GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Aynar Məmmədov nazir əmisinin başına dərd açıb - “düymə” basıldı

Aynar Məmmədov nazir əmisinin başına dərd açıb - “düymə” basıldı

Tarix: 10-05-2014, 13:29 Bölmə :Manşet Baxış: 0
Aynar Məmmədov nazir əmisinin başına dərd açıb - “düymə” basıldı
Məmmədovlar imperiyası rəsmən diz çökdürülür, jurnalistin
döyülməsinin ifşası bu klanı bitirir, nazir qardaşı oğluna qəzəblidir;
Elton Məmmədovdan onu cəzalandırmasını tələb edib


Nəqliyyat naziri Ziya Məmmədov bu dəfə jurnalisti döymək sifarişi ilə gündəmə gətirildi. Onun deputat qardaşı Elton Məmmədovun oğlunun “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu döydürməsinin üstü açılması ciddi mətləblərdən xəbər verir.
Etibarlı qaynaqlardan daxil olan xəbərdə qeyd olunur ki, Ziya Məmmədov olduqca qəzəblidir və bu özfəaliyyətə görə qardaşından oğlunun cəzalandırılmasını tələb edib. İlin-günün bu vaxtında, onsuz da Məmmədovlara qarşı kompaniyanın dərinləşdiyi ərəfədə deputat oğlunun onların başına dərd açması yerinə düşməyib.
Z.Məmmədov jurnalistin döyülməsinin ifşa olunmasını ona qarşı olan dairələrin sifarişi hesab edir. Adi vaxtda heç zaman jurnalisti döyənlər nə həbs edilərdi, nə də tapılardı. Amma bu dəfə nazir hədəfə gəldiyi üçün mərkəzi hakimiyyətin iki güclü qanadı birləşərək ona qarşı əməliyyat təşkil edib.
Nazir ötən gün təfsilatını araşdırıb və öyrənib ki, bu məsələ özfəaliyyət dərnəyi olub. Yəni, qardaşı oğlu Aynar Məmmədov heç kəslə məsləhətləşmədən bu qərarı verib ki, jurnalistə bir-iki şillə-təpik vurulsun.
İşin üstünün açılmasından sonra atası Elton Məmmədov onu yanına çağırıb, vəziyyətin dramatik şəkil aldığını dilə gətirib, avtoxuliqanlıqdan sonra bu işin də üzə çıxmasını heç də yaxşı perspektiv vəd etmədiyini söyləyib.
Mənbə qeyd edir ki, Məmmədovların ətrafındakı halqa daralır, onlara qarşı kompaniya daha geniş vüsət alır, rəqibləri müttəfiq olur, siyasi rəhbərlikdə onunla bağlı müzakirələr gedir və “Gündəm xəbər”in yazdıqları təsdiqlənməyə doğru gedir. Gerçəkdən də Ziya Məmmədovun “torbası tikilir” və onun klanı istefaya göndəriləcək.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) jurnalistin döyülməsi faktı ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, mayın 6-sı Nizami Rayon Polis İdarəsi və 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində jurnalisti döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 1990-cı il təvəllüdlü Feyruz Termişi metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tutulub.
Bu cinayətdə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar bir müddət dirəndikdən sonra F.İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər. T.Bayramovun K-1 döyüş növü (“qaydasız döyüş”) üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən T.Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb.
Deyilənə görə, peşəkar döyüşçü vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyevin ətrafında olub. Onun Facebook-da Adil Əliyevlə mehriban pozlarda şəkilləri də var. İddialara görə, T.Bayramov daha sonra Adil Əliyevdən ayrılıb, nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovla dostluq etməyə başlayıb.
Onların birlikdə fotosu da üzə çıxıb. Ümumiyyətlə, 7 may gününü ölçən zaman irəlilədikcə belə bir xəbər gəldi ki, Tural Bayramov bir sıra zənginlər üçün nəzarətində olan idmançıların vasitəsilə sifarişlə adam döymə işlərini təşkil edirmiş. Artıq Tural Bayramov da həbs edilib.
Mənbə qeyd edir ki, Ziya Məmmədov və yaxın ətrafı ilə bağlı gərgin həftələr başlayıb. Çox böyük ehtimalla Ziya Məmmədov və rəhbərlik etdiyi nazirliyin son 3 ildəki fəaliyyəti rəsmi şəkildə dərindən araşdırılacaq.
Mənbənin sözlərinə görə, son bir neçə ay ərzində Ziya Məmmədov, oğlu Anar Məmmədov, deputat qardaşı Elton Məmmədov və onun övladları haqda mətbuata ötürülən kompromatların artması və üstəlik jurnalistin döyən idmançının nəqliyyat nazirinə yaxın çıxmasının operativ aşkarlanması da təsadüfi deyil. Artıq Ziya Məmmədovla bağlı “düymə” basılıb.
Nəqliyyat naziri Ziya Məmmədov və yaxın çevrəsinin təsir dairələri nəinki azaldılır, hətta onların qurduğu iqtisadi və siyasi təsir imperiyasının tamamilə çökdürülməsi də qaçılmaz hala gəlib. Bunun əsas səbəbi isə Ziya Məmmədovun hakimiyyətlə bağlı buraxdığı çox ciddi siyasi səhvdən qaynaqlanır.
Hakimiyyətdə artıq inanırlar ki, Ziya Məmmədov prezident seçkiləri ərəfəsində Rusiyada təşkilatlanmış “Milyarderlər ittifaqı” ilə gizli təmasa keçib. Bir neçə gün əvvəl Ağdaşda səfərdə olan prezident İlham Əliyevin də Ziya Məmmədova sərt irad bildirməsi də yuxarıda söylənilən rəylə əlaqəlidir.
Əgər şəhərdaxili nəqliyyat Hacıbala Abutalıbovun sərəncamına verildisə ,bu dəfəki həmlədə isə Ziya Məmmədov Ramil Usubova məğlub etdirildi. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik olundu.
Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Aynar Məmmədov dindirildi

    Aynar Məmmədov dindirildi ...

    22-05-2014, 10:34

  • 
  • Ziya Məmmədov yeni vəzifə alan qardaşı oğlu ilə POZ VERDİ - FOTO

    Ziya Məmmədov yeni vəzifə alan qardaşı oğlu ilə ...

    27-06-2019, 15:05

  • 
  • Aynar Məmmədov həbs oluna bilər

    Aynar Məmmədov həbs oluna bilər ...

    14-05-2014, 14:57

  • 
  • Ziya Məmmədovun qardaşı oğulları həbs oluna bilər

    Ziya Məmmədovun qardaşı oğulları həbs oluna bilər ...

    5-05-2017, 21:15

  • 
  • Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib

    Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib ...

    15-09-2016, 16:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu