GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Dini Komitə sədri postuna şok təyinatın sadə sirri

Dini Komitə sədri postuna şok təyinatın sadə sirri

Tarix: 22-07-2014, 15:17 Bölmə :Manşet Baxış: 0
Dini Komitə sədri postuna şok təyinatın sadə sirri


Hakimiyyət məmur vitrinini YAP rəhbərliyi ilə təzələyir; Uzun müddətdir boş qalan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Mübariz Qurbanlıya tapşırıldı; iqtidar partiyasının funksionerləri dövlət işlərinə aparılır; bir sıra məmurlarla bağlı yaşanan problemlər iqtidarı bu sahədə yeni addımlar atmağa vadar edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib. İyulun 21-də prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Mübariz Qurbanlı təyin olunub. Sabiq sədr Elşad İskəndərovun bu postdan uzaqlaşdırılmasından sonra onu əvəzləyəcək şəxslər arasında bir neçə nəfərin adı hallandırılsa da, M.Qurbanlının təyinatı gözlənilməz oldu.
Dini ekspertlər Kənan Rövşənoğlu və Ceyhun Məmmədov M.Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmasını “Media forum” saytına şərh ediblər. K.Rövşənoğlu bildirib ki, M.Qurbanlı indiyədək daha çox siyasi fəaliyyətdə və partiya işində olub: “Onun dinlə və ümumiyyətlə, ölkədəki dini situasiya ilə hər hansı bağlılığı olduğu haqda şəxsən məndə məlumat yoxdur. Bu mənada təyinat mənim üçün çox gözlənilməz oldu. Ancaq bu təyinat bir sıra məqamına görə maraq doğurur.
Dini sahədə ciddi problemlərin olduğu, ölkədə radikal İslam fəaliyyətlərinin, çağırışlarının gücləndiyi bir zamanda, belə demək mümkünsə, ”kənar” adamın dini komitəyə sədr təyin edilməsi onu göstərir ki, hökumət daha çox basqı xəttini götürəcək. Yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrlərindən Elşad İskəndərovun dövründə olduğu kimi deyil, Hidayət Orucovun vaxtında olduğu kimi sərt xətt olacaq. Yeni təyinatın “kənardan” olması bunu deməyə əsas verir”.
Ceyhun Məmmədov da qeyd edib ki, bu təyinat ölkədə, eləcə də Şərqdə kifayət qədər ciddi proseslərin getdiyi bir dövrə təsadüf edir: “Hazırda bir sıra müsəlman ölkəsində dini müstəvidə baş verən hadisələr Azərbaycan hökumətindən olduqca ciddi düşünülmüş siyasətin həyata keçirilməsini tələb edir. İraqda və Suriyada baş verənlərin fonunda Azərbaycanda da radikallığa meylli qüvvələrin aktivləşəcəyi ehtimalı güclüdür. Bu baxımdan hazırkı dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə kimin rəhbərlik edəcəyi xüsusi əhəmiyyət daşıyır. Mübariz Qurbanlı dövlətçilik təcrübəsinə malik, ictimaiyyət tərəfindən kifayət qədər tanınmış, dini durumdan məlumatlı şəxslərdən biridir. Onun bu vəzifənin öhdəsindən necə gələcəyini zaman göstərəcək. Kimliyindən asılı olmayaraq bu vəzifədə çalışacaq insanın üzərinə çox böyük məsuliyyət düşür. Uzun müddət bu vəzifənin boş qalması dini durumda gərginliyi daha da artıra bilər. Dini durumda mövcud xoşagəlməz halların qarşısı indidən alınmasa, gələcəkdə Azərbaycan xalqı çox ciddi problemlərlə üz-üzə qala bilər”.

Dini Komitə sədri postuna şok təyinatın sadə sirri


M.Qurbanlının komitə sədri təyin olunması ilə əlaqədar Milli Məclisdə boş deputat yerlərinin sayı dördə çatır. “Media forum” bildirir ki, iyulun 21-dək parlamentdə üç deputat yeri boş olub. Prezident İlham Əliyevin deputat Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin etməsi parlament üzvlərinin sayını bir nəfər də azaldır, Mərkəzi Seçki Komissiyası onun səlahiyyətlərinə xitam verməlidir. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Beləliklə, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi deputatsız qalacaq. Hazırda 19 saylı Nərimanov, 34 saylı Xətai və 110 saylı Zaqatala seçki dairələrindən deputat yoxdur. 34 saylı dairədən deputat Gülər Əhmədova 2012-ci ilin oktyabrında mandatından imtina edib. 110 saylı dairədən deputat Hikmət Atayev 2013-cü ilin martında avtomobil qəzasında həlak olub. 19 saylı dairədən deputat Əli Əhmədov isə ötən il oktyabrın 22-də baş nazirin müavini təyin edilib və mandatını təhvil verib.
Yeri gəlmişkən, M.Qurbanlı bu ilin ilk ayında 60 yaşının tamamı münasibətilə qəzetimizə müsahibəsində “YAP sədrinin birinci müavini Əli Əhmədov kimi hökumətdə təmsilçiliklə bağlı irəli çəkiləcəyinizi gözləyirsinizmi? Hesab edirsinizmi ki, artıq parlament mərhələsi sizin üçün bitib və komandada yer almağınızın vaxtıdır” sualına maraqlı cavab vermişdi. O, “Şəxsən mən indiki fəaliyyətimdən, işimdən çox razıyam. 60 yaşın özü də ambisiyaların bitdiyi yaş olduğuna görə heç bir ambisiyam yoxdur” demişdi. Ancaq üstündən 6 ay keçəndən sonra M.Qurbanlının vəzifəyə təyin olunması maraqlı haldır. Görəsən, YAP funksioneri özü bu təyinatı gözləyib, yoxsa onunçün də gözlənilməz olub. M.Qurbanlı publika.az-a açıqlamasında bildirib ki, prezidentin etimadını doğruldacaq.
“Cənab Prezident mənə etimad göstərdi, biz də bu etimadı doğrultmağa çalışacağıq. Amma indi ətraflı danışa bilmirəm, məşğulam. Bu barədə ətraflı sonra danışacam”,- deyə yeni komitə sədri bildirib.
Bir məqamı da qeyd edək ki, bu posta ən şanslı namizəd kimi YAP üzvü, sabiq deputat Səyyad Aranın adı çəkilirdi. Ən azı ona görə ki, E.İskəndərov bu il mayın 2-də komitə sədrliyindən azad ediləndən sonra komitə sədrinin səlahiyyətlərini sədrin birinci müavini S.Aran həyata keçirib və o, hakim partiyanın sadiq üzvlərindən idi. “Media forum” saytına açıqlamasında S.Aran M.Qurbanlını komitənin sədri vəzifəsinə ən layiqli namizəd kimi dəyərləndirib: “Bu, çox gözəl təyinatdır. Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə ən layiqli namizəddir. Mübariz Qurbanlının dövlətçilikdə böyük xidməti var, Azərbaycan parlamentarizminin tanınmış nümayəndələrindən biridir. Eyni zamanda keçdiyi həyat təcrübəsi, elmi səviyyəsi və digər xüsusiyyətləri onu bu vəzifəyə yüzdə-yüz layiq edir”.
Qeyd edək ki, bu, son prezident seçkilərindən sonra YAP rəhbərliyindən ikinci şəxsin yüksək vəzifəyə aparılmasıdır. Bundan əvvəl isə YAP icra katibi Əli Əhmədov baş nazirin müavini təyin olunmuşdu. Uzun illər YAP rəhbərliyində təmsil olunan bir sıra şəxslərin yüksək vəzifələrə aparılmamaları hakim partiyanın idarəolunmasında iştirak edən bir sıra şəxslər arasında narazılığa səbəb olmuşdu. İndi isə onlara vəzifə qapısı açılır, dövlət idarəçiliyində irəli çəkilirlər. Bu, həm də son vaxtlarda baş verən bir sıra hadisələrin nəticəsidir. Hakimiyyətin bəzi kadrları ilə bağlı müəyyən şübhələrin olması yüksək vəzifələrin daha inanılmış şəxslərə tapşırılmasını zəruri edir. Hakimiyyət daxilindən gələn məlumatlara görə, bu proses davam edə bilər. Buna görə də qarşıdakı aylarda bir sıra vəzifəli şəxsləri postlarında YAP rəhbərliyində təmsil olunan digər şəxslər əvəzləyə bilər.
M.Qurbanlının Dini Komitəyə sədr təyin edilməsi isə cəmiyyətdə şok effekti doğurub. Azərbaycanda dini sahədə vəziyyətin o qədər də yaxşı olmadığı indiki vaxtda bu sahəyə yad bir şəxsin təyin edilməsi birmənalı qarşılanmır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər təyinatı-SƏRƏNCAM

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər ...

    5-05-2014, 18:58

  • 
  • Bu gün deputatlardan birinin mandatı ləğv olunacaq

    Bu gün deputatlardan birinin mandatı ləğv olunacaq ...

    13-10-2014, 14:53

  • 
  • Mübariz Qurbanlının deputat mandatı alındı

    Mübariz Qurbanlının deputat mandatı alındı ...

    13-10-2014, 16:50

  • 
  • Elşad İskəndərovun postu uğrunda savaş

    Elşad İskəndərovun postu uğrunda savaş ...

    27-05-2014, 10:23

  • 
  • Siyavuş Novruzova niyə vəzifə verilmədi?

    Siyavuş Novruzova niyə vəzifə verilmədi? ...

    21-02-2015, 12:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu