GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Deputat icra başçılarını sərt tənqid etdi

Deputat icra başçılarını sərt tənqid etdi

Tarix: 1-05-2014, 10:15 Bölmə :Manşet Baxış: 807
Deputat icra başçılarını sərt tənqid etdi
Vahid Əhmədov kimləri hədəfə aldı?

Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən respublikanın şəhər və rayonlarında inşa olunan yeni tikililərlə bağlı aparılan araşdırma maraq doğurur. Araşdırma zamanı şəhər və rayonların memarlıq xidmətləri (Baş memarları) tərəfindən razılaşdırılmış şəhərsalma sənədləri araşdırılıb. Nəticədə məlum olub ki, bu sahədə mövcud olan qanunvericiliyin, norma və qaydaların tələbləri tez-tez pozulur. Belə ki, tikintisi nəzərdə tutulan obyektlərin konkret ərazidə yerləşdirilməsi ərazi planlaşdırılması baxımından yetərincə əsaslandırılmır, bir çox hallarda yaşıllıqların məhv edilməsinə yol verilir, layihələr mövcud Baş plana və ya müfəssəl planlaşdırma layihəsinə uyğun gəlmir, ərazinin tikinti sıxlığı və şəhərsalma reqlamenti pozulur. Tikintiyə icazə verilməsi barədə qəbul olunan qərarların heç biri Ümumi Tikinti Reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməyib. Müxtəlif layihə təşkilatları və firmalar tərəfindən hazırlanan layihələrin memarlıq planlaşdırma həlləri, istər sənədlərin dəsti, yəni komplekt şəkildə olması baxımından, istərsə də məzmun baxımından mövcud standartların tələblərinə cavab vermir. Şəhər və rayonların memarlıq xidmətləri tərəfindən ilkin şəhərsalma sənədləri və ayrıca aktları olmadığından layihələndirməyə başlama mürəkkəbləşir və ya mümkün olmur. Buna görə də layihəçilər tərəfindən göstərilən tələbləri pozaraq memarlıq-planlaşdırma göstərişləri və sahələrinin ayrıca aktı olmadan icra hakimiyyəti orqanlarına sifarişçinin istəyi ilə mürəkkəb tikililərin yalnız “eskiz layihəsi” təqdim olunur ki, bunlar da əsasən həmin icra hakimiyyətinin memarlıq xidməti tərəfindən razılaşdırılır.
Aparılan araşdırma və ondan doğa biləcək nəticələr narahatlıq doğurur. Çünki yeni tikililər sırasında yaşayış evləri də mövcuddur. Azərbaycan reallığında isə müvafiq icazə olmadan daşı daş üstünə qoymağın mümkünsüzlüyü hamıya məlumdur. Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, hər bir kəs qanunun tələblərinə hörmət etməlidir. V.Əhmədov vurğuladı ki, istənilən tikilinin müvafiq strukturlarla razılaşdırılmış sənədləri olmalıdır: “Tikinti Məcəlləsinə mənzil ilə əlaqədar yeni düzəlişlər edilib. Bu düzəlişlər 13 metrdən aşağı tikililərə şamil edilir. Bu tikililərlə bağlı icra orqanlarına yalnız xəbərin verilməsi yetərlidir”.
Bəs yolverilən pozuntulara görə məsuliyyəti kim daşıyr? V.Əhmədov bildirdi ki, ilk növbədə sənədləri müvafiq strukturlara təqdim etməyən vətəndaşlar günahkar olsalar da, məmurlar da baş verənlə bağlı günahsız deyil: “Sənədsiz tikili aparmağa icazə verənlər də məsuliyyət daşıyırlar. Sənədsiz tikililərlə bağlı məsələ bir zamanlar aktual idi. Hətta, bununla bağlı ölkə başçısı da sərəncam verdi. Amma o da məlumdur ki, icra hakimiyyəti və başqa məsul şəxslərin icazəsi olmadan daşı daş üstünə qoymaq olmaz. Onlar kimin nə tikdiyini gözəl bilirlər. Sənəd olmasa da əvvəlcə razılıq əldə olunur, daha sonra tikili reallaşdırılır. Ona görə bütün bu şəxslər məsuliyyət daşımalıdırlar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra hakimiyyətlərinə xəbərdarlıq edildi

    İcra hakimiyyətlərinə xəbərdarlıq edildi ...

    6-05-2014, 10:10

  • 
  • Arxitektura Komitəsi icra hakimiyyətlərini ittiham etdi

    Arxitektura Komitəsi icra hakimiyyətlərini ...

    11-02-2014, 15:38

  • 
  • Arxitektura Komitəsi icra hakimiyyətlərini ittiham etdi

    Arxitektura Komitəsi icra hakimiyyətlərini ...

    11-02-2014, 14:53

  • 
  • Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı problem yaranıb

    Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı problem ...

    8-11-2013, 12:10

  • 
  • Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlandı

    Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlandı ...

    28-01-2015, 20:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu