Günboyu pulları yığmaq üçün təşkil olunmuş “briqada” daha görəvini yerinə yetirmir
Son qalmaqaldan sonra nazir bir çox işlərdən əlini çəkib
Bir müddət əvvəl prezident İlham Əliyev Bakıda yol kənarlarında maşın saxlayanlardan bəhs etmişdi. Dövlət başçısı bildirmişdi ki, həmin adamların konkret nə işlə məşğul olduğunu hələ də bilmir. Ona görə də, “əliçubuqlu” adamların yığışdırılmasını istəmişdi. Paytaxtda yol kənarlarında maşınların dayanması məsələsi çoxdanın problemidir və bu “parking” xidməti bir çox hallarda hərəkətin məhdudlaşmasına gətirib çıxarırdı. Xüsusən də dar yollarda yaranan vəziyyət daha acınacaqlıdır. Hərçənd, problemi tam həll etmək də mümkün deyil. Çünki Bakıda xeyli sayda parkingə ehtiyac var. Tikilən bir-iki iri parking isə təlabatı qarşılamaq gücündə deyil. “Əliçubuqlu”larla bağlı məsələyə gəlincə isə burada hər şey ilk baxışdan sadə görünür. Hər maşın üçün 20-50 qəpik, bəzi yerlərdə isə 1 manat yığan həmin şəxslərin konkret tabe olduqları dövlət qurumu mövcud deyil. Amma onların birmənalı olaraq Nəqliyyat Nazirliyinə, daha doğrusu, nəqliyyat naziri Ziya Məmmədova işlədiyi dəqiq məsələdir. Bununla bağlı apardığımız araşdırma zamanı üzə çıxan bir reallıq isə gün ərzində təkcə paytaxtda “parkovka” məsələsindən yığılan pulların həcmi ilə bağlı olub. İlkin təxminlərə görə, Bakıda yol kənarında saxlanılan maşınlardan yığılan pulun miqdarı gün ərzində 200 min manata yaxındır. Həmin pulların “əliçubuqlular” tərəfindən toplanması bütün məbləğin onlara çatması anlamına da gəlmir. Bu şəxslər yalnız gündəlik “dövriyyə”nin 5-10 faizinə sahib olmaqla dolanışıqlarını qururlar. Həmin pulları yığanlar isə nəqliyyat naziri Ziya Məmmədovun xeyli əvvəldən yaratdığı “briqadalar”dır. Araşdırmaya görə, bu “briqada”larda təmsil olunanlar sayca 20-30 nəfərdən ibarətdir. Maşınla təhcic olunmuş dəstələr gün ərzində “əliçubuqlular”la görüşərək, onlardan gündəlik dövriyyəni almağa məsul ediliblər. Elə parking xidməti göstərən şəxslər də təsdiq edirlər ki, onlardan pulları toplayan nəqliyyat nazirinin adamlarıdır. Hazırda həmin biznes sahəsi başlı-başına qalıb. Artıq bir həftəyə yaxındır ki, nə “briqada”nın işçiləri pul yığır, nə də “əliçubuqlular” o pulu şəxsi vəasiti kimi, xərcləməyə cəsarət edir. Səbəb Ziya Məmmədovun bu biznesindən əl çəkməsidir. Amma belə gəlirli bir sahənin üzun müddət boş qalacağı inandırıcı görünmür. Tezliklə onun yeni sahibi də məlum olar. Aydın Əbiyev
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?