Separatçılara qarşı əməliyyatlarda xeyli insan həyatını itirdi
Helikopterlər separatçıları atəşə tuturdu
Ukraynanın şərqində davam edən qarşıdurmada insan tələfatı faktı qeydə alınıb. Xəbərə görə, Ukrayna ordusu separatçılara qarşı keçirdiyi əməliyyatda 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Separatçıların nümayəndəsinin verdiyi məlumata əsasən, Ukrayna ordusu axşamdan etibarən helikopterlərlə onların postlarını atəşə tutub. Slavyanskın müstəqilliyinin tərəfdarları olan bir qrup sakin şəhərdəki körpüyə çıxaraq canlı sipər yaradıblar. Onlar Ukrayna ordusunun əraziyə girməsini istəmirlər.
Ukrayna MN rəsmi açıqlama yaydı
Dünən günün birinci yarısında Ukrayna Müdafiə Nazirliyi ölkənin şərqində baş verən hadisələrlə bağlı rəsmi məlumat yaydı. Nazirlik dünəndən başlayan şiddətli döyüşlərdə 2 ukraynalı hərbi pilot həlak olduğunu bildirib. Döyüşlərdə 10-a yaxın hərbiçinin həlak olduğu bildirilirdi. Separatçılar tərəfindən də itki olduğu bildirilir. Nazirlik separatçıların Ukraynanın 3 ədəd “Mİ8” helikopterinin vurulduğunu da təsdiqləyib. Qeyd edək ki, bir az öncə Ukraynanın daxili işlər naziri Arsen Avakov öz Facebook səhifəsində 1 nəfər pilotun ölməsi barədə xəbər yayıb. Ukraynanın Donetsk şəhərində üzümaskalı naməlum şəxslər Horlivka şəhərində prokurorluq binasını ələ keçirib. Yerli informasiya agentliklərinin yazdıqlarına görə, üzümaskalılar binadan kompyuterləri daşıyırlar. Binanın önündə isə cinayət işləri və prokurorluğa aid digər sənədlərin yandırıldığı tonqal qalanıb. Ötən gün yayılmış məlumatlarda deyilir ki, Donetskdə Rusiya meyilli qüvvələr Donetsk prokurorluğuna hücum edərək binanı ələ keçiriblər. Milislə toqquşma zamanı daş və “Molotov kokteyli”ndən istifadə olunub. Əldə etdiyimiz məlumata görə, 26 nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Tibbi yardım üçün müraciət edənlərdən 4-ü güllə yarası alıb. Hazırda Ukraynada prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turchinov “hökumətin müdafiə qabiliyyətini artırmağa dair ölçülər”lə bağlı fərman imzalayıb. Bu sənəd, əsasən, silahlı qüvvələrin çağırışını yenidən bərpa etməyi nəzərdə tutur. Artıq bir neçə həftədir ki, Ukraynanın cənub-şərqində gərginlik davam edir. Rusiya meyilli qüvvələr burada hökumət binalarını ələ keçirirlər. Bu gərginliyə son qoymaq məqsədilə hökumət “antiterror əməliyyatlara” start verib.
NATO Rusiyanı düşmən adlandırdı
NATO 20 il boyunca Rusiya ilə tərəfdaşlıq əlaqələri qurmağa cəhd edəndən sonra indi Moskvaya rəqib kimi yanaşmağa başlayıb. Belə bəyanatla alyansın baş katibinin müavini, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbou çıxış edib: “Bu həqiqətdir ki, rusiyalılar NATO-nu düşmən elan ediblər, ona görə biz Rusiyaya artıq tərəfdaş kimi yox, düşmən kimi yanaşmalıyıq”. Verşbounun sözlərinə, Rusiyanın Krımı işğalı və onun Ukraynanın şərqindəki qarşıdurmalardan hiyləgərliklə faydalanması NATO ilə Rusiya arasındakı münasibətləri köklü şəkildə dəyişdirib. Dünən günün ortalarında, təxminən saat 13:00-da məlumat yayıldı ki, Ukrayna hərbçiləri anti-terror əməliyyatı çərçivəsində Slavyanskda separtçılarn bütün blok-postlarını darmadağın ediblər. Bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Onun sözlərinə görə, terrorçular və diversantlar hərbçilərə müqavimət göstərməkdən imtina edərək, silahlarını təhvil verməyə hazır olduqlarını bildiriblər.
