Elşad İsgəndərova arxayınlaşan PA-nın sabiq məmuru media holdinqini tamamilə itirdi; gənc məmur əks-hücuma hazırlaşır
Nurçu qalmaqalından ən böyük zərbəni Elnur Aslanov aldı. Aslanov nəinki vəzifəsini itirdi, hətta saytlarından belə məhrum oldu. Ona verilən ən “böyük” mükafat Rabitə Nazirliyində bir şöbə müdiri təyin olunmaqdır. Amma məsələ bitmədi. Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin eks-müdiri Elnur Aslanovun kurasiyasına daxil olan daha bir sayt fəaliyyətini dayandırmaq üzrədir. Bu o da o anlama gəlir ki, PA-nın sabiq məmuru media holdinqini tamamilə itirdi, saytları bağlanır, media imkanları tükənir. Ona qarşı ən böyük silah da medianın əlindən alınmasıdır. Mənbə qeyd edir ki, E.Aslanov Elşad İsgəndərovun vəzifədə saxlanmasına ümid edirdi. Gözləyirdi ki, onun hesabına ayaqda dura biləcək və tədricən imkanlarını gücləndirəcək. Amma çox çəkmədi ki, İsgəndərov işindən azad olundu. Bununla da sabiq məmurun bütün ümidləri dəfn edildi. İndi Rabitə Nazirliyində işləməyə belə həvəsli görünməyən E.Aslanov nicat axtarır. Sabiq PA nümayəndəsi qisas hissi ilə alışıb yanır, o, istefasına nail olan rəqiblərinə qarşı əks-hücuma keçməyə hazırlaşır. Bu barədə başqa sayımızda. Söhbət indi “1news.az” və “Gun.az” saytları ilə eyni ofisdə yerləşən ingilisdilli “News.az” saytından gedir. Əldə etdiyimiz məlumata görə, kollektivin işçiləri artıq 2 həftə əvvəl iş yerləri ilə vidalaşıblar. Hazırda redaksiyada iki tərcüməçi qalıb və bu gün sayta cəmi bir xəbər yerləşdirilib. Böyük maliyyə vəsaitləri ayrılsa da, oxucu auditoriyası toplaya bilməyən Elnur Aslanova məxsus artıq bir neçə saytda kütləvi şəkildə ixtisarlar başlayıb. Bura gun.az, bakupost.az və 1news.az saytları daxildir. Ötən ayın əvvəlində isə “Yurd TV” fəaliyyətini tamamilə dayandırıb. Rafiq Qara
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?