GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kəlbəcər əsirləri ilə bağlı tədbirdə müəmma: mətbuat konfransı yarımçıq kəsildi

Kəlbəcər əsirləri ilə bağlı tədbirdə müəmma: mətbuat konfransı yarımçıq kəsildi

Tarix: 18-07-2014, 22:14 Bölmə :Manşet Baxış: 0
Kəlbəcər əsirləri ilə bağlı tədbirdə müəmma: mətbuat konfransı yarımçıq kəsildi


İşğal altındakı Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarının Hüquqlarını Müdafiə Komitəsi bu gün mətbuat konfransı keçirdi.
Virtualaz.org saytının tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, komitənin yaradılmasında məqsəd bir neçə gün əvvəl əsir düşmüş Azərbaycan vətəndaşları Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun (sonuncunun ermənilər tərəfindən qətlə yetirildiyi bildirilir) hüquqlarının müdafiəsini təmin etmək, onlara qarşı yol verilən qanunsuzluqları beynəlxalq ictimaiyyətə çatdırmaq və sağ qalan azərbaycanlı girovların azadlığını tələb etməkdir.
Müdafiə Komitəsinin sədri Elxan Salahov bildirdi ki, məqsədləri əsir düşmüş azərbaycanlıların hüquqlarını müdafiə etmək, onlara qarşı yol verilən zorakılıqları dünya ictimaiyyətinə çatdırmaqdır.

E.Salahov yerli mətbuatda da əsir düşmüş azərbaycanlılarla bağlı yer alan xəbərlərin bəzən həqiqəti əks etdirmədiyini və bu informasiyaların ictimaiyyətə çatdırılmasının yanlış olduğunu diqqətə çatdırdı. Komitə sədri əsir düşən 3 azərbaycanlının Kəlbəcərə getməkdə məqsədlərinin yaxınlarının məzarlarını ziyarət etmək olduğunu söylədi.
Tədbirdə çıxış edən YAP-çı deputat Aydın Mirzəzadə ermənilərin bu əməlinin beynəlxalq hüquq normalarına sığmadığını, əsir düşmüş azərbaycanlıların öz torpaqlarına getmək hüquqlarının olduğunu diqqətə çatdırdı: “Əsir düşən Azərbaycan vətəndaşları sərhədi yox, sadəcə olaraq cəbhə xəttini keçiblər. Heç kim bir azərbaycanlının öz torpaqlarını ziyarət etməsinə qadağa qoya bilməz”.
Deputat əsir düşənlərin bu addımını qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib bunun vətənə, torpağa bağlılıq olduğunu diqqətə çatdırdı: “Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun öz torpaqlarını ziyarət etmək üçün Kəlbəcərə getməsi namus-qeyrət məsələsidir. Onların bu addımı qəhrəmanlıq kimi qiymətləndirilməlidir. Ramil Səfərov, Mübariz İbrahimov kimi bu üç vətəndaşımızın addımını da qəhrəmanlıq hesab etmək lazımdır”.

A.Mirzəzadə üç Azərbaycan vətəndaşından birinin gözünün çıxarılması haqda mətbuatda yer alan məlumatlara da münasibət bildirdi.
“Əsir düşmüş vətəndaşlarımızdan birinin görüntülərini izlədim. Onun gözlərindəki qorxmazlığı gördüm. O, heç bir halda geri addam atan insana oxşamır. Görünür, o, ermənilərə cavabını layiqincə verib deyə onun gözünü çıxarıblar”- deyə A.Mirzəzadə söylədi.
Deputat beynəlxalq qurumların, ATƏT nümayəndələrinin bu məsələyə münasibət bildirməsinin vacib olduğunu, vətəndaşlarımızın əsir düşməsinə dövlət səviyyəsində ciddi reaksiya veriləcəyini diqqətə çatdırdı.
Mətbuat konfransında çıxış edən hərbi ekspert Üzeyir Cəfərov əsir düşən azərbaycanılarla bağlı dövlət tərəfindən iş görülməsi sahəsində ləng addımlar atıldığını söylədi.
Tədbir sonradan işıqların sönməsi ilə yarımçıq saxlanıldı. Tədbir iştirakçıları və jurnalistlər buna ciddi etiraz etsə də təşkilatçılar tədbiri davam etdirmədilər.
Qeyd edək ki, Dilqəm Əhmədovun yaxınları onun qardaşının və oğlunun da konfransda iştirak etdiyini dedilər. Lakin sonradan bildirildi ki, onlar tədbir başlamazdan əvvəl binanı tərk ediblər.
Komitə sədri Elxan Salahov isə əsirlərin ailə üzvlərinin tədbiri tərk etməsinin səbəbini belə izah etdi: “Yəqin işıqların sönməsi və yaranan texniki problemlərdən sonra ailə üzvləri hansısa bir təxribatın olacağını, tədbirdə jurnalistlərin təxribatçı suallar verəcəyini (?-red.) düşünərək tədbiri tərk ediblər”.

İşıqların sönməsini və yalnız bir dəqiqə vaxtlarının olmasını əsas gəıtirən təşkilatçılar hazırladıqları müraciəti oxumadan tədbir zalını tərk etdilər.
Tədbirdə iştirak edən jurnalistlər və digər şəxslər buna ciddi etiraz etsələr də vəziyyət dəyişmədi.
Deputat Aydın Mirzəzadə də tədbiri yarımçıq tərk etdi. Müdafiə Komitəsinə üzv seçilən digər deputatlar – Qənirə Paşayeva, Fazil Mustafa və digərləri, ictimaiyyət nümayəndələri isə tədbirə əvvəldən qatılmamışdılar. Beləliklə də tədbir yarımçıq saxlanıldı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ

    Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi ...

    14-12-2020, 18:23

  • 
  • İtkin düşən, əsir və girov götürülən azərbaycanlıların sayı açıqlandı – Rəsmi

    İtkin düşən, əsir və girov götürülən ...

    26-07-2018, 15:09

  • 
  • Sabah girov kəlbəcərlilərin hüquqlarının Müdafiə Komitəsi toplanır

    Sabah girov kəlbəcərlilərin hüquqlarının Müdafiə ...

    17-07-2014, 02:49

  • 
  • Girovların yeni Kəlbəcər fotoları

    Girovların yeni Kəlbəcər fotoları ...

    21-07-2014, 13:18

  • 
  • Dövlət Komissiyası: “Hərbi əsirləri dəyişməyə hazırıq”

    Dövlət Komissiyası: “Hərbi əsirləri dəyişməyə ...

    7-11-2018, 12:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu