Türkiyə polisi bu gün bir sıra dövlət məmurlarının həbsi üzrə əməliyyat həyata keçirib.
Musavat.com Anadolu agentliyinə istinadla xəbər verir ki, onlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə eləməkdə və özəl şirkətlərlə iş birliyi üzrə anlaşmaların yekunlarını saxtalaşdırmaqda günahlandırılırlar.
Xəbər verilir ki, polis 45 nəfəri qandallayıb. Onların arasında yüksək vəzifəli hərbi məmurlar da var. Saxlanılanlar təhlükəsizlik üzrə baş direktorluğunun maliyyə cinayətləri şöbəsinə təhvil veriliblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?