Bakının Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən sürücüyə qəribə məktub gəlib. Məktubun surəti sosial şəbəkələrdə yayılıb. Məktubda deyilir ki, Bakı-Qazax magistralının 210-cu kilometrliyində “Nissan” markalı avtomobil sürət həddi 90 km/c olan ərazidə 76 km/s sürətlə idarə edilib. Buna görə də sənədlər Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinə göndərilib. Şöbənin rəisi Taləddin Axundovun imzaladığı məktubda sürücüdən avtomaşının sənədləri ilə birlikdə qısa müddət ərzində DYPŞ-yə getmək tələb olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?