Bizimyol.info saytının Sabirabada ezam olunmuş əməkdaşı xəbər verir ki, vəhhabilərin daha çox toplaşdığı Saatlı rayonu Mustafabəyli kəndində olublar. Kənddə bildiriblər ki, bir neçə gün əvvəl daxili işlər orqanlarının əməkdaşları vəhhabilərə qarşı əməliyyat keçirib və hamısı inzibati qaydada həbs olunub. Bu əməliyyatın son günlər Sabirabadda baş verən hadisələrlə əlaqəsi olub-olmaması isə məlum deyil. Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabadda vəhhabi təriqətinə məxsus şəxsin saqqalının zorla qırxılması ilə bağlı yayılmış xəbərlərin ardınca, vəhabilərin çox sayda maşınla bu rayona getdiyi barədə də informasiyalar yayıldı. Məsələ ilə bağlı DİN-dən münasibət öyrənə bilmədik.
Sorğu
Yeni dizaynımız necədir?