Cinsini dəyişmək, uşaqbazlıq, əxlaqsız dini fətvalar
Sosial şəbəkələrdə “Məşədi Dadaş ” məscidinin imamı Hacı Şahin Həsənlinin sensasion müsahibəsi yayılıb. Cinsiyyətin dəyişməsi ilə bağlı verilən sualı cavablandıran Hacı Şahin Həsənli zərurət olduğu zaman bunun halal olduğunu bildirib. Qeyd edək ki, İslam dininə görə, bu böyük günah sayılır. Qurani-Kərimdə bu haqda bir çox dəlillər var. Quranda Lut qövmünün məhz kişinin kişi ilə yaxınlığına görə məhv edildiyi bildirilir.
Quran bu barədə nə buyurub?
Qurani Kərimdə Lut qövmünün etdiyi çirkin əməllər haqqında Allah Təala bir çox ayələrdə bizə belə xəbər verir: “Lut dedi ki, siz aləmin kişilərinə gəlirsiniz, eləmi? Rəbbinizin sizin üçün yaratdığı zövcələri də tərk edirsiniz? Yox, siz yoldan çıxmış bir tayfasınız! Onlar: “Bax Lut, sən bundan daşınmasan, xeyri yoxdur, sürgün edilənlərdən olarsan!”, – dedilər. Lut dedi: “Mən sizin gördüyünüz bu işə həqiqətən də, nifrət edənlərdənəm (bundan iyrənirəm)”. “Rəbbim! Məni və ailəmi bunların gördükləri işdən uzaq et!”. Biz də onu və bütün ailəsini xilas etdik. Ancaq qoca bir qadın yerdə qalanlar arasındaydı. Digərlərini yerlə-yeksan etdik. Onların üzərinə bir yağmur yağdırdıq. O xəbərdarlıq edilənlərin yağmuru necə də pis idi! Bunda yaxşı bir ibrət var, lakin çoxları yenə də inanmaz. Sənin Rəbbin həqiqətən güclüdür, mərhəmətlidir (Şüəra, 165-175). Lut peyğəmbər qövmünə belə demişdi: “Siz həqiqətən də, o iyrənc işi görürsünüz. Sizdən əvvəl aləmdə heç kəs bu işi görməyib”. “Deməli, indi siz həqiqətən də, kişilərlə yaxınlıq edir, yol kəsir və yığıncaqlarınızda o murdarlıqla məşğul olursunuz?”. Qövmünün cavabı ancaq bu oldu: “Sən əgər doğru danışanlardansa, durma, bizə Allahın əzabını gətir!”. Lut dedi ki, ey Rəbbim, bu fitnə-fəsad törədənlər dəstəsinə qarşı mənə kömək ol! Elçilərimiz İbrahimə o müjdəni verdikləri vaxt: “Biz bu şəhərin xalqını yox edəcəyik; çünki oranın əhalisi zalım kəslərdir”, – dedilər. İbrahim: “Amma orada Lut var”, – dedi. “Biz orada kimin olduğunu çox yaxşı bilirik”, – dedilər. “Onu və ailəsini əlbəttə, xilas edəcəyik. Lakin arvadı yerdə qalacaqlardandır”. Elçilərimiz Lutun yanına gəldikdə, Lutun halı xarablaşdı. Onlara qarşı ürəyi sıxıldı. Ona: “Qorxma, kədərlənmə”, – dedilər. “Çünki biz səni və ailəni xilas edəcəyik. Amma sənin arvadın istisna olmaqla”. “Biz yoldan çıxmaqlarının müqabilində bu şəhərin əhalisinə göydən bir murdarlıq endirəcəyik”, – dedilər. “Biz düşünən bir qövm üçün həqiqətən də, onların açıq-aydın bir sübutunu saxlamışıq (Ənkəbut, 29/28-35)”.
Cinsiyyətin dəyişdirilməsinə Xomeyni və Xamneyinin münasibəti
Bunu ilk dəfə ələ alan Xomeyni olmuşdur. Xomeyni “Təhrir əl Vəsilə” kitabında yazır: “Məsələ 1. “Zahirən kişinin cinsiyyətinin qadına və qadının cinsiyyətinin kişiyə çevrilməsində problem yoxdur və bu qadağan deyildir.” Məsələ 3. “ Əgər qadın ərə gedib,sonra cinsiyyətini dəyişərsə onun nigahı bu andan etibarən ləğv olunur və onun əri də əgər onunla bu əməliyyata qədər cinsi əlaqəyə giribsə mehrin tam verilməsi öhdəliyi durur…” Məsələ 7. “Əgər bacı və qardaş hər ikisi cinsiyyətlərini əks olaraq dəyişiblərsə, bu onların qan qohumluğunu pozmur. Qardaş bacı, bacı isə qardaş olur. Əgər ata tərəfdən əmi cinsini dəyişərsə, o ata tərəfdən bibi olacaqdır və ya əksinə ana tərəfdən dayı olacaqdır. Həmçinin, digərləri də bunun kimi.” Məsələ 8.”Əgər ana cinsiyyətini dəyişərsə, o, oğulun zövcəsinə məhrəm olacaqmı, yoxsa yox? Əgər ata qadın cinsinə keçərsə, o, öz oğlanlarına hətta ana çağırılmasa belə məhrəm olacaqmı? Zahirən bu belədir. Əgər gəlin cinsini dəyişərsə və kişi olarsa, o, öz xalasına məhrəm olacaqmı? Bütün bunlar məntiqdən uzaq deyil”. Cinsiyyəti dəyişdirməyi Xamneyi də caiz bilir.“Əcvibətul istiftat” kitabı ikinci cilddə “Cinsiyyəti dəyişmə” fəslində yazır: Sual: 191: “Bəzi adamların zahirdə kişi olmalarına baxmayaraq, ruhi və psixoloji baxımdan onlar qadın xüsusiyyətlərinə malikdirlər. Onlarda cinsi məsələlərə olan meyllər (homoseksualizm) tamamilə qadınlara uyğun şəkildədir. Əgər onlar öz cinsiyyətlərini dəyişdirməsələr, fəsada və günaha düşmə ehtimalları vardır. Onların cərrahiyyə əməliyyatı ilə müalicə etmək caizdirmi? Cavab: “Onların (homoseksualistlərin) cinsi həqiqətlərini aşkar etmək məqsədi ilə yuxarıda qeyd olunan cərrahiyyə əməliyyatının aparılmasının işkalı (problemi) yoxdur, bu şərtlə ki, bu, haram işə səbəb olmasın və öz ardınca fəsad gətirməsin.” Bunu həmçinin, Muhəmməd Sadiq Ruhani də caiz görmüşdür. Sual: “Kişinin bir səbəb olmadan öz cinsini qadın cinsinə çevirməsi caizmidir? Yəni,onda heç bir fizioloji qüsur yoxdur. Əgər bu icazəlidirsə, onunla evlənmək olarmı? Cavab: “Mən bunun qadağan olmasında heç bir səbəb görmürəm. Onunla evlənmək olar. Çünki ona kimi o, artıq qadın olacaqdır”.
Nəticə
Göründüyü kimi Hacı Şahin Həsənli İslamda haram sayılan bir məsələni halal elan etsə də, tək deyil. O, təqlid etdiyi müctəhidlərinin yolu ilə gedərək, Allahın seçiminə qarşı çıxan cinsiyyət dəyişdirilməsinə haqq qazandırıb. Onu da qeyd edək ki, bir müddət öncə intihar edən Azad LGBT sədri İsa Şahmarlının sevgilisi Reko Hüseynli də Qumda təhsil almışdı. Görünən odur ki, İranda cinsiyyət dəyişikliyi ilə bağlı sərbəstlik çox ciddi fəsadlara yol açmışdır. Fərid M.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?