Serj Sərkisyan avqustun 9-u Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşəcək.
gundemxeber.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Məlumatda Ermənistanın Azərbaycanla Soçidəki danışıqlara hazır olduğu bildirilib:
“Biz əminik ki, Qarabağ konfliktinin sülh və ədalətli həllinin alternativi yoxdur. Erməni tərəfi həmişə görüşlərin keçirilməsində yüksək səviyyədə iştirak edib”.
Qeyd edək ki, Azərbaycan hələ Soçi görüşündə iştirak edəcəyi ilə bağlı rəsmi açıqlama yaymayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?