Deputat Fazil Mustafa Qafqaz Müsəlmanları İdarəsini İranmeyillilikdə ittihamlandırıb.
gundemxeber.az xəbər verir ki, deputat facebookda yazdığı statusunda Ramazan bayramının iyulun 29-da keçirilməsi ilə bağlı QMİ-nin fətvasını sərt şəkildə tənqid edib.
Dünyanın hər yerində Bayram namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda 29 iyulda təyin olunub. Deyəsən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvası QUM saatına baxılaraq yazılıb, Şamaxı Rəsədxanasının teleskoplarının da gözünü QUM tutub. Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki, İran Dininin mənəvi müstəmləkəsi olaraq qalır. Kim istəyirsə gedib öz namazını İran mollalarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın kopyasına çevrilməyi utancverici bir haldır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?