GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cavid Qurbanovun “milyonluq talanı”

Cavid Qurbanovun “milyonluq talanı”

Tarix: 2-05-2014, 09:38 Bölmə :Manşet Baxış: 1 495
Cavid Qurbanovun “milyonluq talanı”
“Azəryolservis” ASC vətəndaşa çatmalı olan 1.674.207 manat pulu ödəməkdən imtina edir

Bir çox dövlət məmurlarının tutduqları vəzifə kürsüsünün verdiyi səlahiyyətlərdən istifadə edərək sadə vətəndaşları incitməsi, onların konstitusion hüquqlarını kobud şəkildə pozması adi hal alıb. Belə məmurlar və onların himayə etdikləri dövlət və özəl müəssisələri heç bir hüquqi əsas olmadan insanların halal haqqını əllərindən alır, min-bir yolla onları süründürməçiliyə məruz qoyur, öz şəxsi maraqlarını təmin edirlər. Daha çox dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsi zamanı vətəndaşların mülkiyyət hüquqları pozulur, onlara çatmalı olan kompensasiyalar müxtəlif yollarla mənimsənilir. Öz haqqını tələb edən insanlar isə yüksək çinli məmurların yaratdıqları süni maneələri aşa bilmir, hətta məhkəmə qətnamələri olduğu halda belə hüquqlarını təmin etməkdə aciz qalırlar.
Konstitusion hüquqları pozulan və illərdir ki, tapdalanmış haqqlarını bərpa etmək üçün döymədiyi qapı qalmayan belə vətəndaşlardan biri də Kərimov Səid Yusif oğludur. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan Səid Kərimovun mülkiyyət hüquqları pozulub.
Əzizbəyov (Xəzər) rayonu, Qala qəsəbəsi 46 ünvanında yerləşən Metallurgiya Dövlət Şirkətinin Sınaq Təcrübə Bazası özəlləşdirildikdən sonra yerində “Qala” STB ATSC yaradılıb. S. Kərimov “Qala” STB ATSC nə məxsus olan səhmlərin 15 faizini 2007-ci ildə qanuni şəkildə Milli Depozit Mərkəzindən alaraq payçıya çevrilib. Lakin, onun əsas problemləri Bakı ətrafı “Dairəvi yol”un çəkilişinə start veriləndən sonra başlayıb. Yolun çəkilişi ilə əlaqədar olaraq “Qala” STB ATSC məxsus olan özəl zavod sökülmüşdür. Elə əsas çətinliklər də S. Kərimov üçün o vaxtdan başlayıb. Zavodun sökülməsi zamanı payçılara kompensasiya ödənilməli olduğu halda işin icrası ilə məşğul olan “Azəryolservis” ASC S. Kərimova çatacaq məbləği ödəməkdən imtina edir, onu hədələməkdən, qorxutmaqdan belə çəkinmir. “Sınaq Təcrübə Bazası”nın “Azəryolservis” ASC tərəfindən sökülən ərazisinə daxil olan tikililəri bazar qiymətlərinə müvafiq olaraq 11. 161.380 manat dəyərində qiymətləndirilib. Həmin ərazidə qanuni olaraq 15 faiz paya malik olan S. Kərimova bu məbləğdən 1.674.207 manat çatmalı olduğu halda cavabdeh tərəf - “Azəryolservis” ASC məbləği ödəməkdən hər vasitə ilə imtina edir. İddiaçı tərəf müxtəlif dövlət orqanlarına müraciət etməsinə baxmayaraq hüquqlarını təmin edə bilmir, çünki qarşı tərəf heç bir dövlət qanununa məhəl qoymur. Bakı İnzibati- İqtisadi Məhkəməsin 1 noyabr 2013-cü il tarixli 2(82)-21-2011 saylı qətnaməsi ilə iddiaçı Kərimov Səid Yusif oğlunun cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə, Nəqliyyat Nazirliyinin “Azəryolsevis” ASC-nə və müstəqil tələblər irəli sürməyən 3-cü şəxs “Chronos” MMC-nə qarşı tələbləri təmin edilib. Qətnamədə göstərilir ki, “Sınaq Təcrübə Bazası”nın sökülən ərazisinin yol tikintisi ərazisinə əlavə edilməsi ilə əlaqədar zavod ərazisinə daxil olmuş tikililərin bazar qiyməti ilə 11.161.380 manat dəyərindən 15 faiz, yəni 1.674.207 manatın cavabdehlər tərəfindən iddiaçı Kərimov Səidə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 19 dekabr 2013-cü il tarixli 2(82)-1616-2013 saylı icra vərəqəsi icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə rəsmi qaydada verilib. “Azəryolservis”ASC iddiaçıya ünvanladığı K-4/16-1489 saylı 27.03.2013-cü il tarixli məktubda göstərilir ki, məhkəmə prosesi başa çatdıqdan sonra məhkəmənin qəbul edəcəyi qərara uyğun olaraq məsələ öz həllini tapacaqdır. Göründüyü kimi, məhkəmə Səid Kərimovun iddiasının təmin olunması ilə bağlı qərar qəbul etdiyi halda cavabdeh tərəf verdiyi sözü tutmayaraq məbləği ödəməkdən imtina edib.
“Azəryolservis” ASC-nin Layihə İşçi Qrupunun direktoru Faiq Məmmədov deputat Cavid Qurbanovun köməkliyi ilə qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasına hər vasitə ilə mane olur. Ortada kifayət qədər keçərli hüquqi sənədlərin olmasına baxmayaraq, vətəndaşın mülkiyyət hüququ tapdalanır, məbləğ ödənilmir. İddiaçı tərəfin bildirdiyinə görə, ona çatacaq pulu ala bilməsə də Faiq Məmmədovun bu pullardan necə “yararlandığını” yaxşı bilir. Faiq Məmmədov Kürdəxanı qəsəbəsi, Ləhiş bağları massivində özü və yaxın qohumu olduğu bildirilən Yunis adlı şəxs üçün Əliyeva Səkinəxanım Məmmədqasım qızının və Babayeva Esmira Aslan qızının adına bağ-torpaq sahələri alaraq dəbdəbəli imarətlər ucaltmışdır. Bütün əmlakını başqalarının adına rəsmiləşdirən F. Məmmədov ondan qanuni haqqını tələb edən Səid Kərimova isə hər dəfə hədə-qorxu gəlir, təhdid edir. Onun iddaçıya dediyi sözlər isə qanunlara olan “hörmət və ehtiramının” ifadəsidir. Dəfələrlə bildirib ki, “Azəryolservis” ASC-yə heç kimin gücü çata bilməz. Çünki, Milli Məclisin deputatı Cavid Qurbanov kimi himayədarları var. Heç bir məhkəmə qətnaməsi onlara mane ola bilməz.
Haisələrin gedişi göstərir ki, Faiq Məmmədov həqiqətən də “haqlıdır”. Belə olmasaydı Ədliyyə Nazirliyinin Nəsimi rayon şöbəsi məhkəmə qətnaməsini icra etməkdə aciz qalmazdı. Qanunun aliliyi gözlənilsəydi, Səid Kərimovun Əmlak Məsələləri Dövlət Komitəsinə, Nəqliyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, “Azəryolservis” ASC-yə etdiyi çoxsaylı müraciətlərə cavab verən tapılardı.
“Dairəvi yolun” tikintisi zamanı mülkiyyətçilərin qanuni pullarını ödəməyən “Azəryolservis” ASC nədənsə digər “mülkiyyətçilərin” pulunu məmuniyyətlə ödəyib. Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisinə düşən “Dairəvi yol”un tikintisi zamanı”guya” plana düşən bağ-torpaq sahələri dövlət ehtiyacları üçün alınmış və bir sot torpaq sahəsi 6 min manat qiymətləndirilərək “Kapital Bank”ın Sabunçu rayon filialı vasitəsi ilə “vətəndaşlara” ödənilmişdir. Maraqlıdır ki, Nazirlər Kabinetində “Tikinti və Kommunal-Təsərrüfat” şöbəsinin müdiri Şahin Salahov Rasim oğlunun kürəkənləri olan maliyyə işçi qrupunun direktoru Faiq Məmmədov və Yunis adlı şəxs elə həmin ərazidə özləri üçün yayayış kompleksi tikdiriblər. Görəsən mövcud olmayan torpaq sahələrinə səxavətlə pul ayıran “Azəryolservis” ASC vətəndaşa çatacaq qanuni vəsaiti hansı əsaslarla ödəmir? Korrupsiya hesabına böyük var dövlət sahibi olan məmurlar nə vaxta qədər ölkə qanunlarından güclü olacaqlar?
Hüquqları pozulan Səid Kərimov hələ də aidiyyatlı dövlət qurumlarından lazımi dəstəyi ala bilmir. Məhkəmənin hüquqi qətnaməsi olduğu halda hələ ki, “Azəryolservis” ASC ölkə qanunlarına məhəl qoymur, sadə vətəndaşların mülkiyyət hüquqlarını tapdalamaqda davam edir. Maraqlıdır ki, bu işdə adları hallandırılan Cavid Qurbanov və Şahin Salahov da problemin həll olunması istiqamətində heç bir tədbir görmürlər. Məsələni diqqətimizdə saxlayacağıq.
Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cavid Qurbanovun işçisinin milyonluq villa və obyektləri - FOTOLAR

    Cavid Qurbanovun işçisinin milyonluq villa və ...

    19-02-2016, 13:48

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Cinayət işi məhkəməyə göndərilmişdir

    Cinayət işi məhkəməyə göndərilmişdir ...

    21-02-2015, 11:40

  • 
  • “Bak Terminal Komp LTD” MMC şirkəti vətəndaşları necə aldadır?

    “Bak Terminal Komp LTD” MMC şirkəti vətəndaşları ...

    7-05-2014, 09:51

  • 
  • Cavid Qurbanovun cangüdəninə biabırçı ittiham

    Cavid Qurbanovun cangüdəninə biabırçı ittiham ...

    22-12-2012, 13:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (294)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu