Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə yas çadırlarının yığışdırılması təklifi ilə çıxış edib. Mövqeyini də onunla əsaslandırmağa çalışıb ki, burada insanların səs-küyü, danışıqları dini ayinlərin icrasına maneə olur. Qeyd edək ki, Azərbaycanda yas mərasimləri kənd yerlərində əsasən yas yiyəsinin evində təşkil olunur. Amma şəhər məkanında bu mümkün olmadığından, yas mərasimləri üçün həm çadırlardan həm də məsasim evlərindən istifadə edilir. Bu biznes sahələri isə ayrı-ayrı şəxslərə məxsusdur. Deyilənə görə, mərasim evlərinə nəzarəti əsasən Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir. Yas çadırlarının təşkili ilə isə bəzi kiçik sahibkarlar məşğuldur. Əhalinin əsas hissəsi aşağı həddə yaşadığından mərasim evləri onların cibləri xaricindədir. Çünki burada mövcud olan qiymətlər az qala toy mərasimlərində hökm sürən qiymətlərə bərabər olur. Ona görə də, əksər sakinlər yaxınlarının yas mərasimlərini vermək üçün məhz çadırlara müraciət edirlər. Xidmət məsələsinə gəldikdə isə, burada hər hansı bir fərq müşahidə olunmur. A. Paşazadə mövqeyini onunla əsaslandırmağa çalışıb ki, burada insanların səs-küyü, danışıqları dini ayinlərin icrasına maneə olur. Bu məqamın özü də onu göstərir ki, Paşazadənin dediklərində həqiqət yoxdur. Təəssüflə qeyd etməliyik ki, şeyxin iqamətgahı yanında fəaliyyət göstərən mərasim zallarında danışıqlar, Quran ayələrinə fikir verməmək, axundun sözünü kəsmək kimi hallar daha tez-tez təkrarlanır, nəinki yas çadırlarında. Bu mənada Şeyxin yas çadırları ilə bağlı səsləndirdiyi fikir açıq görünür ki, heç də xoş niyyətdən qaynaqlanmır. Bu düşüncə tərzi əslində həmin biznesin bütünlüklə özünə yaxın dairələrin əlində cəmlənməsinə hesablanmış addım təəssüratı oyadır. Dəfələrlə mətbuatda vurğulanıb ki, yas mərasimi zalları haqqında söhbət açdığımız adama yaxın insanlar tərəfindən idarə olunur. Əhali isə ucuz başa gəldiyindən yas mərasimlərini yola vermək üçün əsasən çadırlara üz tutur. Bu isə görünür, biznes maraqlarından çıxış edən idarə rəhbərinin mənafeyinə uyğun gəlməyib. Ona görə də, əsassız bəhanələrlə yas şadırlarının yığışdırılması məsələsini gündəmə gətirir. Əslində isə, şeyx ilk öncə fikrini mərasimləri aparan tabeliyindəki mollaların özlərini necə aparmaları və Quranı neçə təbliğ etmələrinə yönəltməlidir. Onlar prosesi idarə edə bilmədiklərinin və bir çox hallarda acgözlüklərinin nəticəsidir ki, yas mərasimləri bəzən insanların yersiz danışıq meydanına çevrilir. Həsən İSLAMOV
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?