Prezident Administrasiyası Kəmaləddin Heydərovun kurasiyasında olan bölgəni “qara siyahı”da təqdim etdi
Balakən, Qax və Zaqatala daha çox şikayət gələn rayonlardır Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun dövlət qəzeti “Azərbaycan”da çıxan məqaləsində bir sıra maraqlı faktlar var. Məqalədən aydın olur ki, 2012-ci ildə bir sıra rayonlardan müraciətlərin sayı azalsa da, bəzi rayonlar var ki, bunun əksi baş verib. Süleyman Ismayılov müraciətlərin çoxaldığı rayonlardan aşağıdakılarının adalarını qeyd edib: Balakən, Qax və Zaqatala. “Bu rayonlardan daxil olan müraciətlərin çoxalmasının əsas səbəbi keçən il baş vermiş güclü zəlzələnin nəticələri ilə əlaqədardır”, - deyə məqalədə qeyd olunur. Məlumatlara görə, Zaqatala və Balakən rayonları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir. Digər tərəfdən “fövqəlnazir” tutduğu vəzifəyə uyğun olaraq zəlzələ bölgəsində təbi fəlakətin nəticələrinin aradan qaldırılması sarıdan sorumludur. PA-nın şöbə müdirinin məqaləsindən aydın olur ki, adıçəkilən müraciətlərin çoxalması zəlzələnin nəticələrilə əlaqədardır. Bu Kəmaləddin Heydərovun fəlakət zonasında görülən işlərlə bağlı verdiyi açıqlamaların yalan olduğunu üzə çıxarır. Əgər yüksək səviyyədə iş gedirsə, bu halda müraciətlərin sayı artmamalı idi. Samir
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?