“Azərbaycanda adam oğurluğu ilə bağlı 3 milyondan çox məbləğ olmayıb”
Hazırda Fransada mühacirətdə olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hüquq elmləri doktoru Elşad Abdullayev “Amerikanın Səsi”nə “Skype” vasitəsi ilə müsahibə verib. Müsahibə şok açıqlamalarla müşahidə olunur. Hüquq doktoru Azərbaycanda insan oğrularının indi də rahat və cəzasızlıq şəraitində yaşadığını deyib. Elşad Abdullayev “Sizin Ramiz Mehdiyevin əleyhinə olan qrupun adamı olmanız barədə də söhbətlər gəzir?” sualına da cavab verib. O, habelə qardaşı Mahir Abdullayevin oğurlanması işi üzrə aradan götürülən 8 əsas şahidin adını sadalayır və deyir ki, yeni şok videolar yayacaq. Müsahibədən sitatları təqdim edirik: - Müstəqil İstintaq Komissiyasının işindən narazıyam. Ramiz Mehdiyev, Səyavuş Novruzov qardaşımın oğurlanması məsələsini siyasi müstəviyə keçirməklə istintaqın obyektiv araşdırmasına təzyiq edir; - Prokurorluq artıq 10-cu ildir ki, qardaşımın oğurlanması faktı ilə bağlı günahkarların deyil, zərərçəkmişin üzərinə gəlir; - Dördüncü İdarə Ramiz Mehdiyevə tabedir. İndiyədək 8 əsas şahid aradan götürülüb. Sonuncu qurban Sevinc Babayeva oldu; - Ölkə daxilində və xaricdə adam zəhərləyən “aşpazlar” saxlayırlar. Belə adamlar Fransada da var. Bu adamların bir çoxu əslən İğdırdandır. Onlardan biri Əliheydər Ağayev Azərbaycanın Strasburqdakı konsulluğunun aşpazı çıxdı. Qanunsuz əməllərinə görə, Fransa onu 80 min avro cərimə edərək ölkədən deportasiya edib. Bir çox belə adamları isə geri qaytarıblar. Onlar deyirlər Strasburqa gəzintiyə gəlmişik; - Bandit dəstələrinin subyektləri özlərini çox rahat, toxunulmaz hiss edir. Sanki “konstitusion borc”larını yerinə yetirirlər. Bu bandit dəstəsi bir-birinin övladlarını, hətta qızlarını oğurlayıb. Oğurlananlardan birini Bakı Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyev Şamaxıda azad etmişdi; - Zahid Dünyamalıyev mənə dedi ki, Azərbaycanda adam oğurluğu ilə bağlı 3 milyondan çox məbləğ olmayıb. O, 3 milyona bu işi qurtaracağını və sonra istefa verəcəyini bildirdi. 3 milyondan sonra daha 10 milyon tələb etdilər… O, işin düzəlməməsindən çox həyəcanlanırdı, Ramiz Mehdiyevlə danışıq aparırdı. General Zahid Dünyamalıyev də Sevinc Babayeva sayağı qətlə yetirildi; - Arzu Kazımovun adam oğurluğu ofisi Hacı Zakirin qızını da oğurlatmışdı. O, qızını “vor zakonları”ın əli ilə Masallıdan tapdı. Sonradan Hacı Zakiri də aradan götürdülər”; - Məndə 2003-2010-cu illərin video görüntüləri var ki, deyirlər Mahir Abdullayevi yaxından görüblər. Yaxın günlərdə o videoları yayacağıq; - Videoların hamısını Avropa Məhkəməsinə təqdim etmişəm. Yeri gəldikcə, videoları mediada yayımlayacağıq; - Azərbaycan Cinayət Prosessual qanunvericiliyinə görə Ramiz Mehdiyev 44 il oturduğu vəzifə stolundan müvəqqəti uzaqlaşdırılmalıdır. İkincisi qanun tələb edir ki, 65 yaşında pensiyaya çıxıb, istefa verməlisən. 44 ildir bir vəzifədə oturursan, 80-ə yaxın yaşın var. Ramiz Mehdiyev müstəqil istintaq komissiyasının işinə mane olur, vəzifə mövqeyindən sui-istifadə edir; - Ramiz Mehdiyevin qızının həyat yoldaşı biznesmen-deputat Ilham Əliyevə dedim ki, get qayınatana de ki, əgər qardaşımın qaytarılmasına kömək etməsə, universitetin məndən alınıb Sizin qardaşınıza verilməsi iddiasından əl çəkməsə, Azərbaycan vətəndaşlığından imtina edəcəm. Mən həm də Ramiz Mehdiyevin ağır durumunda onun qızının yoldaşının elmi rəhbəri və müəllimi olmuşam.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?