Sabiq PA məmuru barəsində yazılanlara cavab vermir, yeni vəzifəsində isə həvəssiz işləyir; ona aid saytın bağlanması, şirkətinin əlindən alınması xəbərləri var
Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov susdurulub. Sabiq məmur Rabitə Nazirliyində vəzifə təyinatından sonra barəsində yazılanlara qarşı təmkinli olmaq seçimini edib. E.Aslanov isə nazirlikdə aldığı vəzifədə həvəssiz çalışır. Sabiq PA məmuru istefaya göndərildikdən dərin məyusluq və sarsıntı hissi keçirir, ruh düşkünlüyü yaşayır və depressiv vəziyyətdən çıxa bilmir. Mənbənin “Gündəm-xəbər”ə dediklərinə görə, E.Aslanov mətbuata danışmağı özünə qadağan edib. Həmçinin, özünə də “sus” əmri verilib. E.Aslanov bəzən işə belə getmir. Onun iyunda bir müddət istirahətə gedəcəyi və sentyabrda yenidən başlayacağı gözlənilir. Adaptasiya prosesini ağır keçirən sabiq PA məmuru yurddan kənarda dincəlmək və stress atmaq vaxtını gözləyir. Onun haqqında hər gün yazılanlar isə daha artıq əsəb və gərginlik yaradır. E.Aslanov hələlik vəzifəsini tam icra etmir. Şöbənin baş məsləhətçisi işləri qaydasına salır. E.Aslanova bildirilib ki, onun PA-ya nə vaxtsa qayıtmaq perspektivi yoxdur. Prezidentin gözündən düşən gənc məmur təkcə Fətullah Gülənin adamı olmasına görə yox, Administrasiya dəhlizlərində ambisiyalarına görə qəzəbə tuş gəlib. Odur ki, komandadan silinib. Nazirlikdə isə sadəcə başı girləmək və sistemdən təcrid edilməmək üçün vəzifə təyinatı alıb. Bu arada isə ona aid olan “Gun.az” saytı bu gündən etibarən fəaliyyətini dayandırır. Kollektivdə çalışan işçi heyətin çoxu artıq işə gəlmir. Bu gündən isə sayt rəsmi olaraq fəaliyyətini dayandırır. Bakupost.az saytında da artıq ixtisarlar var. “Gün.az” saytının fəaliyyətini dayandırması ilə bağlı xəbərlər əsassızdır”. Bunu açıqlamasında saytın məsul redaktoru Emil Quliyev deyib. Redaktor bildirib ki, saytın iş üslubunun dəyişməsi ilə əlaqədar müəyyən ixtisarlar aparılıb: “Sayt kollektivində ixtisarlar aparılıb, bu, 10 nəfərə şamil edilib. Hazırda sayt fəaliyyətini davam etdirir və belə də davam edəcək”. Digər bir xəbər ondan ibarətdir ki, media qurumları ilə biznes şirkətləri arasında vasitəçilik edən “Nyumedia” reklam şirkəti Elnur Aslanova məxsusdur. Adıçəkilən media-reklam şirkəti Elnur Aslanova bağlı olan adamlar tərəfindən idarə edilir və əslində şirkət faktiki olaraq PA-nın keçmiş şöbə müdiri Elnur Aslanova məxsusdur. Həmin şirkətin iş prinsipi media şirkətləri ilə biznes qurumları arasında vasitəçilik etmək olduğu üçün “Nyumedia” vasitəsilə Elnur Aslanovun media qurumları davamlı olaraq reklamla təmin edilib. Müxtəlif media qurumlarına reklam vermək istəyən biznes qurumları və iş adamları “Nyumedia”ya yönəldilib. Həmin təşkilatların nəzərdə tutduqları reklamlar məhz “Nyumedia”nın vasitəsilə Aslanova məxsus xəbər saytlarına və agentliklərə verilib. Həmçinin bu imkandan Aslanovla yaxşı münasibətləri olan, onunla əməkdaşlıq edən media orqanları da bəhrələnib. İndi bu şirkətin də onun əlindən alınacağı deyilir. Strateji Araşdırmalar Mərkəzi (SAM) PA-nın Xarici əlaqələr şöbəsinin nəzarətinə verilib. Məlumata görə, indiyə kimi Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin birbaşa idarəçiliyi altında fəaliyyət göstərən mərkəz bundan sonra işini adıçəkilən şöbənin nəzarəti altında davam etdirəcək. Mənbənin verdiyi məlumata görə, SAM-ın sədri Fərhad Məmmədovun vəzifəsində qalıb-qalmayacağı sual altındadır. [b]Rafiq QARA[/b]
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?