6 iyul tarixində, günorta saatlarında Sabirabada vəhhabilər yürüş ediblər. Məlumatda bildirilir: “7 maşın vəhhabilər Sabirabad-Saatlı rayonlarının ayrıcında yerləşən dairəyə daxil olublar. Yerli əhalinin və polisin müdaxiləsindən sonra həmin maşınlar Saatlı rayonu istiqamətinə hərəkət ediblər. Bununla da yaranmış gərgin vəziyyət normallaşıb”.
Qeyd edək ki, Rəmzi Zeynalov adlı Sabirabad sakini bir neçə gün öncə vəhhabi təriqətinə mənsub olan şəxsin saqqalını kəsib. Bu hadisəni isə medianın ictimailəşdirməsi nəticəsində din tərəfdarları arasında narazılığın miqyası böyüyüb. Xatırladaq ki, sosial şəbəkələrdə yazılan məlumatlara görə, dünən 160 maşından ibarət vəhhabilərin karvanı Sabirabada daxil olmağa cəhd göstərib. Hafta.az–a açıqlamasında sakinlər bu faktın real olmadığını bildiriblər. Sosial şəbəkələrdə vəhhabilərə çağırışı ilə tanınan Abdu Abdurrahman adlı şəxsin yazdığı status səs-küyə səbəb olub. Həmin statusu dəyişmədən olduğu kimi təqdim edirik: “maşallah…barakallah tabarakallah… 160 maşından cəmi 15 maşın sabirabada daxil oldu. Bütün yol boyu qaraçuxurdan tutmuş sabirabada qədər bütün yollarda bloklar postlar ve barikadalara baxmayaraq qardaşların maşınlarına dövlət orqanları tərəfindən silahlı hücumlara və dayandırmalara baxmayaraq 15 maşın sabirabada daxil ola bilib. Sabirabadda qardaşları qarşılayan rafizi camaati polislərin arxasında gizləniblərmiş. Qardaşla elə indi əlaqə saxladım. Qardaş dedi : şəhərə girdik, maşınları görən və içindən düşən müsəlmanları rafizi zındıqları bir neçə addım da dala çəkilib polislərin arxasına sığındılar. Qaaşlar deyiblər : aravızda kişi varmı? varsa qabağa çıxsın, varyox söyüşü söyən o varyoxsuz qabaga çıxsın. Siz alçaqlarsız çaqqallarsız…( və bunları dinləyən görkəmindən və ləhcəsindən bakılıya oxşayan polis də – hə düz deyirsən elədi.) dediyini qardaşlar eşidib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?