Prezident İlham Əliyev “twitter” səhifəsində müəyyən ismarışlar verib
Prezident öz “twit”lərində Azərbaycandakı ictimai-siyasi situasiya, sosial və iqtisadi sahələrdə aparılan islahatlar, beynəlxalq arenada, o cümlədən regiondakı mövcud vəziyyətə toxunub. Prezidentin həmin “twit”lərini təqdim edirik: “Azərbaycanın təcrübəsi göstərir ki, gələcəyimiz, taleyimiz öz əlimizdə olduğu zaman biz əvvəlki vaxtlarla müqayisədə daha çox iş görə bilərik”. “Bizim təcrübəmiz ölkəni necə dəyişmək, vətəndaşlara daha yaxşı həyat təmin etmək üçün yaxşı nümunə ola bilər”. “Bu gün dövlətçiliyimizin möhkəm əsasları vardır. Biz geniş şəkildə ölkəmizi müasirləşdirən siyasi və iqtisadi islahatlar apardıq. Demokratiyanı inkişaf etdirdik, əsas azadlıqları, o cümlədən indiki həyatımızın ayrılmaz hissəsi olan toplaşmaq azadlığı, media azadlığı, azad interneti təmin etdik”. “Möhkəm iqtisadi əsaslar olmasa, müstəqilliyimiz tam ola bilməz. Buna görə də Azərbaycanda siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir”. “Azərbaycanın xarici borcunun səviyyəsi çox azdır, ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, o deməkdir ki, biz beynəlxalq maliyyə təsisatları ilə daha fəal şəkildə işləmək planlarını qura bilərik”. “İqtisadiyyatın şaxələndirilməsi, sosial infrastruktura yatırımlar uzaq bölgələrdə belə lazımi həyat tərzini təmin edir”. “Üç min orta məktəbin, beş yüz xəstəxananın tikilməsi və digər amillər cəmiyyətimizə tamamilə yeni mühit yaratmaq imkanını verdi”. “İqtisadi inkişaf olduqca ciddi sosial proqramlarla dəstəklənir. Hökumətimiz üçün sosial məsələlər hər zaman prioritet xarakter daşıyıb. Yaşayış standartlarının yaxşılaşdırılması, iş yerlərinin açılması, işsizliyin azaldılması, bütün bunlar göstərir ki, bunu etmək olar”. “Erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələrdən heç biri həyata keçirilməyib. İşğal davam edir. Biz etnik təmizləməyə məruz qalmışıq. Ölkəmizin tarixi hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Beynəlxalq hüquq, ədalət və tarix mövqeyimizi dəstəkləyir. Lakin aydın şəkildə anlayırıq ki, ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün bu, kifayət deyildir. Bunu etmək üçün biz daha güclü olmalıyıq. Əfsuslar olsun, görürük ki, güc yenidən beynəlxalq münasibətlərin gündəliyində əsas yer tutur. Bizim üçün əsas prioritet ərazi bütövlüyümüzün bərpa edilməsi, müstəqilliyimizin gücləndirilməsidir və daha yaxşı həyat standartlarının xalqımız üçün təmin edilməsidir”. “Əgər insanlar hökumətin gördüyü işin nəticələrini görürlərsə, gündəlik əsaslarla onların həyat tərzi yaxşılaşırsa, öz ölkəsi ilə fəxr edirlərsə, onda cəmiyyət güclü olur, parçalanmır”. “Milli birlik bizi beynəlxalq səhnədə gücləndirir, bizə bu gün dünyanın üzləşdiyi problemlər haqqında açıq danışmaq, öz mövqeyimizi, beynəlxalq hüququ müdafiə etmək imkanını verir”. “Surətli iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi və enerji əməliyyatlarından əldə edilən gəlirlərin iqtisadiyyatımızın ən vacib sahələrinə istiqamətləndirilməsi prioritetdir. Biz bu yolla davamlı inkişafa nail ola bilərik”. “Cəmiyyətimizdə sosial və siyasi razılığın ən vacib elementlərindən biri multikulturalizmdir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?