GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şeyxdən Elşad İsgəndərova ağır zərbə

Şeyxdən Elşad İsgəndərova ağır zərbə

Tarix: 15-05-2014, 10:27 Bölmə :Manşet Baxış: 0
Şeyxdən Elşad İsgəndərova ağır zərbə
Dini komitə rəhbərinin “vurulmasında” QMİ sədrinin rolunun olduğu iddia edilir,
Paşazadə nurçu və vəhhabi mövzusunda yenidən danışmaqla eyham vurdu


“Elşad İsgəndərovun vəzifədən alınmasında Şeyxin rolu olub. Şeyxlə onun münasibətləri gərgin idi. İsgəndərov komitəyə rəhbərlik etdiyi dövrdə Paşazadə ilə yola getməyib. Hətta ona problem yaratmağa çalışıb.
Bundan əlavə, İsgəndərovun vəhhabilərə münasibətdə tolerant və loyal davranışı Şeyxin xoşuna gəlməyib. Təbii ki, böyük təcrübəyə və əlaqələrə malik olan Paşazadə üçün bu gənci əzmək çətin iş olmayıb”.
Bu sözləri “Gündəm-xəbər”ə deyən mənbə iddia edir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Elşad İsgəndərov arasında toqquşmalar yaşanıb. Tərəflərin çəkişməsində uduzan tərəf sabiq komitə sədri olub. Mənbə qeyd edir ki, vəhhabilər məsələsində anlaşılmazlıq Şeyxi qəzəbləndirib və məsələ ciddi şəkildə müzakirə olunub.
Elşad İsgəndərovun vəhhabilərə geniş əl-qol açma imkanları yaratdığı bəzi dairələrə çatdırılıb. Bu da İsgəndərovun vəzifədən uzaqlaşdırılması ilə nəticələnib. Şeyx mərkəzi hakimiyyətə nümayiş etdirib ki, o haqlıdır və qətiyyən bu adam komitəyə rəhbərlik edə bilməz. Elşad İsgəndərov isə nurçuluq məsələsinə görə işdən azad olunmadığını gözəl bilir. Burada vəhhabi faktoru böyük rol oynayıb. Maraqlıdır ki, Şeyx də Suriyaya gedənlərlə bağlı danışıb.
“Axundlar, imamlar islamı elə çatdırmalıdırlar ki, heç bir təfriqə olmasın”. Bunu QMİ sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, Azərbaycanın bütövlüyü və dövlətçilik hər şeydən önəmlidir: “İstər vəhhabi, istər nurçu, istər digər cərəyanlar olsun, dövlətçiliyə qarşı mübarizə aparanlara qarşı amansızlıqla mübarizə aparacağıq. Burada səfirlər də var, mən mövqeyimi açıq deyirəm. Azərbaycan dövlətçiliyi bizim üçün ən önəmlisidir”.
A.Paşazadə xatırladıb ki, 33 ildir şeyxülislamdır: “Mən təkmilləşdirmə kursundakı insanlara öz övladlarım kimi baxıram. Onları Azərbaycan dövlətçiliyinə, həqiqi islama xidmət edən insanlar kimi görmək istəyirəm”.
Amma hakimiyyətin siyasi kursundakı dəyişikliklər təkcə nurçuların, medianın iddia etdiyi kimi, “Ərdoğanın siyahısı” ilə təmizlənməsi ilə yekunlaşmır. Buna paralel olaraq daha diqqətçəkən proseslər baş verməkdədir ki, onların təhlili hakimiyyətin əslində daha ciddi dəyişikliklərə hazırlaşdığının anonsu sayıla bilər.
Yəni iqtidar prosesin birmənalı olaraq nə nurçular, nə rusiyapərəstlər, nə də çox şişmiş məmurlardan can qurtarmaq kimi izah edilməsini arzulamır. Məsələn, gənc kadrların işdən çıxarılmasının “köhnə qvardiyanın” qalibiyyəti kimi qələmə verilməsinin qarşısını almaq üçün “vurulanlar” işsiz qoyulmur.
Maraqlıdır ki, istefasında dərhal sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov təyinat aldı.
O, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş katibi təyin edilib. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) İstanbuldakı Baş Qərargahından verilən məlumata görə, Elşad İskəndərov yenidən bu beynəlxalq qurumun Baş katibi vəzifəsinə seçilib.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan Forumun İdarə heyətinin bu barədə müvafiq qərarını DƏ İKGF-nin Prezidenti Əli Sarıkaya 6 may 2014-cü il tarixində imzalayıb. Qərarda həmçinin Elşad İskəndərova Forumun Baş katibi vəzifəsi ilə yanaşı, qurumun bu il keçiriləcək Baş Assambleyasının Təşkilat Komitəsinə başçılıq etmək də həvalə edilib.
E.İskəndərov 2012-2014 cü illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduğu dövrdə Forumun Baş katibi vəzifəsinin icrasını dayandırıb. Qeyd edək ki, İƏT-nin 57 üzv ölkəsindən 41-nin təmsil olunduğu Forum beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir.
Qurumun Baş Qərargahı Türkiyədə, Avrasiya Regional Mərkəzi isə Azərbaycanda diplomatik təsisat kimi akkreditasiyadan keçib. İKGF-nin Prezidenti Əli Sarıkaya isə həm də Türkiyə Baş nazirinin müşaviri vəzifəsində çalışır.
RAFİQ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Elşad İskəndərovun postu uğrunda savaş

    Elşad İskəndərovun postu uğrunda savaş ...

    27-05-2014, 10:23

  • 
  • Allahşükür Paşazadə: "Dövlətimiz dövlət-din münasibətlərinə xüsusi önəm verir"

    Allahşükür Paşazadə: "Dövlətimiz dövlət-din ...

    25-11-2016, 13:04

  • 
  • Şeyxdən dindarlara seçkilərlə bağlı - Xəbərdarlıq

    Şeyxdən dindarlara seçkilərlə bağlı - Xəbərdarlıq ...

    8-07-2013, 16:30

  • 
  • Şeyx Düşənbəyə səfərə gedir

    Şeyx Düşənbəyə səfərə gedir ...

    20-07-2015, 09:49

  • 
  • “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – Paşazadə ətrafında qara buludlar

    “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – ...

    21-09-2017, 11:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu