MTN-nin müstəntiqlərində Elnur Aslanova veriləsi xeyli sual var
Vurulmuş məmur Elnur Aslanovun tarixçəsini Qərbin müəyyən dairələrinin diqqətindən kənarda qalan çox lokal, xırda məsələ sayanlar möhkəm yanılırlar. maraqlıdır ki, prezident seçkiləri ərəfəsində bu prosesi qaralayıb ləkələmək üçün misilisiz bir kampaniyaya başlayan anti-Əliyev qüvvələr Aslanovun vurulmasından sonra ehtizaza gəliblər. Onlar kövrək notlarda olan bu hisslərini açıq-aşkar büruzə verirlər. Hər halda prezident İlham Əliyevin əsas tənqidçiləri E.Aslanov işi ətrafındakı proseslərin necə cərəyan etməsini xüsusi maraq və həyəcanla (buna narahatlıq demək düz olmazdı) izləyir. , Twitter sosial şəbəkəsinin fəal istifadəçisi, Azərbaycandakı vəziyyət və prosesləri az qala zərrəbinlə izləyən və ölkəmizi hər fürsətdə tənqid edən Keti Pirs (Katy Pearce) postsovet ölkələri üçün “rəngli inqilablar” ssenarisini müəyyənləşdirərkən Elnur Aslanovun “təqaüdçü vəzifəsi”nə - Rabitə Nazirliyinə şöbə müdiri postuna təyin edilməsi barədəki xəbəri böyük həvəslə göydə tutdu. baxışda belə düşünə bilərsən ki, hansısa bir məmuru bir vəzifədən götürür, az sonra isə onu nəzərə o qədər də çarpmayan başqa bir vəzifəyə qoyursan. Amma yox! Keti Pirs bu məsələyə ayrı gözlə və çox diqqətlə baxır. gəlmişkən, həmin bu Keti Pirs 2013-cü il prezident seçkiləri ərəfəsində və seçkidən sonra Əliyev hakimiyyətini seçkiləri ölkə boyunca saxtalaşdırmaqda və repressiya siyasəti yürütməkdə açıq-açığına və çox sərt şəkildə tənqid edirdi. İndi isə o, bir “Elnur Aslanov obrazı” əkib-becərir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?