GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Abşeron icra başçısının kafe biznesi... Kafe ətrafında özbaşınalıq hökm sürür

Abşeron icra başçısının kafe biznesi... Kafe ətrafında özbaşınalıq hökm sürür

Tarix: 18-07-2014, 22:37 Bölmə :Manşet Baxış: 0
Abşeron icra başçısının kafe biznesi... Kafe ətrafında özbaşınalıq hökm sürür


Abşeron icra başçısının kafe biznesi...
Z. Fərəcova aid olduğu iddia edilən kafe ətrafında özbaşınalıq hökm sürür


Azərbaycanda sahibkarlığın inkişafına prezident tərəfindən dəstək verilir. Lakin yerlərdəki məmurlar mərkəzdə oturan bəzi yüksək çinli vəzifəlilərin himayəsindən "bəhrələnərək", bu prosesdən əksər hallarda öz məqsədləri naminə istifadə etməyə çalışır. Onlar tutduqları vəzifəyə bir növ gəlir əldə etmək məqsədi ilə yanaşaraq, bir çox hallarda qanuna zidd olaraq özləri bizneslə məşğul olurlar. Belə biznesmen-icra başçılarından biri də Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Onu da qeyd edək ki, o da bir çox məmurlar kimi tutduğu vəzifədə uzun müddət oturanlardandır. Belə ki, artıq 9 ildir ki, rayonun icra başçısıdır. Belə ki, Z. Fərəcovun rayon ərazisində, xüsusən də onun mərkəzi Xırdalan şəhərində müəyyən obyektləri var. Hansı ki, adının hallanmasının qarşısını almaq üçün o, bu obyektlərini başqalarına icarəyə verir. Artıq iki ildən çoxdur ki, Xırdalanın Heydər Əliyev prospekti, Təcili Tibbi Yardım Mərkəzinə yaxın ərazidə yerləşən kiçik bir park ərazisində kafe işləyir. Adı da "Karvan" kafesidir. Əraziyə yaxın yerdə yaşayan əhalinin söylədiyinə görə, bu yerin gerçək sahibi icra başçısı Zakir Fərəcovdur. Sadəcə olaraq, həmin yeri adları məlum olmayan gənclərə icarəyə verib. Əvəzində hər ay onlardan müəyyən məbləğ icarə haqqı alır. Məhz bu faktın özü icra başçısının qanuna zidd fəaliyyət göstərməsindən xəbər verir. Belə ki, Azərbaycan qanunlarına görə, vəzifəli şəxslər bizneslə məşğul ola bilməzlər. Amma bura Azərbaycan olduğundan qanunları hər addımbaşı pozmaq məmurların sanki bir həyat fəaliyyətinə çevrilib. Xatırladaq ki, Zakir Fərəcov icra başçısı olmamışdan öncə, isə Sumqayıt bələdiyyəsinin sədri vəzifəsini tutub. Ölkəmizdə bələdiyyələrin fəaliyyəti haqqında xoş təəssüratlar isə yox dərəcəsindədir. Bələdiyyə sədrlərinin yerli insanların problemlərini həll etməkdən daha çox, öz maraqlarının təminatçısına çevrildiyi də sirr deyil. Belə ki, bələdiyyə sədri postu tutanların çoxunun, bu statusdan sui-istifadə edərək, özləri üçün müəyyən biznes şəbəkələri yaratdıqları barədə dəfələrlə mətbuatda məqalələr yer alıb. Bu mənada Z. Fərəcov da yəqin ki, məhz vaxtilə bələdiyyə sədri olarkən biznes şəbəkəsi qurmaq vərdişinə yiyələnib.
O ki, qaldı sözügedən "Karvan" kafesinə buranı işlədənlər də icra başçısının qoltuğuna sığındıqlarından, işçilərinin hüquqlarını hər an tapdalamaqda davam edirlər. Belə ki, fəaliyyət göstərdiyi 2 ildən artıq müddətdə burada çoxsaylı insanlar çalışıb, sonra oranı tərk etməli olublar. Vaxtilə həmin kafedə işləyən xanımlardan birinin dediyinə görə, vəziyyətin belə olmasının səbəbi obyekti icarəyə götürən şəxsin işçilərinə əmək haqqı verməməsidir: "Versə də çox cüzi həcmdə pul verir. Hansı ki, onunla dolanmaq mümkünsüzdür. Halbuki, səhər tezdən, gecə 2-3- qədər işləyirik. Başqa bir tərəfdən, işçiləri əmək müqaviləsi bağlamadan işlədirlər. Çoxları da bundan xəbərsiz olduğundan, müqavilə bağlamağı tələb də etmir. Bütün bunlara görədir ki, burada çalışan qızlar uzağı 2-3 həftə çalışır, sonra çıxmağa məcbur olurlar". İcra başçısının icarəyə verdiyi kafe ətrafında yaransn digər maraqlı məqam, onun avtomobil yoluna çox yaxın məsafədə yerləşməsidir. Yolla onun arasındakı məsafə 4-5 metr ola bilər. Halbuki, qanun belə obyektlərin yol kənarından xeyli aralı olmasını tələb edir. Kafeyə yeyib-içməyə gələnlər də avtomobillərini əksər hallarda həmin avtomobil yolunun üzərində saxlayırlar. Bəzən, həmin yolda 10-15 maşın belə dayanır. Nəticədə, Xırdalandan çıxaraq Bakı və digər istiqamətlərə hərəkət etmək üçün nəzərdə tutulan bu iki palasalı yolun bir palasası həmin avtomobillər tərəfindən tutulur. Belədə, bir sıra hallarda kafenin olduğu yol ərazisi tıxacın qurbanı olur. Həmin vəziyyət, xüsusən də, axşam saatlarında, kafeyə daha çox müştərinin gəldiyi anlarda özünü göstərir. Yol polisi isə, kafenin gerçək sahibi icra başçısı olduğundan bu prosesə də göz yumur. Düzdür, Abşeron Rayon Polis Şöbəsinə yenicə təyin olunan təzə rəis, hansı ki o, "Azəryolservis"in rəhbəri Cavid Qurbanovun qardaşıdır, avtomobillərin kafe ətrafındakı sözügedən yol kənarında dayandırılmasının qarşısını almaq istəyib. Ancaq, verilən məlumatlara görə, o da buna nail ola bilməyib. Çünki, obyekt icra başçısı Zakir Fərəcova məxsusdur.

Rəşad Hüseynov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qubadlının icra başçısının böyük biznesi üzə çıxdı

    Qubadlının icra başçısının böyük biznesi üzə çıxdı ...

    22-10-2014, 22:23

  • 
  • Zakir Fərəcovun Bakı meri gətirilməsinə RƏSMİ MÜNASİBƏT

    Zakir Fərəcovun Bakı meri gətirilməsinə RƏSMİ ...

    9-12-2013, 17:54

  • 
  • Abşeron Rayon İcra Hakimiyyətinin işçilərinə atəş açıldı

    Abşeron Rayon İcra Hakimiyyətinin işçilərinə atəş ...

    17-07-2017, 12:47

  • 
  • Qusar rayon mərkəzi xəstəxanasında özbaşınalıq hökm sürür.

    Qusar rayon mərkəzi xəstəxanasında özbaşınalıq ...

    24-07-2013, 13:48

  • 
  • Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha yüksək vəzifə verdi

    Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha ...

    13-10-2015, 13:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu