GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ziya Məmmədovun qardaşı oğulları həbs oluna bilər

Ziya Məmmədovun qardaşı oğulları həbs oluna bilər

Tarix: 5-05-2017, 21:15 Bölmə :Siyasət Baxış: 595
Ziya Məmmədovun qardaşı oğulları həbs oluna bilər


Keçmiş əməkdaşımızın döyülməsi sifarişini verən sabiq nazirin yaxınlarına zindanın qapıları açıldı


“Yeni Müsavat” qəzetinin əməkdaşı olaraq döyülən Fərahim İlqaroğlunun (Qasımov Fərahim İlqar oğlu) işi üzrə yenidən araşdırma aparıla bilər. Bu haqda “Yeni Müsavat”a mötəbər mənbədən daxil olan məlumatda bildirilir.


Yada salaq ki, F.İlqaroğlu hazırda Almaniyada mühacirətdədir. Onu “Yeni Müsavat”da çalışdığı günlərdən birində, 25 aprel 2014-cü il tarixdə saat 10 radələrində yaşadığı evin (Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 6) qarşısında naməlum şəxs amansızlıqla döymüş, fiziki təzyiqə məruz qoymuşdu. Həmin zaman avtomobilində açıq qalan kamera (video-qeydedici) bu hadisəni əvvəldən sona qədər çəkmişdi. Çəkilişdən də göründüyü kimi, idmançı görkəmində olan şəxs əvvəlcədən evin qarşısında jurnalisti güdüb, avtomobilinə mindiyi vaxt ona yaxınlaşıb. Guya söhbət etmək istədiyini bildirib və sifətinə zərbələr endirməyə başlayıb. Daha sonra jurnalisti idman fəndi ilə yerə yıxıb qarın və baş nahiyəsinə zərbələr endirib. Bir neçə saniyə sonra daha bir naməlum şəxs həmin adamı hadisə yerindən uzaqlaşdırır. Sonradan hadisənin videogörüntüsü istintaqa verilmiş, o cümlədən də internet səhifələrinə və sosial paylaşım şəbəkələrinə yerləşdirilib.

Image result for Feyruz Termişi


Az sonra Nizami Rayon Polis İdarəsi əməkdaşları jurnalisti döyən Feyruz Termişi tutub. F.İlqaroğlu ilə üzləşən zaman etiraf edib ki, jurnalistin döyülməsi sifarişini Kikboksinq Federasiyasının keçmiş idmançısı Tural Bayramovdan alıb. Bu şəxsin isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədovun oğlu Aynar və Elnur Məmmədovlarla çox sıx əlaqələri üzə çıxmışdı. Tural Bayramov Məmmədovların idman təşkilatı adı altında fəaliyyət göstərən qanunsuz dəstəsində qərarlaşan şəxslərdən idi. O dövrdə sifarişi icra edən Feyruz Termişi saxlanılsa da, Tural Bayramov və əsas sifarişçi Aynar Məmmədov istintaqdan kənar qala bilmişdilər. Səbəb də sadə idi - Aynar Məmmədovun əmisi Ziya Məmmədov nazir, atası isə deputat idi. Tural Bayramov da iş üzrə açar fiqur olduğundan onu da istintaqdan yayındırmışdılar. Bu haqda həmin dövrdə mətbuatda geniş yazılar dərc olunmuşdu. Həmin yazılardan biri ilə də bu linkə http://musavat.com/news/gundem/ziya-memmedovun-etrafindakilar-choxdan-hebsde-olmaliydi_194643.html keçid etməklə tanış ola bilərsiniz.

Image result for Feyruz Termişi

Hazırda Z.Məmmədov vəzifədə deyil, E.Məmmədov da mandatsızdır. Məmmədovların əllərində istintaqa təsir edəcək rıçaqlar demək olar ki, qalmayıb. Bu baxımdan, jurnalistin döyülməsi, fiziki zorakılığa məruz qalması faktının gec də olsa araşdırılması üçün şərait yaranıb. Qalır bircə cinayət işini təzələyib jurnalistə qarşı zorakılığı sifariş etmiş şəxslərin cəzalandırılması.

E.MƏMMƏDƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aynar Məmmədov dindirildi

    Aynar Məmmədov dindirildi ...

    22-05-2014, 10:34

  • 
  • Aynar Məmmədov həbs oluna bilər

    Aynar Məmmədov həbs oluna bilər ...

    14-05-2014, 14:57

  • 
  • Ana və qızı yaşadığı evin qarşısında bıçaqlandı (VİDEO)

    Ana və qızı yaşadığı evin qarşısında bıçaqlandı ...

    11-02-2014, 01:37

  • 
  • Ziya Məmmədov və qardaşının adı hallandığı məhkəmədən reportaj - FOTOLAR

    Ziya Məmmədov və qardaşının adı hallandığı ...

    9-10-2014, 03:40

  • 
  • "İsmayıllı işi"nin məhkəməsi başlandı (Yenilənib)

    "İsmayıllı işi"nin məhkəməsi başlandı ...

    8-01-2014, 12:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu