GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ağdamda təhsil korrupsiyası

Ağdamda təhsil korrupsiyası

Tarix: 15-01-2013, 10:48 Bölmə :Manşet Baxış: 1 674
Ağdamda təhsil korrupsiyası

Elmira Şükürova Cavid Qurbanovun himayəsində,
ortada isə dəhşətli yeyinti və ciddi cinayət əməlləri var


Ötən sayımızda Ağdam Rayon Təhsil Şöbəsində (RTŞ) və onun rəhbəri Elmira Şükürova haqda yazı dərc etmişdik. Apardığımız araşdırmalar zamanı redaksiyamıza daxıil olan məlumatların bir hissəsini də dəqiqləşdirməyə nail olduq. Çox ciddi korrupsiya və maliyyə maxinasiyasından bəhs edən həmin məlumatları diqqətinizə çatdırırıq.
İlk öncə onu qeyd edək ki, Elmira Şükürova əslən Kəlbəcər rayonundandır və bu rayonun keçmiş icra başçısı Əvəz Şükürovun qızıdır. Ə.Şükürov 1993-cü ilin iyun qiyamında Surət Hüseynovun yaxın adamlarından biri olmuşdu. Elmira xanımın “Azəryolservis” rəhbəri Cavid Qurbanovla qohumluq əlaqələrinin olduğu deyilir. Rayon təhsil şefinin korrupsiyalarının bu vaxta qədər cəzasız qalmasında da məhz Cavid Qurbanov faktorunun ciddi rol oynadığı bildirilir. Söhbət isə rəsmən təsdiqlənmiş, yəni Maliyyə Nazirliyinin yoxlaması zamanı üzə çıxan yeyintilərdən gedir.
Aldığımız məlumata görə, Ağdam Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən Maliyyə Nazirliyinin yoxlayıcıları rayonun təhsil müəssisələrində kompleks yoxlamalar aparıb. 2009-2010-cu dərs illərini əhatə edən yoxlamalar zamanı ciddi qanun pozuntuları və korrupsiya faktları aşkarlanıb. Bu məsələ ilə bağlı redaksiyamıza daxil olan xəbərdə deyilir ki, rayonun təhsil şöbəsinin müdiri sənədləri saxtalaşdırmaqla, yalan məlumatlar daxil etməklə köçkün məktəblərinə ayrılan külli miqdarda büdcə vəsaitini mənimsəyib. Mənimsəmə və korrupsiya əməliyyatlarında şöbə müdirindən başqa bütöv bir şəbəkənin razılaşdırılmış fəaliyyət göstərdiyi də aydınlaşdırılıb. Maliyyə Nazirliyinin mütəxəssisləri 2010-cu ilin təkcə 1 ayı ərzində büdcədən Ağdamın təhsil şöbəsinə ayrılan pullardan 4 milyon 961 min 61 manat 80 qəpiyin mənimsənildiyini müəyyən ediblər. 43 və 141 saylı ibtidai məktəb jurnallarında adları qeyd edilmiş şagirdlərin faktiki olaraq digər məktəblərdə təhsil alması, fəaliyyəti dayandırılan məktəblərə 14 min 359 manat 98 qəpik ayrılaraq mənimsənilməsi məlum olub. Qanunsuzluqlar bununla bitməyib. Dördyol deyilən yaşayış massivindəki 82 saylı məktəbdə araşdırma aparılarkən həmin ərazidə fəaliyyət göstərən texniki fənlər təmayüllü məktəb-liseyin 1-8 sinif jurnallarına yazılmış və saxta məlumatlar əsasında ikinci məktəb açılmışdı. Bu fakt araşdırıldıqdan sonra da həmin məktəb bağlanmamış və korrupsiya fəaliyyətinin davam etdirilməsinə şərait yaradılıb. Şagird sayı çox göstərilərək açılan Tərtərin Köçərli kəndində fəaliyyət göstərən 8 saylı orta məktəbdə Gəncə Yüngül Sənaye Texnikumunu bitirən Qəmbərova Ema Məmmədağa qızının ibtidai sinif, Azərbaycan Birlik Cəmiyyəti “Sənət” Tədris Kommersiya Mərkəzinin 6 aylıq kursunu dinləmiş Atakişiyeva Həvva Məcid qızının isə sinif müəlliməsi vəzifələrinə təyin edilməsi aydın olub. Digər sahələrin mütəxəssisləri olan 34 nəfər psixoloq vəzifəsinə təyin edilib və bu şəxslərə dövlət büdcəsindən 92 min 802 manat 70 qəpik əməkhaqqı ayrılaraq mənimsənilib.
Şagird kontingenti zəif olan orta məktəblərdə komplektləşdirmə qaydasından istifadə edilib və bu yolla 10 min 744 manat 80 qəpik vəsait silinib. Digər məktəbdən isə 73 min 744 manat 80 qəpik yeyinti aşkarlanıb. Yoxlama zamanı 14 nəfərin adına qanunsuz olaraq dərs yazılması və bu yolla 77 min manat mənimsənilməsi də üzə çıxıb. Hətta araşdırma zamanı məlum olub ki, rayon təhsil şöbəsinin müdirəsi Elmira Şükürova hər ay Ağdamın 151 məktəbinin direktorunun hər birindən müxtəlif adlar altında 100 manat yığır. Təkcə bu əməliyyatdan E.Şükürova ayda 15 min 100 manat əldə edir.
Maliyyə Nazirliyinin rayonda apardığı yoxlamalardan və ortaya çıxan qanunsuzluqdan Samir Şərifovun birbaşa xəbəri olub və o, ölçü götürülməsi üçün göstəriş verib. Lakin “Azəravtoyolservis” ASC-nin sədri Cavid Qurbanovla yaxın qohumluq əlaqələrindən istifadə edən E. Şükürova onun vasitəsilə nəqliyyat naziri Ziya Məmmədova müraciət edib. Xahiş edib ki, Maliyyə Nazirliyinin yoxlamalarının nəticələri barədə prokurorluğa məlumat verilməsinin qarşısını alsın. Amma maxinasiyalar bununla bitməyib. Növbəti yazımızda mövzunu davam etdirəcəyik.
Tahir Sarıyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağdamda təhsil korrupsiyası

    Ağdamda təhsil korrupsiyası ...

    16-01-2013, 10:05

  • 
  • Elmira Şükürovanın daha bir korrupsiyası

    Elmira Şükürovanın daha bir korrupsiyası ...

    31-10-2013, 21:43

  • 
  • Nizami Sadiqov - Elmira Şükürova işbirliyi

    Nizami Sadiqov - Elmira Şükürova işbirliyi ...

    15-03-2013, 10:46

  • 
  • Ağdam təhsilinin anasını ağladan xanım

    Ağdam təhsilinin anasını ağladan xanım ...

    19-07-2014, 03:14

  • 
  • Ağdamda korrupsiya cütlüyü

    Ağdamda korrupsiya cütlüyü ...

    3-02-2013, 11:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu