Qusar rayonunda yol nəqliyyat hadisəsi baş verib. Rayonun Köhnəxudat kəndində Opel markalı avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Qusar RMX-na çatdırılıb. Xəsarət alan şəxslərin vəziyyəti ilə bağlı Qusar xəstəxanasından məlumat almaq mümkün olmayıb. Beləki qəbul şöbəsində olan növbətiçi Leyla həkim “vaxtım yoxdur, imkan verin yatım” deyərək qapını jurnalistlərin üzünə bağlayıb. Çox maraqlıdır növbətçi həkim xəstəxanaya yatmağa gəlib yoxsa peşəsini icra etməyə? Görünür bəzi həkimlər hələ də KİV haqqında qanundan xəbərsizdir. Təəssüflə qeyd etməliyik ki, hələ də bilmirlər ki, xəstələri müayinə və müalicə etməklə yanaşı jurnalistlərə məlumat vermək də onların peşə borcudur. Həkimin jurnalistlərlə kobud rəftarı azmış kimi daha sonra Qusar MRX-nin mühafizə xidmətinin əməkdaşı çəkiliş qrupa müdaxilə edib. Qanundan xəbərsiz mühafizəçi jurnalistlərə “bu vaxtda çəkilişə gələrlər? ” deməklə onlardan xəstəxananı tərk etməyi tələb edib. Sonda bir daha qanundan bixəbər olan vəzifə sahiblərinə bildirmək istəyirik ki, jurnalist üçün vaxt önəmli deyil, önəmli olan xəbərin dəqiq və operativ əldə olunmasıdır. Tutduğunuz vəzifənin haqqını azda olsa ödəmək istəyirsinizsə bir qədər də qanunları öyrənin...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?