GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanın Avropa Şurasında sədrliyi ölkə daxilində nəyi dəyişəcək?

Azərbaycanın Avropa Şurasında sədrliyi ölkə daxilində nəyi dəyişəcək?

Tarix: 16-05-2014, 10:29 Bölmə :Manşet Baxış: 0
Azərbaycanın Avropa Şurasında sədrliyi ölkə daxilində nəyi dəyişəcək?
İsa Qəmbər: "İlk növbədə siyasi məhbuslar qeyd-şərhsiz azad olunmalıdır"
İqbal Ağazadə: "Ən mühüm məsələ siyasi məhbusların böyük bir qisminin həbsdən azad olunması olacaq"
Fazil Mustafa: "Bu istiqamətdə hələlik ümidverici dəyişiklik görmürəm"
Zahid Oruc: "Arzulayırıq ki, ölkə daxili məsələlər xarici məkanlarda həll olunacaq məsələ olmasın"
Asim Mollazadə: ''Bütün hallarda Avropanın bu kimi qurumları ilə əməkdaşlıq müvafiq islahatlara və inkişafa təkan verəcək"


Azərbaycan dünəndən etibarən Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi həyata keçirməyə başlayıb. 6 ay ərzində bu postu məhz Azərbaycan icra edəcək. Qeyd edək ki, Azərbaycan birinci dəfədir ki, Avropa Şurasında bu mühüm postu icra edir. Heç şübhəsiz bir sıra dairələr Azərbaycanın həmin posta rəhbərlik etdiyi dövrdə ölkə daxilində mövcud olan bir sıra fundamental azadlıqlarla bağlı problemlərin həlli istiqamətində müəyyən irəliləyişlərin olacağını güman edirlər. Azərbaycanda siyasi məhbus problemi hələ də həll olunmamış qalır. Demokratiya sahəsində də ciddi qüsurlar var, insanların sərbəst toplaşma azadlığına əməl edilmir. İqtidar müxalifət münasibətləri də sivil müstəvidə deyil. Azərbaycanda məhz ölkə daxilində belə bir vəziyyətin hökm sürdüyü şəraitdə Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi icra edəcək.
Görəsən, Azərbaycanın sözügedən qurumda sədrliyi daxildə demokratiya, siyasi məhbus məsələlərinə və iqtidar müxalifət münasibətlərinə nə kimi töhvə verə bilər?
Müsavat Partiyasının başqanı İsa Qəmbər bizimlə söhbətində dedi ki, insan haqları və siyasi məhbusların azad edilməsi məsələsində hakimiyyət irəliyə doğru addım atmasa, bu onun qurumdakı sədrliyinə heç də başucalığı gətirməyəcək: "Azərbaycanın Avropa Şurası təşkilatında sədrliyi bilirsiniz ki, prosedur xarakteri daşıyır. Rotasiya və növbə əsasında baş verir. Bu baxımdan təəssüf ki, sədrlik ölkələrin demokratik baxışlarına, öhdəlikləri yerinə yetirmə səviyyəsi və miqyasına görə deyil, sadəcə növbəlik əsasında dəyişir. Təbii ki, bu da bir sıra suallar yaradır. Hansı ki, bu suallar təşkilatın təmsilçiləri tərəfindən də ifadə olunur. Bu suallar Avropa Şurasının məsul şəxslərinin dilindən də səslənir. Azərbaycan cəmiyyətində də belə suallar var. Müsavat Partiyası olaraq hesab edirik ki, həmin vəzifəni icra etməyə başlayan Azərbaycan hakimiyyəti ölkədə bir sıra addımlar atmalıdır. Avropa Şurası, digər beynəlxalq təşkilatlar qarşısında könüllü şəkildə qəbul etdiyi öhdəlikləri həyata keçirməlidirlər. İlk növbədə siyasi məhbuslar qeyd-şərhsiz azad olunmalıdır. Eyni zamanda, digər məsələlər üzrə öhdəliklər də yerinə yetirilməlidir. İnsan hüquqlarının genişləndirilməsi, normal azad və ədalətli seçkilərin keçirilməsi, media, vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi partiyalara normal fəaliyyət üçün şəraitin yaradılması və s. istiqamətdə Azərbaycan hakimiyyəti konkret addımlar atmalıdır. Bu addımlar atılmayacağı təqdirdə, Müsavat Partiyası və digər gerçək müxalifət qüvvələrinin həmin məsələyə münasibəti aydın şəkildə bir daha ortaya qoyulacaq və beynəlxalq təşkilatlarda prosedur naminə olsa da, demokratik dəyərlərə qayğı ilə yanaşmayan hakimiyyətlərin bu tip təşkilatlarda sədrlik etməsi məsələsinin yenidən gündəmə gəlməsi qaçılmaz olacaq".
Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə siyasi məhbusların azad edilməsi məsələsinə ölkəmizin quruma sədrlik etməsinin töhvə verəcəyi qənaətindədir: "Düşünürəm ki, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi dönəmində ölkəmizə töhvə verə biləcəyi ən mühüm məsələ siyasi məhbusların böyük bir qisminin həbsdən azad olunması olacaq. Bunu gözləyirəm və hesab edirəm ki, ancaq bu istiqamətdə ciddi dəyişikliklər olacaq. İqtidar müxalifət münasibətləri, demokratik təsisatların inkişafı məsələsində isə Azərbaycanın quruma sədrlik etməsi ilə də hansısa bir dəyilikliyin olacağını güman etmirəm. Bu məqam hazırda postsovet ölkələri coğrafiyasında prioritet məsələ deyil. Postsovet məkanında ümumiyyətlə prioritetlər tez-tez dəyişir. Belə vəziyyət isə regionun iri dövləti olaraq bilavasitə Rusiyanın maraqları və prosesə yanaşmasından asılıdır. Bu gün Rusiya demokratik prosesləri radikal müstəviyə sürükləyib və təhlükəsizlik məsələsi bizim coğrafiyada daha önəmli yer tutur".
Millət vəkili Fazil Mustafa Azərbaycanın quruma sədrliyinin sözügedən sahələrdə irəliləyişlərə gətirib çıxaracağına ümid etmir: "Təəssüf ki, Azərbaycanda insan haqları, demokratiya sahəsində hələ ki, hansısa bir irəliləyiş müşahidə olunmur. Əslində bu dönəmdə ictimai-siyasi fəaliyyətlə məşğul olan müəyyən adamların da həbs olunması göstərir ki, ölkəmizin Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi müddətində də tamamilə başqa tendensiya gedir. İstərdik ki, ölkə daxilində mövcud olan bu tendensiya dayansın və Avropa məkanında Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlər daha çox gündəmə gəlsin. Amma belə məsələlərin müzakirəsi Azərbaycan üçün faydalı heç nə vəd etmir. Bu istiqamətdə hələlik ümidverici dəyişiklik görmürəm. Ölkəmizin 6 ay ərzində quruma sədrliyi dövründə də bu istiqamətdə müsbət irəliləyişin olacağını gözləmirəm. Hadisələr bunun əksini göstərir. Amma hər halda ümid edirik. Özümüz də maraqlıyıq ki, Avropada ancaq Qarabağ məsələsini gündəmə gətirək".
Millət vəkili Zahid Oruc isə istəyir ki, ölkə daxili məsələlər xarici məkanda həll olunmasın: "Avropa Şurasına üzv olmağımızdan ötən dövr ərzində ölkəmiz bu qurumda geniş iş təcrübəsi, mühüm əlaqələr, xarici siyasət məsələlərinə daha yaxından bağlılıq imkanları əldə edib. Ona görə də quruma sədrlik səlahiyyətinə sahib olmağımız ölkə içində belə əlahiddə məsələyə çevrilmir. Sanki normal hadisə kimi qəbul olunur. Bilirsiniz ki, bu bir prosedur məsələsidir. Əminəm ki, ölkəmiz bu tribunadan istifadə etməklə mühüm planlarını həyata keçirmək cəhdlərini ortaya qoyacaq. Faktdır ki, ölkəmiz regional miqyasda problemlərin