisini mükafatlandırmağa qərar verib. Həmin sahənin T.Həmidova tərəfindən “qanuni şəkildə zəbt olunmasında” Səbail rayon Məhkəməsinin də əməyi az deyil. Səbail Məhkəməsi 12 iyul 2010-cu ildə 826, 2 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsinə dair qərar verməklə orada heç bir norma və şərtlər gözlənilmədən qanunsuz tikinti işlərinin aparılmasına şərait yaratmışdır. Beləcə müxtəlif dövlət strukturları öz maraqlarını təmin etmək üçün Tamara Həmidovanın torpaq alverində vasitəçiyə çevriliblər. Mübahisə məhkəmə instansiyalarına qədər getsə də hələ ki, T.Həmidova ölkə qanunlarından daha güclü olmaqda davam edir. Ona himayədarlıq edənlər Tamara xanımın cəzasız qalmasına, torpaq biznesini günişləndirməsinə şərait yaradırlar. Aldığımız son məlumatlara əsasən, Tamara Həmidovanın əməlləri ilə bağlı Səbail rayon Prokurorluğunda istintaq araşdırmaları aparılır. Hər halda görünən odur ki, mütəşəkkil cinayətkar qrup torpaq alverini davam etdirməkdədir.
Mövzunu davam etdirəcəyik.
Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vəzifə səlahiyyətlərindən sui-istifadə etdi, iş məhkəməyə getdi

    Vəzifə səlahiyyətlərindən sui-istifadə etdi, iş ...

    25-12-2014, 23:18

  • 
  • Yeni həbslər: 45 məmur tutuldu

    Yeni həbslər: 45 məmur tutuldu ...

    20-09-2013, 12:19

  • 
  • "Sumqayıt Elektirikşəbəkə"də korrupsiya

    "Sumqayıt Elektirikşəbəkə"də korrupsiya ...

    7-12-2012, 12:00

  • 
  • Cinayət işi məhkəməyə göndərilmişdir

    Cinayət işi məhkəməyə göndərilmişdir ...

    21-02-2015, 11:40

  • 
  • Elşad Abdullayev barəsində qərardad Azərbaycan Baş Prokurorluğuna göndərilib (YENİLƏNİB)

    Elşad Abdullayev barəsində qərardad Azərbaycan ...

    6-08-2013, 18:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu