2013-cü ildə seçki saxtalaşdırıla bilsə, 2018-ci ilə qədər, azı 1 milyon azərbaycanlı ölkəni ümidsizlikdən tərk edəcək
gundemxeber.az Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev dolayısıyla İlham Əliyevin nəinki 2013-cü il, hətta ondan sonrakı dövrlər üçün YAP-ın prezidentliyə namizədi olacağını açıqladı. Onun sözlərinə görə ölkə başçısının 2020-ci ilə qədər bir sıra konsepsiyaları var və planlaşdırlan bu işlər YAP liderinin rəhbərliyi altında həyata keçiriləcək. Bəs, görəsən planlaşdırılan bu konsepsiyalar nədən ibarətdir və dünyanın ən avtoritar rejimlərinin belə tarix səhnəsindən silindiyi bir dövrdə, Azərbaycan iqtidarını daha 10 il hakimiyyətdə qalmağa həvəsləndirən hansı amillərdir? Əslində, Ramiz Mehdiyevin söylədiklərində sensasiyalı heç bir məqam yoxdur. YAP hakimiyyətinin prezidentliklə əlaqədar heç vaxt başqa alternativ variantlarının olmayacağı və İlham Əliyevin 2013-cü il seçkilərində iştirak edəcəyi ona əvvəldən aydın idi. Hakimiyyətin, ən azı görüntü xatirinə belə olsa, əslində səlahiyyətləri öz əlində olmayan birinin qondarma liderliyi altında seçkilərə gedərək, özünü sivil dünyanın qınaqlarından sığortalamamasının səbəbini iqtidar mənsublarının cinayətkar xarakteri və bu xarakterdən doğan xofları ilə əlaqədardır. Hər gün kifayət qədər ciddi cinayətlər törədən, korrupsiya və rüşvət bataqlığında üzən rejim heç vaxt öz xoşuna hakimiyyətdən getməz. Bu addımı atsa, onları ən yaxşı halda Mübarək hakimiyyətinin taleyi gözləyər. 2013-cü il prezident seçkilərində İlham Əliyevin iştirak etməyəcəyi haqqında ictimai rəydə indiyə qədər mövcud olan qənaətlər zəif vəziyyətdəki demokratik qüvvələrin çarəsizliyindən irəli gələn ümid hissindən başqa bir şey deyil və reallığı əks etdirmir. Əslində isə, İ.Əliyevin planı eyni ssenarilə hazırlananadək prezident qalmaqdır. Ramiz Mehdiyevin haqqında söhbət açdığı konsepsiyalara gəlincə, bu planlar tamamilə ölkəmizin milli maraqlarına qarşı yönəlib. Məqsəd Azərbaycanı azərbaycansızlaşdırmaqdır. İ.Əliyevin azərbaycanlı olmayan məsləhətçiləri çox gözəl bilir ki, məsələn, 2013-cü ildə seçki saxtalaşdırıla bilsə, 2018-ci ilə qədər azı 1 milyon azərbaycanlı ölkəni ümidsizlikdən tərk edəcək. 2037-ci ilə Azərbaycanın 1990-cı ildə olan köklü azərbaycanlılarının miqdarı heç 20 faiz də təşkil etməyəcəkdir. Bu siyasətin adı Azərbaycanı azərbaycansızlaşdırmaqdır. 1990-cı illərdən başlayıb, bugünə qədər uğurla həyata keçrilən bu konsepsiyaların qarşısı alınmasa, ölkəmizi təsəvvür edə bilməyəcəyimiz böyük fəlakətlər gözləyir. Bizim apardığımız mübarizənin də əsas məqsədi 2013-cü ildə Əliyevin cinayətkar siyasətinə xitam verib, Azərbaycanı azərbaycanlılara qaytarmaqdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?