həllinə müdaxilədən çoxdan çıxıb və indi mühüm beynəlxalq məsələlər də bu və ya digər formada Azərbaycandan keçə bilir. Qarabağ Alt Komitəsinin işini hərəkətə gətirmək, o cümlədən, Sərsəng su anbarı ilə bağlı məsələni də orada qoymaqla prosesi ermənilər əleyhinə daha çox çevirmək üçün geniş imkanlar qazanırıq. Əlbəttə nəzərə almalıyıq ki, bütün bunlar ümumi prosesləri hərəkətə gətirmək üçündür. Orada səsi müəyyənləşdirən başqa dövlətlər var. Ancaq təbii ki, sədrlik də müəyyən imkanlar açır. Həmin əlaqələr fonunda müxtəlif məsələləri orada qaldırmaq üçün istifadə edə biləcəyik. Ölkə daxili məsələlərə gələndə isə, arzulayırıq ki, həmin məsələlər xarici məkanlarda həll olunacaq məsələ olmasın. Daha artıq dərəcədə ölkədə hansısa bir konsensus tapılsın, problemlərin həlli üçün imkanlar aransın. Ona görə də düşünürəm ki, ilk növbədə xarici maraqlar baxımından həmin tribunadan faydalanacağıq".
Millət vəkili Asim Mollazadə isə bildirdi ki, qurumla sıx əməkdaşlıq fonunda problemlər də öz həllini tapacaq: "Azərbaycan Avropa Şurası münasibətləri ölkəmizin Avropa dəyərləri istiqamətində inkişaf etməsinə xidmət edir. Azərbaycanın Avropa Şurasında sədrliyini bu mənada müsbət hal kimi qiymətləndirirəm. Bu Azərbaycanın Avropanın nüfuzlu təşkilatı ilə əməkdaşlığının daha da artmasına xidmət edəcək. Təbii olaraq bütün postsovet ölkələrində demokratiya və insan hüquqları ilə bağlı müvafiq problemlər mövcuddur. Bütün hallarda Avropanın bu kimi qurumları ilə əməkdaşlıq müvafiq islahatlara və inkişafa təkan verəcək. Sadəcə olaraq, burada bəzi məqamlar da var. Demokratiya, insan hüquqları məsələsi Azərbaycan, Gürcüstan və Ukraynaya qarşı, onların Avropaya inteqrasiyasının qarşısını almaq üçün bəzi qüvvələr tərəfindən istifadə olunur. Dəfələrlə bunun şahidi olmuşuq. Avropada yerləşən güclü erməni diasporası da bu məqamları hər zaman gündəmə gətirir. Ermənistanda prezidentliyə namizədə güllə atılır, amma bu müzakirə mövzusu olmur. Lakin Gürcüstan və Ukraynada buna bənzər hadisələr ciddi təzyiq vasitəsinə çevrilir. Hər bir məsələ və problem ciddi araşdırılmalı və onların həlli yolları tapılmalıdır. Əminəm ki, Avropa Şurası ilə əməkdaşlığımız bu kimi problemlərin həllinə öz müsbət töhvəsini verəcək".
Rüfət SULTAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Avropa Şurasında sədrliyə qədər siyasi məhbuslar buraxılmalıdır”

    “Avropa Şurasında sədrliyə qədər siyasi məhbuslar ...

    24-01-2014, 08:33

  • 
  • “Azərbaycanla problemlərin bu ayın sonunadək həll ediləcəyini gözləyirik” – Avropa Şurası

    “Azərbaycanla problemlərin bu ayın sonunadək həll ...

    2-11-2017, 14:48

  • 
  • Britaniya Avropa Şurasında sədrlikdən imtina edəcək

    Britaniya Avropa Şurasında sədrlikdən imtina ...

    20-07-2016, 17:55

  • 
  • Mehman Əliyevin həbsi Azərbaycana təzyiqləri artırıb

    Mehman Əliyevin həbsi Azərbaycana təzyiqləri ...

    10-09-2017, 00:11

  • 
  • Azərbaycandan Avropa Şurasına müraciət yollandı

    Azərbaycandan Avropa Şurasına müraciət yollandı ...

    10-04-2014, 10:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu