Nəriman Məmmədovun Cavid Qurbanovun da «gözünün odu»nu aldığı deyilir
Nəqliyyat naziri Ziya Məmmədovun «Azəryolservis»də qeyri-rəsmi böyük səlahiyyətlərə sahiblənmiş qardaşı Nəriman Məmmədov nəinki kollektivin, hətta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin də hədsiz narazılığına səbəb olub. Bu barədə “Gündəm Xəbər”ə “Azəryolservis” ASC-nin adının çəkilməsini istəməyən əməkdaşı deyib. Onun sözlərinə görə, kobud davranışları ilə kollektivin ikrahını qazanan Nəriman Məmmədovun özbaşınalıqlarından, ölkə boyu magistral yol kənarlarında turizm və digər obyekt inşa edənlər də narazılıq edir: “Nəriman Məmmədov magistral yol kənarlarında tikilən obyektlərin yola çıxışını təmin edən ara yola icazə verilməsi üçün «öz standartları»nı tətbiq etməyə başlayıb. O, bu məqsədlə icazə istəyən sahibkarlara elə «qiymət» oxuyur ki, bu, heç bir ölçüyə də sığmır. Bunu «həmin yolun layihə-smetası hazırlanacaq» deyərək, bunun üçün ağlına gələn ilk qiyməti söyləyir. Bəzən qiymət 100 mini də aşır”. Mənbə deyir ki, Nəriman Məmmədovun hərəkətləri Cavid Qurbanovu da narazı salır: “Lakin onun qardaşı nazir olduğundan, Cavid müəllim də ona bir söz deyə bilmir. Nəriman Məmmədov da bundan istifadə edərək, özünü «Azəryolservis»in hakimi-mütləq kimi aparır. Dəhlizlərdə rast gəldiyi işçiləri təhqir edən Nəriman Məmmədov, bundan xüsusi ləzzət aldığını da gizlətmir. Hesab edirik ki, Ziya Məmmədov qardaşının «ipi»ni çəkməlidir”. Qarşı tərəfi də dinləməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?