Jurnalistlər itkin düşür
Ukraynanın Donetsk vilayatində SkyNews və CBS telekanallarının çəkiliş qrupu itkin düşüb. Məluamta görə, bu barədə “Novosti Donbassa”nın jurnalisti xəbər yayıb. Onun sözlərinə görə, telekanalların çəkiliş qrupları Donetsk vilayətinin Konstantinovka şəhərində olarkən onlarla əlaqə kəsilib. Hazırda jurnalistlərlə əlaqə saxlamaq mümkün deyil. Hər iki telekanaldan ümumilikdə 8 nəfər olub. CBS telekanalından Klarisa Uard, Erin Liall, Endi Srevenson, Qiof Mabberley, SkyNews telekanalından isə Stüart Ramzey, Barnabi Qrin, Oleq Malko, Aleksandr Pustovit adlı jurnalistlər itkin düşüb. Hazırda onların tapılması istiqamətində axtarışlar davam edir. Qeyd edək ki, dünən səhər saatlarında Donetsk vilayətində ABŞ-ın “Buzzfeed”qəzetinin əməkdaşı Mayk Ciqlio və onun tərcüməçisi Yelena Qlazunova itkin düşüb. Onlar hələ də tapılmayıb.
Dövlət binaları separatçılardan təmizlənir
Dünən əməliyyatlar sonucu olaraq Ukraynanın Luqansk vilayət Prokurorluğunun binası dinc yolla silahlı separatçılardan geri alındı. Mayın 2-nə keçə gecə uzun sürən danışıqlardan sonra silahlı şəxslər prokurorluq binasını tərk edib. Luqansk Prokurorluğunun mətbuat katibi Marina Bragina hər şeyin sakitliklə həll olunduğunu söyləyib: “Bina gecə uzun sürən danışıqlardan sonra azad edilib. Heç kim zərər çəkməyib. Hazırda orada operativ-istintaq qrupu çalışır. Əməkdaşlar bu gün nahardan sonra işə çıxacaq”. M. Bragina bildirib ki, hələlik binaya daxil olmadığı üçün içəridə rəsmi sənədlərin məhv edilib-edilmədiyini bilmir. Qeyd edək ki, separatçılar aprelin 29-da Luqansk Prokurorluğunun binasını ələ keçirmişdi. Ukraynanın Slavyansk şəhərində separatçılar dəmiryolu nəqliyyatının hərəkətini iflic edib. Slavyansk şəhərində separatçılar qatarların idarə edildiyi mərkəzi ələ keçirib. Separatçılar buradan bütün qatarların hərəkətinə nəzarət edirlər. Onlar relslərin istiqamətini dəyişərək qatarları istədikləri yerə yönləndirirlər. Qeyd edək ki, “Moskva - Mariupol” reysi ilə hərəkət edən sərnişin qatarını da ələ keçirməyə çalışıblar. Bu hadisə səhər saat 8 radələrində baş verib. Belə ki, qatar Slavyansk şəhərində dayanarkən separatçıların hücumuna məruz qalıb. Lakin Ukraynanın bölgədə antiterror əməliyyatları həyata keçirən bölmələri bunun qarşısını alıb. Sərnizşin qatarı yola salınıb, xəsarət alan olmayıb. Onu da bildirək ki, bu gün səhər saatlarından Ukrayna ordusu ölkənin şərq vilayətlərində əməliyyatlara başlayıb.
Rusiyadan xəbərdarlıq – ordudan istifadə faciəyə səbəb olacaq
Rusiyanın xarici işlər nazirliyi Slavyanskda rusiyapərəst yaraqlılara qarşı ordudan istifadənin faciəyə aparacağını bildirib. Xarici işlər nazirliyi Avropa Birliyini də ittiham edib ki, Kiyevdə hakimiyyətə çevrilişlə gələnləri dəstəkləməklə sülh razılaşmasını məhv edir. Xarici işlər nazirliyi Qərbdən tələb edir ki, Ukraynaya münasibətdə destruktiv siyasəti pisləsin. Berlində Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton deyib ki, “separtaçıların tutduğu hökumət binalarının sayının azaldılması həyati əhəmiyyətlidir.”
Naməlum meyidlər tapılır
Ukraynanın şərqində yerləşən Luqansk şəhərində polis idarəsinin qarşısında naməlum kişi meyiti aşkarlanıb. Xarici KİV-lərin verdiyi xəbərə görə, ölən şəxsin kimliyini hələ ki, müəyyən etmək mümkün olmayıb. Ukrayna hüquq-mühafizə orqanlarının verdiyi xəbərə görə, ərazidə dünən axşamdan etibarən silah səsləri eşidilir, tərəflər bir-biri ilə qarşıdurmaya gədərək silah tətbiq edirlər. Polis orqanları şəhərdəki vəziyyətə tam nəzarət edə bilmədiklərini etraf edib və əhalini diqqətli olmağa çağırıb. RÜFƏT
Sorğu
Yeni dizaynımız necədir?