GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Vidadi İsgəndərli ABŞ səfirliyində nə danışıb?

Vidadi İsgəndərli ABŞ səfirliyində nə danışıb?

Tarix: 25-05-2014, 12:50 Bölmə :Manşet Baxış: 0
Vidadi İsgəndərli ABŞ səfirliyində nə danışıb?
Vidadi İsgəndərli:
“Səfirlikdə görüşdə ABŞ prezidenti, Dövlət Departamenti və Konqresə ünvanlanan etirazımı çatdırdım”


Dünən hüquq müdafiəçisi Vidadi İsgəndərli ABŞ-ın Bakıdakı səfirliyində olub. Bu barədə məlumat verən hüquq müdafiəçisi bizimlə söhbətdə görüşün təfərrüratları barədə danışdı: "Bu gün (dünən-red.) ABŞ-ın Azərbaycandakı səfirliyində oldum. Burada səfirliyin siyasi məsələlər üzrə müşaviri Daniel Sleşşerlə görüşdüm. Bu görüşümün əsas məqsədi son bir ildə mənə olan hədələrlə bağlı olub. Görüşdə həmin hədələrin məqsədi və kimlər tərəfindən törədildiyi barədə səfirlik əməkdaşını məlumatlandırdım. Bir saat davam edən görüşdə nəqliyyat naziri Ziya Məmmədov tərəfindən təşkil olunan mütəşəkkil cinayətkar dəstə tərəfindən terror edilməyimlə bağlı bütün materialları və kasetləri ona təqdim etdim. Həmçinin ona, ABŞ prezidenti və Dövlət Departamenti və Konqresə ünvanlanan etirazımı da çatdırdım. Burada qeyd etmişəm ki, vaxtilə həbsdə yatanda Amerikanın dünya üzrə ən populyar jurnalı Vidadi İsgəndərlini demokratiya uğrunda mübarizə aparan qəhrəman kimi təqdim etsə də, bu gün hədələrlə üzləşməyimə baxmayaraq, onlardan həmin dəstəyi görmürəm. Necə olur ki, demokratiyanın keşiyində duran bir ölkə, hüquq müdafiəçisinə qarşı təzyiqlərə yol verən bir şəxsi müdafiə edir? Səfirlikdən xahiş etdim ki, mənə qarşı təzyiqlərə yol verən bu şəxsin Amerika banklarındakı, mənimsədiyi milyardlarla dollar hesabı dondurulsun və onlar arzuolunmaz şəxs elan edilsin. Səfirlikdən əmin etdilər ki, məsələ Avropa ölkələrinin səfirləri ilə də müzakirə ediləcək və məlumat Vaşinqtona çatdırılacaq. Səfirlikdə son sözüm bu oldu ki, belə qanunsuzluqlara yol vermək olmaz. Korrupsiya ağır cinayətdir. Necə olur ki, xalqın milyardlarla dollar pulunu mənimsəyib, sonra da Amerikada müəyyən şəxslərə xərcləyib özlərinə dost tuturlar? ABŞ səfirliyinin nümayəndəsi qarşısında həmçinin, siyasi dustaqlarla bağlı məsələni qaldırdım. NİDA-çı gənclər, Tofiq Yaqublu, İlqar Məmmədov barədə fikirlərimi çatdırdım və iradımı bildirdim ki, vaxtilə özüm həbs olunanda ABŞ Konqresi qanunsuz həbsim barədə müzakirə aparmışdı. Bəs niyə indi həmin dövlət Azərbaycandakı siyasi dustaqlara sayğı göstərmir. faktiki olaraq heç bir müdafiə tədbiri görmür?"
Hüquq müdafiəçisi onu da qeyd etdi ki, dünən (sıragagün-red.) Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi də zəng edərək, artıq nazirliyin göstərişi ilə ailəsinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görüldüyünü söyləyib: "Göyçayda Emil Məmmədov barəsində toplanılan materialın Bakıya göndərilməsinə dair göstəriş də verilib”. Burada DİN rəsmisi onu da söylədi ki, mənə qarşı edilən terror hərəkətləri, iki idmançının sui-qəsdi, gizlin telefon zəngləri ilə ailəm və özünü hədəmələri haqda materiallar toplanılıb, DİN-də araşdırılması qərarına gəlinib.
Məsələ ilə bağlı olaraq V. İsgəndərli dövlət başçısına da müraciət edib. Burada o, prezidentdən siyasi iradə göstərilməsini xahiş edib: "Xahiş etdim ki, siyasi iradə göstərərək, mənə qarşı olan terror hadisəsini araşdırmaq üçün DİN-ə, Milli Təhlükəsizlik Nazirliyinə göstəriş versin. Bu gün Vidadi İsgəndərliyə qarşı terror edilirsə, sabah onun digərlərinə qarşı olacağı da istisna edilmir. Azərbaycanda qanunçuluğu bərpa etmək lazımdır. Yerlərdə polis orqanları çox zəifdir, qanunları qoruya bilmirlər. Mübarizəmin nəticəsini gözləyəcəyəm. Bundan asılı olaraq, tədbir görülməsə, başqa addımlar atmalı olacağam. 3 mindən çox hüquq müdafiə təşkilatı, mətbuat orqanlarına Ziya Məmmədovun dəstəsi tərəfindən mənə qarşı törədilən cinayət barədə məlumat verilib. Vətəndaşı olduğum dövlətimdə qanun hakimdirsə, cinayətkarlar layiqli cəzasını almalıdır. Bu məsələ ilə bağlı başqa yerdə kömək axtarmalı deyilik. Amma bunun olmaması üçün ölkədə qanunların işləməsi vacibdir. Amma təəssüf ki, ölkənin baş prokuroru, Milli Təhlükəsizlik Nazirliyi susur. Daxili işlər naziri də qismən susur".
H.İSLAMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gültəkin Hacıbəylinin övladı ilə bağlı məsələ ABŞ səfirliyində müzakirə edildi

    Gültəkin Hacıbəylinin övladı ilə bağlı məsələ ABŞ ...

    5-07-2013, 17:57

  • 
  • Tanınmış jurnalist ABŞ səfirliyində olub

    Tanınmış jurnalist ABŞ səfirliyində olub ...

    15-01-2020, 00:36

  • 
  • Vidadi İsgəndərlinin ailəsinə sığınacaq verilməkdən imtina edilib

    Vidadi İsgəndərlinin ailəsinə sığınacaq ...

    1-05-2013, 15:53

  • 
  • Crimianlaz.com saytının redaktoru ABŞ Səfirliyində olub

    Crimianlaz.com saytının redaktoru ABŞ ...

    21-12-2018, 20:31

  • 
  • ABŞ səfirliyində müxalifət liderləri ilə görüş keçirilir (Yenilənib)

    ABŞ səfirliyində müxalifət liderləri ilə görüş ...

    11-09-2013, 13:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu